YUXARI QARABAĞ İQTİSADİ-COĞRAFİ RAYONU

Xankəndi şəhərini, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Tərtər rayonlarını əhatə edir. İqtisadi rayonun ümumi sahəsi 7248 km2 –dir. Bu da respublika ərazisinin 8,4%-nə bərabərdir. Yuxarı Qarabağ Aran və Kəlbəcər-Laçın iqtisadi rayonları arasında yerləşir. Cənubda İran İR ilə sərhəd Araz çayı üzrə keçir. Polimetal filizləri (Mehmanə), tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqlar, meşələr əsas təbii sərvətlərdir. İqtisadi rayonda əhalinin sayı 628,8 min nəfər, o cümlədən şəhər əhalisi 206,1 min nəfərdir. Ölkə əhalisinin 6,8%-i burada yaşayır (2012). Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl rayonlarının əraziləri tamamilə, Ağdam və Füzuli rayonlarının bir qismi qonşu Ermənistan Respublikasının işğalı altındadır. Lakin hazırda 1482 km2 sahəni əhatə edən cəbhəyanı ərazilərdə 211,8 min nəfər şəhər əhalisi yaşayır. İqtisadi rayonun düzən relyefi, bol aqroiqlim ehtiyatları, Kür çayının su ehtiyatları, suvarma şəraitində məhsuldar olan torpaqlar kənd təsərrüfatı işləri aparılması və əhalinin məskunlaşması üçün əlverişli təbii şərait yaradır. Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonunda kənd təsərrüfatının əhəmiyyəti böyükdür. Onun başlıca sahələrinə üzümçülük, taxılçılıq, meyvəçilik və pambıqçılıq aiddir, bostan-tərəvəz bitkiləri əkilir. İqtisadi rayonda heyvandarlıq əsasən ətlik-südlük istiqamətində inkişaf etmişdir. Sənaye kənd təsərrüfatı xammallarının emalına əsaslanır.
37940
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic