“NATİONAL GEOGRAPHİC” JURNALI AZƏRBAYCAN DİLİNDƏ NƏŞR EDİLƏCƏK

09 Mart 2014

Martın 3-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində dünyanın ən məşhur jurnallarından biri sayılan “National Geographic” jurnalının azərbaycan dilində nəşr olunması barədə müqavilə imzalanıb. Müqavilə Azərbaycan tərəfdən "Garant Holding"-in tərkibinə daxil olan "Garant Media Holding" ilə “National Geographic” jurnalının idarə heyəti arasında bağlanılıb. İmzalama mərasimində Garant Holding-in Müşahidə Şurasının sədri Anar Məmmədov, Garant Media Holding-in nümayəndələri və “National Geographic” jurnalının prezidenti Terence Adamson iştirak ediblər.
Beləliklə, Azərbaycan oxucuları Milli Coğrafiya Cəmiyyətinin nəşr etdiyi (“National Geographic Society”) jurnalı ilk dəfə öz ana dillərində oxuyacaqlar.
Qeyd edək ki, jurnal ayda bir dəfə nəşr edilir. Jurnalın oxucu auditoriyası dünyada 60 milyon nəfəri əhatə edir.
Milli Coğrafiya Cəmiyyətinin bu jurnalın ilk xarici dildə nəşri 1995-ci ildə Yaponiyada olmuşdur. Jurnal ingilis dilində dərc edilir, onun səhifələrində mədəni hadisələr, elmi və texniki nailiyyətlər öz əksini tapır, dünyanın ən yaxşı fotoqrafları jurnal ilə əməkdaşlıq edir. İngilis dilindən başqa, jurnal daha 38 dildə çap edilir.
Milli Coğrafiya Cəmiyyəti dünyada ən iri elmi və maarifləndirici qeyri-kommersiya təşkilatıdır. Cəmiyyətin işinin məqsədi insanları planetin qayğısına qalmağa, ətraf mühiti qorumağa, dünyanın gözəlliyini qiymətləndirməyə sövq etməkdir. “National Geographic” öz oxucularını jurnalların, televiziya proqramlarının, kitabların, xəritələrin, sərgilərin və müxtəlif tədbirlərin köməyi ilə dünya ilə tanış edir. Təsis edildiyi 1888-ci ildən cəmiyyət 10 000-dən artıq təbiəti mühafizə və geoloji-tədqiqat, elmi-tədqiqat layihələrini maliyyələşdirib, coğrafi biliklərin yayılmasına yardım edərək təhsil sahəsində proqramları dəstəkləyib.

 


 
mənbə: www.oxu.az
13895
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic