NƏ, NƏ ZAMAN İXTİRA OLUNMUŞDUR?

İnsanlar var olduğundan bu yana hər zaman əlində var olanla kifayətlənməmiş, həyatını asanlaşdıracaq axtarışlara girmişdir. Bu da kəşfləri özü ilə bərabər ortaya çıxarmışdır. Bu yazıda tarix boyunca edilən kəşflərin kiçik bir hissəsini tapa bilərsiniz
 
E.Ə. 4241-ci ildə Hadisələrin tarixlənə bildiyi ilk ildir. Bu, Misirlilərin təqvim yaratmaqları ilə mümkün olmuşdur.
E.Ə. 3200-ci ildə Mesopotamiyalı Şumerlər yazıdan istifadə edən və təkərin şəkilini çəkən ilk xalq olmuşdur.
E.Ə. 3000-cü ildə Babillilər ilk hesablama maşını olan abakı kəşf etmişlər.
E.Ə. 1300-cü ildə Suriyalılar öz əlifbalarını inkişaf etdirmişlər.
E.Ə. 700-ci ildə Lidyada (bugünkü Türkiyə ərazisi) malların alış-satışı üçün ilk dəfə puldan istifadə edilmişdir.
E.Ə. 100-ci ildə Romalı memar Vitruvius kran (bucurğad) hazırlamışdır.
999-cu ildə bir keşiş tərəfindən mexaniki saat kəşf edilmişdir.
1000-ci ildə Çinlilər havaya fişəng ataraq işarə göndərmək üçün barıtdan istifadə etmişlər.
1045-ci ildə Çində Pi Cheng tərəfindən portativ mətbəə hərflərini kəşf etmişdir.
1450-ci ildə Johannes Gutenbergin nəşr maşınları kitab istehsalında yeni dövr açmışdır. Bunun nəticəsində də yeni kəşflər haqqındakı məlumatların yayılması sürətlənmişdir.
1569-cu ildə Flaman xəritəçi Merkator yeni bir xəritəçəkmə üsulu inkişaf etdirmişdir.
1592-ci ildə Galileo cisimləri 30 dəfə böyüdən bir teleskop yaratmişdır.
1614-ci ildə Şotlandiyalı riyaziyyatçı John Napier loqarifm cədvəlini kəşf etmişdir.
1620-ci ildə İlk eynək İtaliyada yaradılmışdır.
1642-ci ildə Blaiz Paskal atasının vergi hesablamaları üçün bir toplama maşını kəşf etmişdir.
1643-ci ildə Evangelista Torrikelli hava təzyiqini ölçmək üçün indi civəli barometr deyilən cihaz kəşf etmişdir.
1656-ci ildə Christian Huygens Qalileonun fikirlərinə söykənən həssas bir rəqqaslı saat hazırlamışdır.
1665-ci ildə Robert Hookenin Kiçik Şəkillər adlı kitabındakı şəkillər yeni mikroskopların gücünü göstərirdi.
1668-ci ildə İsak Nyuton ilk reflektor teleskopu kəşf etmisdir.
1698-ci ildə Thomas Saveryin kəşf etdiyi ilk buxar maşını su altında qalan mədənlərdəki suyu çölə nasosla vurmada istifadə edilirdi.
1733-cü ildə ingilis bir toxucu tərəfindən kəşf edilən "Uçan mekik" adındakı alət bir adamın bir gündə çıxara biləcəyi parça miqdarını iki qatını çatdırdı.
1771-ci ildə Richard Arkraytın suyla işləyən çıkrığı, köhnəyə görə çox daha möhkəm pambıq ipliyi çıxarırdı.
1778-ci ildə Jozef Brahamın yeni tualet sistemini icad etməsiylə ev içi sağlamlıq şərtlərində əhəmiyyətli bir inkişaf olmuşdur.
1783-ci ildə Marquis de Jouffroy d'Abbans ilk buxarlı gəmini üzdürmüşdür.
1783-cü ildə Montqolfer Qardaşları isti hava şarını müvəffəqiyyətlə uçurmuşlar.
1797-ci ildə bir Fransız şardan paraşütlə atlayaraq paraşütün əhəmiyyətini göstərmişdir.
1801-ci ildə ilk dənizaltılardan olan Nautilus ilk səfərini tamamlamışdır.
1804-cü ildə Riçard Trevitik relslər üzərində gedən ilk buxarlı lokomotivi yaratmışdır.
1814-cü ildə Friedrix König əllə işləyən mətbəədən çox daha sürətli olan buxarlı mətbəəni inkişaf etdirmişdir.
1815-ci ildə Humfri Dav mədənlərdə işi çox daha etibarlı hala gətirən mədənçi lampası kəşf etmişdir.
1819-cu ildə Avqustus Siebe təzyiqli bir dalğıc paltarı hazırlayaraq insanların daha dərinlərə enə bilməsini təmin etdi.
1821ci ildə Çarles Babbac kompleks riyazi cədvəlləri avtomatik olaraq hesablamaq üçün hazırladığı "fərq maşını" nı xeyli təkmilləşdirmişdir.
1826-cı ildə Fransız fiziki Jozef Niyepce tarixdəki ilk fotoşəkili çəkmişdir.
1830-cu ildə ilk tikiş maşınını Fransız dərzi Barthelemey Timonniyer tərəfindən hazırlanmışdır.
1836-cı ildə Samuel Colt sürətli atəş edən tapança "altıpatlar "ın patentini almışdır.
1837-ci ildə İsambard Kinqdom Brunel ilk qitələr arası buxarlı gəmini üzdürmüşdür.
1837-ci ildə iki İngilis ixtiraçı William Coke və Çarles Vetston ilk elektrikli teleqraf maşınını ixtira etmişdir.
1839-cu ildə Luis Daquerre vəsiqəlik fotoşəkillərdə çox tutulan daquerrotip fotoşəkil texnikasını ixtira etmişdir.
1843-cü ildə Samuel Morse teleqraf mesajlarından istifadə edilmək üzrə nöqtə və xətlərdən ibarət olan məşhur morze əlifbasını kəşf etmişdir.
1846-cı ildə Amerikalı stomatoloq bir çənə əməliyyatında ağrını hiss etdirməmək üçün efir istifadə etmişdir.
1848-ci ildə ilk hərəkətli pilləkən Nyu Yorkda turist çəkmək üçün qurulmuşdur.
1849-cu ildə çəngəlli iynə icad edilmişdir.
1857-ci ildə Nyu Yorkda binaya ilk dəfə olaraq lift quraşdırılmışdır.
1860-cı ildə Belçikalı Etiyenni Lenoir ilk içindən yanan mühərriki ixtira etmişdir.
1863-cü ildə ilk metro xətti Londonda açılmışdır.
1872-ci ildə fotoqraf Edvard Maybric ilk ardıcıl fotoşəkillər serialını çəkmişdir.
1876-ci ildə ​​Alexsandır Qraham Bell ilk telefonu ixtira etmişdir.
1876-cı ildə ​​amerikalı məhsuldar ixtiraçı Tomas Edison kəşflər fabrikini qurmuşdur.
1877-ci ildə Edison fonoqrafı kəşf etmişdir.
1878-ci ildə Jozef Svan elektrik lampasını ixtira etmişdir.
1879-cu ildə Ernest von Simens elektrik döşənilmiş bir xətt üzərində gedən ilk elektrikli qatarı sərgilədir.
1881-ci ildə Emil Berliner yastı vallar istifadə edən ilk gramofonu yaratmışdır.
1884-cü ildə Hiram Maksim ilk pulemyotu tanıtmışdır.
1885-ci ildə fizik Henrix Hertz elektromaqnit dalğaların varlığını göstərdi.
1885-ci ildə Avstriyalı kimyaçı Karl Aver şama görə daha rahat və etibarlı olan bir hava qazı lampası ixtira etmişdir.
1886-cı ildə Linotip adlı maşın qəzetlərin və kitabların daha sürətli hazırlanmasını təmin etmişdir.
1888-ci ildə Corc Eastman Kodak no.l adlı fotoaparatı yaratmışdır.
1889-cu ildə Edisonun köməkçisi Çarles Batxelor kino filmlərinin səsləndirilməsi üzərinə təcrübələr etmişdir.
1890-cu ildə Daymlər mühərrik şirkəti dörd təkərli və maye yanacaqla işləyən avtomobil istehsalına başlamışdır.
1890-cı ildə Herman Hollertin ixtira etdiyi elektrikli sayma maşını sayəsində Amerikada siyahıyaalma əməliyyatı çox sürətli bir şəkildə nəticələndirildi.
1895-ci ildə Parisdə Lumiyer Qardaşları 10 hərəkətli filmdən ibarət olan bir nümayiş etmişdir.
1901-ci ildə Kinq Kamp Jillet istifadə edildikdən sonra atılan ilk etibarlı traş bıçağının patentini almışdır.
1902-ci ildə italyan Quglielmo Marconi Manş dənizi üzərindən radio dalğalarıyla mesaj çatdırmağı bacarmışdır.
1903-cü ildə amerikalı Rayt Qardaşları ilk motorlu təyyarənin uçuşunu reallaşdırmışdır.
1903-cü ildə Henri Ford yeni avtomobil fabrikiylə ardıcıl istehsal texnikasını gətirmişdir.
1903-cü ildə Villem Einthoven ürəyin işləyişini yazan elektrokardiyoqrafi cihazını ixtira etmişdir.
1904-cü ildə Jon Fleminq inkişaf etdirdiyi şüşə diodlar radio cihazlarının imtina edilməz parçası oldu.
1908-ci ildə adı ixtiraçısının adından alan Qeyiger sayğacı radiasiyanı təyin etmək və ölçmək üçün istifadə edilməyə başlanılmışdır.
1909-cu ildə general Electric şirkəti elektrikli çörək qızartma maşınını ixtira etmişdir.
1923-cü ildə iki isveçli ixtiraçı ilk soyuducunu hazırlamışdır.
1925-ci ildə Londonda trafik lampaları istifadə edilməyə başlandı.
1926-cı ildə John Logie Baird ilk televiziya görünüşünü müvəffəqiyyətlə çatdırdı.
1926-cı ildə Robert Qoddard ilk maye yanacaqlı roketi atmışdır.
1929-cu ildə Filip Drinker xəstələrin tənəffüs etməsinə kömək etmək üçün "dəmir ciyər" i ixtira etmişdir.
1933-cü ildə iki alman elm adamı Maks Krol və Ernest Ruska elektron mikroskopu yaratdı.
1933-cü ildə pişiyin gözünün avtomobil faralarını əks etdirməsindən ilhamlanan Persi Şav sürücülərin diqqətini yol xəttlərinə çəkən pişikgözü ixtira etmişdir.
1935-ci ildə alman şirkəti AEG səsi yazmaq üçün plastik maqnetik maqnitofon bantını inkişaf etdirdi.
1937-ci ildə dünyanın ən böyük zeplini Hindenburqun yanıb 35 yolçunun ölməsindən sonra zeplinle nəqliyyatdan imtina edilmişdir.
1938-ci ildə macar ixtiraçı Lazlo Biro, biro da deyilən diyircəkli qələmi ixtira etmişdir.
1938-ci ildə amerikalı Çester Çarlson ilk fotokopiya maşınını ixtira etmişdir.
1939-cu ildə İqor Sikorski adlı bir Rus mühəndis tərəfindən ilk vertolyot yaradılmışdır.
1942-ci ildə Vernher von Braun AImanyanın ilk uzun mənzilli mərmisi olan V-2-ni atmışdır.
1942-ci ildə Enrico Fermi ABŞ-ın Çikaqo şəhərində nüvə enerjisinin yoxlama altına alına bildiyi bir nüvə reaktoru ixtira etmişdir.
1945-ci ildə amerkalı ixtiraçı Persi Spencer ilk mikrodalğalı soba hazırlayaraq patentini aldı.
1945-ci ildə ABŞ, Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atmışdır.
1946-cı ildə John Mauki və John Eckertin inkişaf etdirdiyi Amerikanın ilk elektronik kompüteri ENIAC xalqa təqdim edilmişdir.
1947-ci ildə Edvin Land bir dəqiqədən az bir müddətdə qara ağ fotoşəkil çıxaran polaroid maşını icad etmişdir.
