YER KÜRƏSİNƏ OXŞAR PLANET KƏŞF EDİLDİ

18 Aprel 2014
Kepler teleskopu Yerə hədsiz bənzər planet aşkar etmişdir. NASA astronomları tərəfindən təsbit edilən planetin böyüklüyü təqribən Yerin ölçüsü qədərdir. Kepler-186f teleskopu ilə baxıldığında qırmızı cırtdan ulduz yeri xatırladır. Planetdə qırmızı günəş şüaları, dənizlər və bəlkə əcnəbilər də vardır. NASA-nın Kepler Kosmik Teleskopu məlumatlarının təhlili nəticəsində alimlər başqa bir “Yerin” bizdən 493 işıq ili uzaqlıqdakı qırmızı cırtdan ulduz ətrafında yerləşən, həyat olma ehtimalı olan  və Yerə ən oxşar planet hesab edirlər.

Başqa planetləri tapmaq məqsədi ilə 2009-cu ildən başladılan 600 milyon dollarlıq Kepler kosmik aparatları vasitəsilə yaxın ulduzların orbitində daha 960 planet kəşf edilmişdir.

Planet “Kepler 186” adlandırılmış qırmızı cırtdan ulduzun orbitindəki beş planetdən biridir. “Kepler-186f” adlandırılmış bu yeni planetin relyefi əsasən qayalıqdan ibarətdir. Tədqiqatçılar onun kütləsini Yerdən 1.5 dəfə böyük olması fikirini irəli sürmüşlər. “Kepler-186f”-in ulduz ətrafında fırlanması 130 günə başa çatır. Planet günəşdən az istilik alır, lakin kəşf qrupu iddia edir ki, oradakı mövcud atmosfer  istixana effektini təmin etməklə istilik kifayət qədər yaranır və dənizlərin donmaması üçün bu kifayətdir.

 
17809
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic