QIRMIZI KİTAB“Qırmızı kitab” məhvolma təhlükəsi olan heyvan, bitki və göbələk növləri haqqında məlumatların toplandığı kitabdır. "Qırmızı kitab"lar miqyasına görə beynəlxalq, milli və regional ola bilərlər. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (International Union for Conservation of Nature and Natural Resources) “Qırmızı siyahı”ya düşən canlıları aşağıdakı kateqoriyalar əsasında təsnifatını vermişdir:
Extinct (EX) – (Nəsli kəsilmiş) Extinct in the Wild (EW) – (Vəhşi təbiətdə mövcud olmayan) Critically Endangered (CR) – (Son həddə çatmışlar) Endangered (EN) – (Nəsli kəsilmə təhlükəsi olanlar) Vulnerable (VU) – (Həssas növlər) Near Threatened (NT) – (Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar) Least Concern (LC) – (ən az narahatlıq doğuran) Data Deficient (DD) – (Haqqında məlumat çatışmamazlığı olanlar) Not Evaluated (NE) – (Qiymətləndirilməmişlər) Azərbaycan Respublikasının “Qırmızı kitabı”na 108 növ heyvanın adı daxil edilmişdir
Bu məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti vermişdir. Məlumatda deyilir ki, ölkəmizin ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü məlumdur. Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir. Bəzi heyvanlar yalnız çox məhdud (göl, dağın bir hissəsi), digərləri isə respublikanın bütün ərazisində yayılmışdır. Məsələn, sərçəkimilər dəstəsinə daxil olan quşlara respublikanın bütün ərazisində rast gəlmək olar. Azərbaycan Respublikasının “Qırmızı kitab”ına 108 növ heyvanın adı daxil edilmişdir. Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır. Azərbaycan Respublikasında nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır. Berkut məhdud sahədə, əsasən, yüksək dağlarda yaşayan quşlardandır. Qafqaz tetrası Kiçik və Böyük Qafqazın subalp zonasında, yaşılbaş ördək Xəzərin sahilində, respublikanın su tutarlarında qeydə alınıb. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-də, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və Korçayda rast gəlinir. Dağıstan turu Böyük Qafqazın cənub ətəyində, Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır. Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur. Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, nərə, uzunburun və bölgədir. Xəşəm, şamayı, poru ilanbalığı da belə balıqlardandır. Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur. Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti olan çapaq, çəki, sıf, naxa, külmə, ziyad (kütüm) və s. yarımkeçici balıqlar var. Xəzərdə çoxlu siyənək, kilkə və kefal ovlanır. 1959-cu ildən sonra Kür çayında müxtəlif hidrotexniki qurğular tikilməsi, Kür çayı axarının nizama salınması, Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların sayı xeyli azalmışdır. Balıq ehtiyatını bərpa etmək və artırmaq məqsədi ilə respublikada geniş miqyasda meliorasiya və balıq yetişdirmək üçün 3 zavod (Kürağzı, Şirvan və Kür təcrübə nərəyetişdirmə zavodları) istifadəyə verilmişdir. Respublikanın balıqyetişdirmə təsərrüfatlarında və zavodlarında hazırda ildə 20 milyonadək nərə balığı, 600 min qızılbalıq və 800 milyondan çox çapaq, çəki külmə və sıf körpəsi yetişdirilir. Bunlardan əlavə, 1980-ci ildən Kiçik Qızılağac təsərrüfatında fəaliyyət göstərən inkubatorda ildə 50 min ziyad balığı yetişdirilib dənizə buraxılır. 2000-ci ildə Xıllıda yeni, müasir 20 milyon nərəkimi körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir. Xalq qəzeti.- 2009.- 3 sentyabr.- S. 12. Azərbaycan Qırmızı Kitabı
Azərbaycan Respublikası "Qırmızı Kitab"ı - Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir. Respublika "Qırmızı Kitab"ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur. Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı"nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. "Qırmızı Kitab"ın I nəşri 1989-cu ildə həyata keçirilib. Azərbaycan Respublikasınn “Qırmızı Kitabı”na düşmüş nadir bitki və heyvanlar bunlardır: Qırmızı kitaba düşmüş bitkilər
Hirkan şümşadı Dəmirağac Şabalıdyarpaq palıd Hirkan ənciri Hirkan armudu (Pyrus hyrcana) Xəzər lələyi İkək akasiyası Qafqaz xurması Ürəkyarpaqlı qızılağac Budaqlı danaya Hirkan bigəvəri Eldar şamı Qafqaz rododendron Çoban sarmaşığı Laqodex acıçiçəyi Təmiz kladoxeta Qaraçöhrə Şərg çinarı Qafqaz xədicəgülü Məxməri gərməşov Naxçıvan gəvəni Araz palıdı Xəzər zəfəranı Su zanbağı Qafqaz dəmirağacı Qırmızı kitaba düşmüş heyvanlar Talış qırqovulu Hirkan arıquşu Qara leylək Qıvrımlələk qutan Mərmər cürə Ağquyruq Dəniz qartalı Məzar qartalı Berkut Laçın Turac Forel balığı Təkə Köpgər (qaranaca) Muflon Qagqaz tetrası Qagqaz uları Çöl qartalı Ardıc ağıriyli Şahin Toğlugötürən Çəhrayı qutan Bəzgək Dovdaq Sultan toyuğu Ərsindimdik Qızılqaz Qırmızıdöş qaz Fısıldayan qu Kiçik qu Ceyran Çökəkburun cüllüt Ağquyruq çökəkburun Çöl haçaquyruq cüllütü Turan pələngi Göl pişiyi Ön Asiya bəbiri Zaqafqaziya dağ qoyunu Zaqafqaziya bezoar keçisi Zaqafqaziya qonur ayısı Zolaqlı kaftar Vaşaq Manul pişiyi Adi uzunqanad Cənub nalburnu Enliqulaq bükükdodaq Sarıqlı safsar Suriya sarımsaq qurbağası Adi triton Daraqlı triton Adi (boz) quru qurbağası Kiçik Asiya gürzəsi Eskilon ilan Zaqafqaziya təlxəsi Aralıq dənizi tısbağası Xarabalıq kələzi Qızılı mabuya Zolaqlı çılpaqgöz Ox-ilan Zaqafqaziya takır girdəbaşı Ağ durna Baloban Toğlugötürən Şahin Cek Çay qaraquşu İncədimdik kronşnep (əyridimdik) İlanyeyən Xəzər uları Tetraçalan Türküstan tüviki Qaraqarın bağrıqara Ağboğaz bülbül Səhra qar quşu Dağ keçisi http://azerbaijans.com/ 56234 |
|








AZ
EN
RU
56234








