LAÇIN VƏ ŞUŞA YOLU

Laçın və Şuşa şəhərlərini birləşdirən bu yol dağlardan keçdiyindən belə bir gözəl mənzərə əmələ gətirmişdir. Çətin keçilən sırdırımlı dağlarla əhatələnən bu yolun uzunluğu 44 km-dir. Relyef baxımdan bu yol sərt dağ aşırımlarından keçdiyi üçün məsafənin az olmasına baxmayaraq yolu qet etmək bir neçə saat vaxt aparır. Hətda qarlı-şaxtalı zamanlarda yolu qət etmək vəziyyəti bir azda çətinləşdirir. Laçına şosse yol 1950-ci illərin əvvəllərindən çəkilməyə başlamışdır. 16 noyabr 1971-ci il Azərbaycan KP MK-nin bürosunun "Laçın şəhərinin 50 illiyi barədə” qərarına əsasən şəhərdə böyük abadlıq işləri aparılmış və Şuşa-Laçın yolu da əsaslı surətdə yenidən tikilmişdir. Onu da xatırladaq ki, hazırda Laçın yolunun üzərində Azərbaycanlı döyüşçü İbad Hüseynovun öldürdüyü erməni cəllad, “Asala” terror təşkilatının liderlərindən biri olmuş Monte Melkonyanın portereti və “Güc birlikdədir” şüarı asılmılşdır.

 
32449
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic