HİND OKEANI
Hind Okeanı Yer səthinin təqribən 20%-ini tutur. Dünyanın sahəsinə görə üçüncü okeanıdır. Qərbdən Afrika və Ərəbistan yarımadası, şimaldan Asiya, şərqdən isə Hindçin yarımadası, Zond adaları və Avstraliya ilə əhatə olunur. Sahil xəttinin uzunluğu 66,526 km-dir. Sahəsi Qırmızı dəniz və Fars körfəzi ilə birlikdə 73,556,000 km², həcmi 292,131,000 km²-dir. Okeanın orta dərinliyi 3700 m, maksimal dərinliyi isə Yava çökəkliyində 7729 m-dir.
Okean 4 materik arasında yerləşir. Onun ən enli hissəsi tropiklər arasındadır. Sahil xətləri az girinyili çıxıntılıdır. Üzvi aləmində mərcankimilər və kürəkayaqlılar, ov əhəmiyyətli balıqlar, zəhərli dəniz ilanları, balinalar cinsindən olanlar və dəniz tısbağaları var
Dənizləri: Andaman, Ərəbistan, Arafur, Qırmızı, Lakkadiv, Timor dənizləri və Fars körfəzi.
Adaları: Madaqaskar, Maskaren, Seyşel, Amirant, Komor, Sokotra, Maldiv, Şri-Lanka, Andaman, Kokos, Kergelen və s.
Okeanın dib relyefi mürəkkəbdir. Ərəbistan-Hindistan, Şərqi Hindistan, Qərbi Hind, Avstraliya-Antarktida silsilələri okean yatağını Maskaren, Madaqaskar, Mərkəzi, Kokos, Qərbi Avstraliya çökəkliklərinə ayırır.
Hind okeanının ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim və subantarktik iqlim qurşaqlarında yerləşir. Onun şimalı isti cənubu isə soyuqdur. Dünya okeanının maksimum tempraturu +35oC və maksimum duzluluq 42‰ Qırmızı dənizdə müşahidə olunur. İsti okean cərəyanları İynə burnu, Mozambik, Cənubi Passat, Musson və s. Soyuq okean cərəyanları Qərb küləkləri, Somali, Qərbi Avstraliya və s.dir.
53261