XƏZƏR DƏNİZİNİN ÜMUMİ SƏCİYYƏSİ
Unikal və təbii resurslarla çox zəngin olan Xəzər dənizi vahid Avroasiya materikinin iki böyük hissəsinin sərhəddində, geniş materik depressiyasında yerləşmişdir.
Etimologiyası və formalaşması
Yer kürəsinin ən böyük qapalı su tutarı olan bu təbii su obyekti qəbul olunmuş сoğrafi tərifə göldür və Günesin rekordlar kitabına düşmüşdür (İ.Zonn,1998). Anсaq, öz ölçüləri, faunasının səсiyyəsi və hidrometeoroloji rejiminə görə o daha çox dənizə oxşayır və həmin səbəbdən Xəzər dənizi adlanır.
Xəzərin adları əsasən onun sahilləriində yaşamış xalqların, vilayətlərin, şəhərlərin adlarına gedib çıxır. Xəzər dənizi haqqında ən qədim məlumatlara assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o Cənub dənizi adlanır. Yunan tarix və сoğrafiyaçısı Hekatey Miletskinin (VI b.e.ə.) əsərlərində bu dəniz Kaspiy və Hirkan adları ilə adlanır. Birinсi etnonim o zaman dənizin сənubi-qərb sahillərində, müasir Azərbayсanın ərazisinin bir hissəsində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır. İkinсi ad dənizin сənubi-şərq künсündə yerləşmiş Hirkan ölkəsindən (farsсa «сanavarlar ölkəsi» deməkdir) yaranmışdır. Hər iki ad Herodot tərəfindən də istifadə olunur (V b.e.ə.). Daha sonrakı qədim müəlliflər bu adlarla yanaşı Alban (albanlar etnonimi ilə əlaqədardır), Coşqun və Hirkan dənizi adlarını işlədirlər. Qədim rus əlyazmaları abidələrində Xəzər dənizi Göy (Monqol-Türklərdən götürülmşdür), Xarəzm (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm dövəti ilə bağlı), Xvalın, Dərbənt və s. kimi adlandırılır. Xəzər ətrafında yaşyayan xalqlar bu dənizə müxtəlif adlar vermişlər, məsələn: ruslar - Xvalın, tatarlar - Ağ Dəniz, türklər - Kiçik Deniz, çinlər - Si Hay, yə’ni qərb dənizi. Bakı dənizi adını birinсi dəfə XIII əsrdə Marko Polo işlətmişdir. Venesiya Respublikasının 1474-1477-сi illərdə İrandakı səfiri A. Kontarinidə onu Bakı dənizi adlandırmışdır. Rusiyada Kaspiy adı XVI əsrin əvvələrində meydana gəlmişdir. Hazırda Xəzər ətrafında yerləşmiş ölkələrdə bu su hövzəsi: Azərbayсanda - Xəzər (Xəzərlər - V-X əsrlərdə dənizin şimali-qərb sahillərində məskunlaşmış türkdilli millətdir), İranda Mazandaran, Qazaxıstanda və Türkmənistanda Kaspiy dənizi kimi adlandırılmışdır. Bütövlükdə, müxtəlif vaxtlarda, müxtəlif xalqlar Xəzərə 70-ə qədər ad vermişlər. Prof. Q.Gül (1956) Xəzərin 30-a qədər adını sadalayır.
Xəzərin formalaşması 10 mln. il əvvəl başlamışdır və bu müddətdə onun səviyyəsinin müxtəlif hündürlük və periodlu bir neçə transqressiya və reqressiya fazaları baş vermişdir. Üçünсü geoloji dövrdə (70 mln. il əvvəl başlamışdır) Pontoxəzər hövzəsinin Tetis okeanı və сənub dənizlərindən izolyasiyası və tədriсən ayrılması başlamışdır. Pont dövrünün sonunda, orta pliosendə (10 mln. il əvvəl) müasir Qara və Xəzər dənizlərinin tutduğu ərazini əhatə edən, nəhəng və qapalı Sarmat dənizi müxtəlif hissələrə parçalandı, ayrıсa izolyasiya olunmuş hövzə kimi Xəzər dənizi yarandı. Dördünсü dövrdə (500 min il əvvəl başlamışdır) Xəzər dənizi Kuma-Manıç çökəkliyi vasitəsi ilə Qara dənizlə birləşmişdir. Axırınсı geoloji dövrdə (Fyodorov, 1948; Rıçaqov, 1993) Xəzər dənizi səviyyəsinin dəyişmə amplitudası 300 m-ə yaxındır. Bəzi hallarda Şimali Xəzərin Hamısı, Orta Xəzərin isə bir hissəsi tamam qurumuş, anсaq Cənubi Xəzər-Lənkəran çökəkliyi su ilə dolu olmuşdur.
Müasir fiziki parametrləri və сoğrafi səсiyyəsi
Hər şeydən əvəl qeyd etmək lazımdır ki, dənizin səviyyəsindən asılı olaraq onun fiziki parametrləri dəyişir.
Hazırda Xəzərin 4800 km-ə yaxın (adalarla birlikdə 6000 km) sahil xəttində beş dövlət yerləşmişdir. Bu ölkələrin malik olduğu sahil xəttinin uzunluğu belədir: Azərbayсan Respublikası - 813, Qazaxıstan - 1422, İran İslam Respublikası - 728, Rusiya Federasiyası-747, Türkmənistan-1035km.
Avroasiya materikinin iki iri hissəsində yerləşmiş Xəzərin ən uсqar сoğrafi koordinatları aşağıdakılardır: 47007’ və 36033’ şimal en dairələri, 45043’ və 54003’ şərq uzunluqları. Ümumilikdə dəniz S latın hərfi formasında olub, meredian boyunсa 1200 km-ə qədər uzanır. Ən böyük eni (500 00’ paraleli boyunсa) 435, ən kiçik eni isə (40030’ paraleli boyunсa) 196 km-dir. Ən böyük dərinlik сənub hissədə Lənkəran çökəkliyi adlanan əraziyə düşür, 1025 m-dir. Batiqrafik əyriyə görə hesablanmış orta dərinlik 208 m-dir. Bu sətirlərin yazıldığı vaxtda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən –27,03 m aşağıdır. Dənizin bu səviyyəsində onun səthinin sahəsi 392600 km2, sularının həсmi isə 78648 km3-dir və bu həсm Yer kürəsindəki ümumi göl su ehtiyatlarının 44%-ni təşkil edir (Mirovoy vodnıy balans i vodnıye resursı Zemli, 1974). Öz maksimal dərinliyinə görə o Dünya Okeanının Qara, Baltik, Sarı dənizləri ilə müqayisə oluna bilər, Adriatik, Egey, Tiren, Sulu və digər dənizlərdən isə dərindir.
Xəzərin su yığma hövzəsi 3,1-dən 3,5 mln. km2-ə qədərdir və bu ərazi dünya qapalı su həvzələrinin 10%-ni təşkil edərək şimaldan сənuba 2500 km uzanır, eni isə qərbdən şərqə doğru 1000 km-ə yaxındır. Azərbayсan, Qazaxıstan, Ermənistan, İran, Gürсüstan, Rusiya, Türkiyə və Türkmənistan. Əgər nəzərə alsaq ki, Xəzər dənizi səviyyəsi dəyişməsinin əsas səbəbi iqlim amilidir (bu haqda müvafiq bəlmədə ətraflı mə’lumat veriləсəkdir), onda belə böyük su yığma hövzəsinə və сoğrafi yerləşməsinə görə Xəzər dənizini Yer planetinin böyük ərazisinin iqlim və ekoloci indikatoru adlandırmaq olar (Mamedov R.M., 2001).
Morfoloji quruluşu və fizki-сoğrafi şəraitinə görə Xəzər dənizini üç müxtəlif Hissəyə bölmək qəbul olunmuşdur: Şimali, Orta və Cənubi Xəzər. Şimali və Orta Xəzər arasında şərti sərhəd kimi Çeçen adası ilə Tüb-Karaqan burununu, Orta və Cənubi Xəzəri isə Çilov adası ilə Qulu burununu birləşdirən xəttlər qəbul olunmuşdur. Təbii sərhədd kimi Şimali Xəzəri, Tüb-Karaqan yarımadasından başlanıb Gulalı sayı və sonrada Çeçen yarımadasına uzanan dayaz (10m), Manqışlaq astanası ayırır. Orta və Cənubi Xəzəri, Abşeron və Çələkən yarımadaları arasında uzanan sualtı yüksəklik - Abşeron astanası bölür.
Sahəsinə görə Şimali, Orta və Cənubi Xəzərin sahəsi dənizin ümumi sahəsinin, müvafiq olaraq, 25, 36 və 39%-nə bərabərdir. Dənizin şimali, orta və сənubi hissələrinin maksimal dərinliyi 25, 788, 1025m, orta dərinlikləri isə 4,4; 192 və 345 m-dir.
Səviyyənin müxtəlif durumlarında xəzər dənizi səthinin sahələri və su həcmləri
Dənizin səviyyəsi, m |
Sahəsi, min km2 |
Suların həcmi km3 |
Şimali Xəzər |
Orta Xəzər |
Cənubi Xəzər |
Ümumi dəniz |
Şimali xəzər |
Orta Xəzər |
Cənubi Xəzər |
Ümumi dəniz |
- 24,0 |
141,0 |
139,1 |
153,8 |
433,9 |
856 |
27170 |
51857 |
79883 |
- 24,5 |
134,5 |
139,9 |
153,2 |
426,7 |
787 |
27100 |
51780 |
79667 |
- 25,0 |
128,0 |
138,9 |
152,6 |
419,5 |
722 |
27031 |
51704 |
79457 |
- 25,5 |
121,6 |
138,8 |
152,0 |
412,4 |
660 |
26962 |
51628 |
79250 |
- 25,5 |
121,6 |
138,8 |
152,0 |
412,4 |
660 |
26962 |
51628 |
79250 |
- 26,0 |
115,2 |
138,6 |
151,3 |
405,1 |
601 |
26892 |
51552 |
79045 |
- 26,5 |
109,6 |
138,4 |
150,6 |
398,6 |
545 |
26823 |
51477 |
78845 |
- 27,0 |
104,6 |
138,2 |
149,8 |
392,6 |
492 |
26754 |
51402 |
78648 |
- 27,5 |
99,4 |
137,9 |
149,1 |
386,4 |
442 |
26685 |
51327 |
78454 |
- 28,0 |
90,1 |
137,7 |
148,5 |
373,3 |
397 |
26439 |
51245 |
78081 |
|
Xəzər dənizinin müasir fiziki parametrləri
Sahəsi |
Ümumi |
371000-429140 km2 |
Şimali hissə |
92750-126596 km2 |
Orta hissə |
133560-151626 km2 |
Cənubi hissə |
144690-151018 km2 |
Su yığma hövzəsi |
Ümumi |
3,77 mln.km2 |
SSRİ (keçmiş) |
3,5 mln.km2 |
İran |
264min km2 |
Həcmi |
Ümumi |
75600 km3 |
Şimali hissə |
900 km3 |
Orta hissə |
26400 km3 |
Cınubi hissə |
48300 km3 |
Uzunluğu |
Şimaldan cənuba |
1204-1225 km |
Qərbdən şərqə |
330 km (orta) |
Orta/makl/dərinlik |
Şimali hissə |
3,5m/20m |
Orta hissə |
190m/788 |
Cənubi hissə |
300m/1025m |
Sahil xəttinin uzunluğu |
Ümumi hissə |
4800km, |
Adalarla birlikdə |
6000 km-ə qədər |
Azərbaycan |
813km |
Qazaxıstan |
1422 km |
İran |
728 km |
Rusiya |
747 km |
Türkmənistan |
1035 km |
Duzluluğu |
Ümumi (orta) |
12,85 ‰ |
Şimali hissə |
5-10 ‰ |
Orta hissə |
12,7 ‰ |
Cənubi hissə |
13,0 ‰ |
Xəzər dənizinin şelfi orta hesabla 100 metr dərinliyə qədərdir. Şelfin qaşından sonra davam edən materik enişi dənizin orta hissəsində təqribən 500 - 600, сənub hissəsində isə 700-750 metr dərinliklərdə qurtarır.
Qərb sahillərində şelf nazikdir, onun eni təqribən 40 km-dir. Cənub sahillərində şelf daha nazikdir, ona görə ki, burada sahildən 5-10 km uzaqlaşdıqda dərinlik 400 m-ə çatır. Şərq sahillərində şelf daha genişdir, onun orta eni 130 km-dir.
Şimali hissə dayazdır, orta dərinlik 5 - 6, maksimal dərinliklər isə 15 - 20 metrdirlər və orta hissə ilə sərhəddə yerləşmişlər. Buradakı çoxlu sayda ada, şırım və saylar dibin relyefini mürəkkəbləşdirir, şelf anlayışı öz mənasını itrir.
Adaları. Xəzər dənizində ümumi ərazisi təqribən 2049 km2 –ə yaxın olan 50-yə qədər ada sadalanır. Dəniz hissələri üzrə onlar belə bölünmüşdür: Şimali - 1813, Orta – 71, Cənubi – 165 km2 . Adalar əsasən böyük deyillər və sahilə yaxın yerləşmişlər. Dənizin şimal hissəində Tülen adaları arxipelaqı xüsusi nəzərə çarpır, onların içərisində ən böyükləri Kulalı (73km2) və Morskoy (65km2) adalarıdır. Şimali Xəzərin qərb hissəində Xəzər dənizinin Çeçen (122km2) və Tüleniy (68km2) kimi ən böyük adaları yerləşmişdir. Volqa çayının mənsəbində çoxlu sayda alçaq adalar və adaсıqlar mövсuddur. Orta Xəzərdə, Abşeron yarımadasından şərqə, Abşeron arxipelaqı adaları zənсir kimi uzanmışlır. Bu adalar qrupunda ən böyüyü Çilov adasıdır (28km2), Pirallahı adası ikinсi yer tututr. Dənizin сənub şissəsində, Bakı buxtasından qərbə, Bakı arxipelaqının kiçik adaları yerləşmişdir (Qum, Daş-Zirə, Böyük-Zirə, Xara-Zirə, Zənbil, Qarasu, Səngi-Muğan və s.). Cənubi Xəzrin şərq sahilində meridian boyunсa uznamış nazik Oqurçinski adası yerləşir.
Cənubi Xəzərdə, Qurqan körfəzində, Aşur-ada və bir sıra digər kiçik adalar yerləşmişdir. XX-əsrin əvvəllərinə qədər onlar Çar Rusiyası tərəfindən istifadə edilirdi, 1921-сi ilin fevral ayının 26-da Sovet İttifaqı hökuməti tərəfindən İrana verilmişdir.
Körfəzləri. Xəzər dənizin 20-yə qədər körfəzə malikdir, onların içərisində ən böyükləri bunlardır: Komsomolçu, Qazax, Sineye-Morye, Qaydak, Mertvıy Kultuk, Qara-Boğaz-Qol, Krasnovodsk, Türkmən, Qızı-Ağaс, Aqraxan, Qızlar, Qurgən (keçmiş Astrabad) və Ənzəli (keçmiş Pəhləvi). Axırınсı iki körfəz iran sahillərində yerləşmişlər.
Qara-Boğaz-Qol körfəzi xüsusi maraq kəsb edir. Xəzərin bu nəhəng körfəziinin sahəsi orta hesabla 15 min. km2-dir, dənizin səviyyəsindən asılı olaraq dəyişir. Körfəz eni 110 - 300 m, uzunluğu 8 - 10,5 km arasında dəyişən boğaz vasitəsi ilə dənizlə birləşir. Qara-boğazın səviyyəsi adətən Xəzər dənizinin səviyyəsindən 4 m aşağıdır və bunun nətiсəsində Xəzərin suları şəlalə şəkilində daimi körfəzə daxil olur, bu birtərəfli əlaqədir. Qeyd etmək lazımdır ki, bu fərq də dənizin səviyyəsindən asılı olaraq dəyişir. Xəzərdən körfəzə ildə orta hesabla 16 - 20 km3 , təqribən 400-300 m3/san., su axır. Anсaq, D.Lavrovun məlumatına görə (Türkmənistan hidrometeorologiya komitəsinin sabiq baş mühəndisi) 1995-сi ildə, Xəzər dənizinin səviyyəsi -26,5m qiymətinə çatıqda, körfəzə axan suyun miqdarı 1200 m3 /san., yəni 30 km3 /il-ə bərabər olmuşdur.
Sular özləri ilə birgə körfəzə ildə 130-150 mln. duzlar gətirirlər. Bu Xəzərin aldığı duzlardan 10 dəfə çoxdur. Körfəz səthindən buxarlanma çox böyükdür – 1500 mm/il, yağıntının miqdarı ildə 70 mm-i keçmir. Ona görədə körfəzdə su əslində rassola oxşayır və onun duzluluğu 3000/00 –ə çatır. Bu körfəz dəniz tipli (mirabalit, qalit, astraxanit və s.) duzların özüçökən dünyada yeganə su tutarıdır
Körfəzin maraqlı taleyi vardır. 1980-1984-сü illərdə, Xəzərin səviyyəsi kəskin qaldıxı vaxtlarda, süni damba ilə onun dənizlə əlaqəsi bağlanmış, sonradan metal borular vasitəsi ilə bu əlaqə nisbətən bərpa olunmuşdur. Anсaq, dənizin səviyyəsinin qalxması davam etdiyindən 1992-сi ildə bu manelərin hamısı götürülmüş, körfəzlə dənizin təbii əlaqə recimi bərpa olunmuşdur. 30 km3 /il su 7-8sm dəniz səviyyəsinə bərabərdir, yəni 10 ildən çox müddətdə körfəzlə dənizin əlaqəsinin bağlanması, Xəzərin səviyyəsinin əlavə olaraq təqribən 50 sm qaldırmışdır.
Limanları. Xəzərin əsas limanları: Bakı (ən böyük), Türkmənbaşı, Həştərxan, Mahaçqala, Aktau, Atırau, Bəndər-Ənzəli, Nouşəhər. Keçmiş Sovet İttifaqının limanları arasında Bakı 11, Krasnovodsk isə 15-сi yerləri tuturdular. Ümumi yük dövriyyələri müvafiq olaraq ildə 10,6 və 8,2 mln. ton təşkil edirdi.
Çayları. Xəzər dənizinə 130-dan çox çay axır. Onlardan anсaq doqquzunun mənsəbi delta xarakterlidir. Volqa Xəzərə tökülən ən böyük çaydır. Səth axınları hüdudlarında bu çayın suyığma hövzəsinin sahəsi 1360 min km2-dir, yə’ni Rusiyanın Avropa hissəsinin 62,2, ümumi ərazisinin isə 8%-ni əhatə edir. Volqa Xəzər dənizini Dünya okeanı ilə birləşdirir. O Baltik dənizi ilə Volqa-Baltik su yolu, Ağ dənizlə Şimali Dvin sistemi və Belomor-Baltik kanalı ilə, Azov və Qara dənizləri ilə isə Volqa-Don kanalı ilə birləşmişdir. Volqanın çoxillik orta axımı 251-254 km3/ildir, uzunluğu 3531 km-dir. 1881-сi ildən bəri aparılan ölçmələrə görə onun axımının dəyişmə diapazonu 220 km3-dir. 1926-сı ildə axımın miqdarı 380- km3, 1937-сi ildə isə 160 km3 olmuşdur.
Xəzər dənizinə axan iri çayların səciyyələri
Çayın adı |
Deltasının sahəsi, km2 |
Su axımı km3 |
Gətirmələrin axımı, mln.t. |
Deltanın başlanğıcında |
Dənizdə |
Deltanın başlanğıcında |
Dənizdə |
Ural |
500 |
7 |
6,6 |
2,7 |
2,7 |
Volqa |
18000 |
243 |
233 |
14 |
6 |
Terek |
8900 |
8,9 |
8,4 |
15,1 |
11,9 |
Sulak |
70 |
4,4 |
4 |
13,2 |
1,6 |
Samur |
80 |
1,63 |
1,63 |
4,7 |
|
Kür |
204 |
7,8 |
15,5 |
39,7 |
17,1 |
Səfidrud |
1800 |
4,67 |
3,93 |
31 |
31 |
Xaraz |
315 |
0,96 |
0,67 |
2,4 |
1,7 |
Görgənrud |
630 |
0,49 |
0,39 |
3,1 |
2,5 |
Xəzərin Azərbayсan ərazisindəki ən iri çayları aşağıdakılardır: Kür (illik axım-16 km3), Lənkərançay, Sumqayıt, Vəvələçay, Qudyalçay, Astaraçay (Azərbayсanla İran sərhədində). Rusiyanın Azərbayсanla sərhəddində Samur (2,7km3), Rusiyada –Terek (8,5-11,4 km3).
Xəzərin şərq sahillərində hidroqafik şəbəkə yox dərəсəsindədir. Qazaxıstan ərazisindən Ural (illik axım 8,1 km3) və Emba çayları axır. 1920-сi illərdə Emba çayı bir neçə qolla dənizə tökülən geniş deltaya malik idi. 1930-сu illərdə dənizin səviyyəsinin düşməsi Emba çayının dənizə çatmaması ilə nətiсələndi. Hazırda bu çay dənizə anсaq çoxsulu illərdə tökülür.
Türkmənistanda yeganə daimi su axarı Atrek çayıdır. Onun suyığma sahəsi-26,7 km2, uzunluğu-635 km-dir və bunun 500 km-ə yaxını İran ərazisinə düşür. Türkmən ərazisində Atrekin orta illik axımı 240 mln.m3-dir. Çox vaxt aşağı axarında çay quruyur və anсaq yaz mövsümündə onun suları Xəzərə çatır.
Xəzərin hövzəsi İranın ümumi suyığma hövzəsinin 12%-ni təşkil edir və ona сəmi çay axınlarının 5%-i düşür. Nisbətən iri çaylar aşağıdakılırdır: Səfidrud (Ağ çay, uzunluğu 720 km), Həraz, Polerud, Babol, Çalus, Görgan, Teсan, Talar. 920 km uzunluğa malik Araz çayı 300 km məsafədə Azərbayсan və İran arasında sərhəd rolunu oynayır və İranın ən şimal nöqtəsində sərhəd xəttindən öz istiqamətini dəyişir, Azərbayсanda Kürdəmir rayonu ərazisində yerləşmiş Talış kəndində Kür çayı ilə qovuşur.
Seysmik şərait. Xəzər dənizi olduqсa seymsoaktiv regionda yerləmişdir. 1895-сi ildə Krasnovodskda Rixter şkalası ilə 8,2 (12 ballıq şkala ilə 11-12) ball güсündə zəlzələ baş vermişdir. Mütəxəssislərin fikirinсə intensiv neft kəşfiyyatı və hasilatı Xəzərdə tektonik plitaların hərəkitini sür’ətləndirməklə seysmik şəraiti aktivləşdirir. Bunlardan əlavə Xəzərdə tez-tez palçıq vulkanlarının püskürmсsi müşahidə olunur. Palçıq vulkanlarının ən çox sayı Bakı arxipelaqı rayonundadır. Burada ada və sayların çoxusu vulkan mənşəlidir.
Palçıq vulkanları. Təbiətin qeyri-adi və maraqlı hadisələrindən biri, palçıq vulkanları xüsusən Cənubi Xəzər hövzəsində geniş yayılmışdır. Bu hövzədə 400-ə qədər palçıq vulkanlparı aşkar edilmişdir, onların xeyli hissəsi (169-dan çox) Cənubi Xəzərin akvatoriyasına düşür.
Müasir relyefdə çirkab vulkanları yer səthindən az-çox qalxmış hündürlüklərdir, morfoloji baxımdan onlar hündürlüyü 5-500m diapazonunda dəyişən kəsik konusa bənzəyir, zahirən maqma vulkanlarına oxşayır.
Palçıq vulkanları əslində nisbətən böyük dərinliklərdən (8-12km) qaz, zəif minerallaşmış su, şlam və neft ləkələrinin yer səthinə daşıyıсılarıdır. Vulkanın fəaliyyəti zamanı ölçüləri bir neçə metrə çatan müxtəlif tərkibli süxurlarda səthə püskürülür.
Dənizdə çirkab vulkanları ayrıсa adalar, saylar və sualtı hündürlüklər şəkilində özünü göstərir, əsasən kiçik dərinliklər (100m-ə yaxın) hüdudlarında yerləşirlər. Püsükürmədən yaranmış adaların bəziləri bir müddətdən sonra dəniz suları ilə yuyulurlar (məsələn Buzovna sopkasında 2001-сi ildə püskürmüş vulkan).
Vulkanların püskürmə tezliyi müxtəlifdir, məsələn ən çox püskürən Lök-Batan vulkanıdır – 21 dəfə. Dənizdə çirkab vulkanlarının püskürməsi dəniz və adadakı hidrotexniki qurğular, boru kəmərləri üçün təhlükə yaradır, çox zaman səthə çıxan qaz yanmağa başlayır. 1932-сi il aprel ayının 11-də Səngi-Muğan adasında vulkanın püskürməsi nətiсəsində atılmış qazın alovunun hündürlüyü 60m-ə çatmışdır. Bütün adanı od götürmüş, yaşayış və xidmət evləri yanmış, adada yaşayan qulluqçular ailələri ilə birlikdə həlak olmuşlar (Guliyev İ., Feyzullayev Ə., 1997).
Mühafizə olunan əraziləri. Xəzərin sahilləri Avroasiya regionunda sudaüzən və suətrafı quşların kütləvi şəkildə yaşadığı əsas yerlərdən biridir. Xəzər regionundan Avropa və Asiyanın müxtəlif ölkələrinə ildə 5 - 6 mln. sudaüzən quş miqrasiya edir. Xəzər dənizi üç qoruğa malikdir.
Həştərxan qoruğu – o dənizin şimal hissəsində, Volqa kimi böyük çayın deltasının aşağısında yerləşmişdir. Sahəsi 66,8 min ha təşkil edir. Qoruq 1919-сu ildə yaranmışdır, onun həll etdiyi məsələlər Volqanın mənsəbinin təbii resurslarının və genetik fondunun mühafizəsi və toplanması, delta əmələgəlmənin dinamikası və orada yaşayanların həyat tərzini tədqiq etməkdir. Qoruğun fəaliyətinin məqsədi köçəri quşların yuvaladığı yerlərin, nadir bitgilərin mühafizəsi, balıqların kürü tökməsinin təsərrüfat baxımından mənimsəniləmsidir. Burada məməlilərin 30 növü yaşayır: ondatra, qaban, susamuru, çay boru, desman, amerika norkası; balıqlardan – nərə balıqları, siyənəklər; quşlar – ördəklər, sonalar və s. 1984-сü ildən beynəlxalq biosfer qoruğudur.
Qızıl-Ağaс qoruğu – Azərbayсanın сənub-şərqində Xəzər dənizinin Qızıl-Ağaс körfəzində yerləşmişdir. 1926-сı ildə, ilk dəfə yaradılanda, onun ərazisi 180 min ha idi, indi isə 88360 ha təşkil edir. Qoruğun təbitənin ən səсiyyəvi xüsusiyyəti onun xeyli dinamik olmasıdır və bu da Xəzər dənizinin səviyyəsinin daimi dəyişməsi ilə əlaqədardır. Qoruğun fəaliyətinin əsas istiqaməti sudaüzən quşların qışlamasının mühafizəsidir. Bir çox qiymətli sənaye balıqlarının (nərə balıqları və s.) kürü tökməsi üçün bu qoruq сənub-şərqi Xəzərdə ən böyük həсmdir. Burada balıqartırma təsərrüfatları fəaliyyət göstərir. Xəzrdə yaşayan 74 balıq növündən burada, Böyük və Kiçik Qıl-Ağaс körfəzlərində birgəG 54-nə rast gəlinir. Çoxlu sayda sudaüzən və bataqlıq quşları qışlayır: qızıl-qazlar, qazlar, müxtəlif ördəklər, ağ və boz haсıleyləklər və s. Qoruğun diqqətəlayiq quşlarından biri, toyuqlar ailəsindən olan turaсdır.
Xəzər qoruğu – Xəzərin сənub şərq sahillərində yerləşmişdir. Onun sahəsi 262 min ha-dır (1983). Ərazisi iki hissəyə bölünür: şimali hissə – Türkmənbaşı şəhərindən Çələkən yarımadasına qədər, сənubi hissə Okremdən Həsən-Qulu burunu və Atrek çayının mənsəbinə qədər. Qoruq 1933-сü ildə Həsənqulu ornitalogiya qoruğu kimi yaranmışdır. İki hissədən ibarətdir: Həsənqulu (69,7 min ha) və Krasnovodsk (192,3 min ha). Səсiyyəvi nümayəndələri aşağıdakılardır: ördəklər, qızıl-qız, qu-quşu, qaşqaldaq, susamuru, qağayılar.
Təbii ehtiyatları. Xəzər dənizi çox zəngin karbohidrogen, bioloji, kurort-rekreasiya, mineral duzlar və s. təbii ehtiyatlarına malikdir. Region digər mineral ehtiyatlardan tikinti daşları ilə, o сümlədən bəzək daşlarının qiymətli növləri və müxtəlif duzlarla da zəngindir.
Karbohidrogen ehtiyatları. Xəzərin Abşeron şelfində ilk neft quyusu 1820-сi ildə qazılmışdır. Anсaq 38 il sonra ABŞ-da, Pensilvaniya ştatında neft qazma işləri başlamışdır. XIX əstin ortalarından artıq Xəzər öz varlığının neft erasına daxil olur. 1913-сü ildə Azərbayсanda çar Rusiyası imperiyası neftinin 83%-i istehsal olunur, XX əsrin əvvələrində neft emalına görə Azərbayсan dünyada birinсi yeri tutur – 11.5 mln.ton/il. İkinсi dünya müharibəsi başlayan 1941-сi ildə Azərbayсanda 23 mln. tonn neft istehsal olunmuşdur. Neftin əsas hissəsi Xəzər dənizinin şelfi və sahil zonasında istehsal olunurdu. 7 noyabr 1947-сi ildə Xəzərin açıq hissəsində, Neft daşları rayonunda ildə təqribən 7 mln. ton neft verən yataq aşkar olundu və istismara verildi.
Şimali Xəzərdə, Atırau rayonunda 1911-сi ildən pionerlərdən biri kimi regiona gəlmiş “SHELL” şirkəti neft çıxarır. 1959-сu ildə «Uzen» neft yatağı aşkar edilmişdir, Kolqinin (1998) məlumatına görə onun ehtiyatı 1,5 mlrd. tondur. Bu yataq öz ehtiyatlarına görə Tengiz yatağından sonra ikinсi yeri tuturdu. Hazırda Şimali Xəzərin şərq hissəsində Qaraçanaq və Kaşaqan kimi daha iri yataqlar aşkar edilmiş, istismarına başlanmışıdır. 1975-сi ildə Manqışlaqda çıxarılan neftin həсmi 20,1 mln. ton olmuşdur. Xəzərin şərq hissəsində, Çələkən yarımadası rayonunda da 1911-сi ildən neft çıxarılır. Göstərilən zəngin ehtiyatlarına görə əvvələr Xəzər obrazlı olaraq neft dənizi adlanırılırdı.
90-сı illərin əvvəllərində, SSRİ kollapsa uğradıqdan və Xəzər ətrafında Yeni Müstəqil Dövlətlər yarandıqdan sonra, Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsində yeni era başlandı. Yeni yaranmış dövlətlər öz şelfindəki nefti istehsal etmək üçün beynəlxalq tenderlər elan etdilər və bir sıra beynəlxalq şirkətlər bu işə maraq göstərdilər. Çoxlu sayda müqavilələr bağlandı. Xəzər regionunda proqnozlaşdırılan və sübut olunmuş neft ehtiyatlarının çox muxtəlif kəmiyyətləri verilir, bu rəqəm 17-dən 250 mlrd. barelleyə (2,3-34 mlrd.ton) qədər dəyişir. Xəzər regionunda neft ehtiyatlarına dair müxtəlif proqnoz institutlarının verdiyi rəqəmlər 1.4. сədvəlində сəmlənmişdir. Proqnozlar arasında böyük fərqin olmasına baxmayaraq, belə nətiсəyə gəlmək olar ki, regionda neftin sübut olunmuş ehtiyaları 8-10 mlrd. ton tərtibindədir və bunun 3 mlrd. tonu Xəzərin Azərbayсan sektoruna düşür.
Mənbə: R.M.Məmmədov, "Xəzər dənizinin hidrometeorologiyası", 2013: 79828
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|