AMAZON ÇAYI

Amazon çayının uzunluğu 6400 км km təşkil edir (Braziliya Milli Kosmik Araşdırmalar Mərkəzinin hesablamalarına görə isə bu rəqəm 6992-dir). Hövzəsinin sahəsi 7180 min км²-dir. Çay And dağlarından başlanğıcını götürərək mənsəbdə 100 min km2-dın artıq sahəyə malik delta əmələ gətirərək Atlantik okeanına tökülür. Çayın çoxlu sayda qolları vardır. Onlardan təxminən 20-inin uzunluğu 1500 m-dək uzunluğa malikdirlər. Ən böyük qollarından Jurua, Madeyra, Tapajos, Şinqu, Tokantins, İsa, Japura, Riu-Neqru və s. göstərmək olar.

Çayın böyük bir hissəsi Braziliyaya məxsusdur. Boliviya, Peru, Ekvador və Kolumbiya ərazilərindən isə çayın qərb hissəsindəki qolları axır.

Çayın mənsəbindən minlərlə km içərilərə doğru müxtəlif böyüklükdə gəmilər işləyir. Gəmilərin hərəkəti üçün Amazon çayında qolları ilə birlikdə su yollarının ümumi uzunluğu 25 min km-ə çatır. Əsas limanlar Belen, Santaren, Obidus, Manaus və s.-dir.

 


58082
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic