KƏLBƏCƏR-LAÇIN İQTİSADİ-COĞRAFİ RAYONU

Kəlbəcər-Laçın iqtisadi-coğrafi rayonunun tərkibinə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonları daxildir. İqtisadi rayonun sahəsi 6,4 min km2 olmaqla ölkə ərazisinin 7,4%-ni əhatə edir. İqtisadi rayon ölkənin cənub-qərbində, Qarabağ vulkanik yaylasında və Həkəri çayının hövzəsində yerləşir, İCM-i çox əlverişsizdir. İqtisadi rayonda əhalinin sayı 232,9 min nəfər, o cümlədən şəhər əhalisi 50,0 min nəfərdir. Ölkə əhalisinin 2,5%-i burada yaşayır (2012). İqtisadi rayonda qızıl, civə, mərmər, xromit, üzlük tikinti daşları, kopal, əqiq, perlit kimi faydalı qazıntı ehtiyatları vardır, mineral bulaqlarla (Kəlbəcərdə İstisu, Laçında Minkənd) zəngindir. Kəlbəcər-Laçın vaxtilə ölkənin heyvandarlıq rayonlarından biri olmuşdur. Bu ərazilərdə tütün, taxıl, üzüm, meyvə əkilir, mal-qara, qoyun, arı saxlanılırdı. İqtisadi rayona daxil olan bütün inzibati rayonlar Ermənistanın işğalı altında olduğuna görə təsərrüfat dağılmışdır.
28538
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic