QANAYAN AĞAC

Qanayan ağac-bu ağac Sokotra Adasında yerləşir. Sokotra Dünyanın qitə mənşəli bölgələri içərisində ən təcrid vəziyətdə olan yerlərdən biridir. Bu adalar böyük ehtimalla Afrikadan fay qırılması ilə Orta Pliyosen dövründə ayrılmışdır, eyni qırılma hadisəsi şimal-qərbindəki Ədən körfəzinin açılmasını təmin etmişdir. Sokotranın ən qəribə və ən görüləsi tərəfi dünyada sadəcə bu adada tapılan bir ağaç olmasıdır. Ağacın yerli dildəki adı “Şecerə-ül Adəm” (Adəmin Soyağacı) “Qanlı Əjdər Ağacı” (Draceana cinnabari) deyən Sokotralılar da var. İlk baxışda tərs dönmüş bir çətiri xatırladan forması cazibə qüvvəsinə meydan oxuyar kimi yuxarı doğru uzanan bu ağac bir çox əfsanəni içində saxlayır. Adanın bu ağacı müsəlman xalqlarına görə insanlığın ilk günündən bu günə qan bağlarını işarələyir və Hz.Adəmin insanlığın pisləşən halı üçün tökdüyü qanlı göz yaşlarını ifadə edir. Ağacın ən qəribə yanı budaqlarını sərt bir cisimlə qazıyanda gövdəsindən qırmızı qan bənzəri bir su axmasıdır. Afrika mənşəli adalılar iki qardaşın qan davası güdüb bir-birlərini öldürmələrindən sonra bu ağacın yaranmasına inanırlar.

 
23242
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic