NİL ÇAYI
Uzunluğuna görə dünyanın ən böyük iki çayından biridir. Uzunluğu 6853 km-dir. Afrika materikində yerləşir. "Nil" sözü çayın yunan dilindəki adından ("Neylos") götürülmüşdür. Çay öz başlanğıcını Şərqi Afrika yaylasından götürərək Aralıq dənizinə tökülür. Delta əmələ gətirir. Nil 11 ölkənin ərazisində aıxr. Bunlar Tanzaniya, Uqanda, Ruanda, Burundi, KDR, Keniya, Efiopiya, Eriteriya, Cənubi Sudan, Sudan və Misirdir.
Çayın iki əsas qolu vardır. Ağ Nil və Mavi Nil. Ağ Nil başlanğıcını Şərqi Afrika yaylasındakı Viktoriya gölündən, Mavi Nil isə Efiopiya yaylasındakı göldən götürür.
Nil çayı üzərində suyun səviyyəsini tənzimləmək üçün Asuan adlı böyük su anbarı yaradılmış və SES tikilmişdir. Asuan su anbarı tikildikdən sonra çayda gəmiçilik üçün əlverişli şərait yaranmışdır. Böyük suvarma əhəmiyyətinə mailk olan bu çay xüsusilə Misir və Sudanın həyatında mühüm rol oynayır. Nildən həm də balıqçılıqda, su təchizatında, gəmiçilikdə və s. istifadə edilir. MƏR əhalinin təqribən 97 % Nilin dərəsi zonasında yaşayır.
65469
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|