1948-ci ildə Amerkalı üç elm adamı John Barden, Valter Bratayin və Villiam Şokley tranzistor deyilən bir cihaz icad edərək elektronik dövrələrin xeyli kiçilməsini təmin etmişdir. Daha sonra bu icadlarıyla Nobel mükafatı almışlar.
1957-ci ildə Sovetlər Birliyi tərəfindən dünyanın ətrafında dönən insan istehsalı ilk cisim Sputnik I göndərilmişdir.
1959-cu ildə Xristofer Cockerell tərəfindən hazırlanan hoverkraft halqa sərgilənmişdir.
1960-cı ildə Feodor Maiman ilk lazeri yaratdı.
1962-cı ildə telefon danışmalarının yanında canlı televiziya görünüşlərini də çatdıran Telstar adlı peyk göndərilmişdir.
1977-ci ildə dünyanın təkrar istifadə edilə bilən ilk kosmos gəmisi ABŞ tərəfindən kosmosa göndərilmişdir.
1982-ci ildə Philips və Sony şirkətləri yığcam disk çıxartmişdır.
1987-ci ildə ilk ədədi səs bantları (DAT) çıxarılmışdır.
1990-cı ildə yüksək dəqiqlikdə televiziya (HDTV) yaradılmışdır.
1990-cı ildə World Wide Web və İnternet protokolu ilə (HTTP), Tim Berners -Lee tərəfindən yaradılmışdır.
1991-ci ildə digital telesekreter ixtira edilmişdir.
1993-cü ildə Pentium prosessor çıxarıldı.
1994-cü ild HİV proteaz inhibitor ixtira edilmişdir.
1995-ci ildə Java kompüter dili ixtira edildi.
1995-ci ildə DVD (Digital Versatile Disc və ya Digital Video Disk) ixtira edilmişdir.
1996-cı ildə Web TV icad edilmişdir.
1997-cı ildə qazla işləyən hüceyrəli yanacaq ixtira edilmişdir.
2000-ci ildə FluidSense infuziya nasosu (avtomatik və standart venadaxili tətbiq) icad edildi.
2001-ci ildə ABIOMED tərəfindən ən kiçik süni ürək çıxarılmışdır.
2001-ci ildə süni qaraciyər Dr. Kennez Matsumura və Alin Vaqfi tərəfindən ixtira edilmişdir.
2001-ci ildə öz-özünü təmizləyən pəncərələr PPG Industries tərəfindən ixtira edildi.
2001-ci ildə iPod çıxarılmışdır.
2002-ci ildə virtual klaviatura Canesta və Vkb tərəfindən ixtira edildi.
2003-cü ildə Susumu Taçi, Masahiko İnam və Naoki Kavakami tərəfindən "Optik Kamuflyaj Sistemi" ixtira edildi.
2003-cü ildə Toyota hibrit avtomobilini istehsal etdi.
2004-cü ildə Adidas nə qədər sərt və ya yumşaq dəstəyə ehtiyac olduğunu təyin edərək mikroprosessorlu bir ayaqqabını inkişaf etdirmişdir.
2004-cü ildə yarı şəffaf beton Macar memar Aron Losonczi tərəfindən inkişaf etdirilmişdir.
2005-ci ildə YouTube - Online video paylaşımı və göstərmə saytı, Stiv Çen, Çad Hurley və Javed Karim tərəfindən ilk dəfə nəşrə girdi.
2006-cı ildə iPhone yaradıldı.
2008-ci ildə Biyonik linzalar ixtira edildi.
2008-ci ildə Sony şəkərdən elektrik çıxaran bir sistem yaratdı.
2009-cu ildə bədən klaviaturası yaratdıldı, hətda düyməsinə təmas əsnasında çıxan səsi dinləyərək hansı düyməyə bastığınızı başa düşən bir sistem də çıxarılmışdır.
2011-ci ildə ixtiralar olduqca məhsuldar olmuşdur.
1. Vasitələrin üzərindən keçən avtobus.
2. Göz qamaşmasını əngələyən dinamik günəş eynəyi.
3. Tibbi güzgü.
4. Zirehli Qol - Əlcək.
5. Formaldehid Test Sistemi.
6. Google Prius.
7. The Terrafugia Transition.
8. 3D Eynək və 3D Televiziya.
64442
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic