ZƏLZƏLƏ NƏTİCƏSİNDƏ YARANAN ADA
Şəkildə gördüyünüz bu ada 24 sentyabr 2013-cü ildə Pakistanda 7.7 bal gücündə baş verən zəlzələ nəticəsində yaranmışdır. Təbii fəlakət Pakistanın Bəluçistan əyalətinin Avaran mahalında baş vermişdir. Zəlzələ nəticəsində yüzlərlə insan həlak olmuş, minlərlə insanın evi dağıntıya məruz qaldığından evlərini tərk etmək məcburiyətində qalmışdır. Amma zəlzələ özü ilə bərabər bir ada da gətirmişdir. Ada Pakistanın Gvadar sahilyanı ərazisində Hind okeanı sahillində əmələ gəlmişdir. Adanın hündürlüyü 18 m, eni 30 m, uzunluğu 76 metrdir.
24206
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|