AZƏRBAYCAN COĞRAFİYA CƏMİYYƏTİ İCTIMAİ BİRLİYİNİN NİZAMNAMƏSİ

I. ÜMUMİ MÜDDƏALAR

 1.1.«Azərbaycan Coğrafiya Cəmiyyəti» İctimai Birliyi (bundan sonra Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi coğrafi məsələlərin, elmin və maarifçiliyin inkişafını, gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır.

1.2.Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və "Qeyri Hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, həmçinin bu Nizamnamə əsasında qurur.

1.3.Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

1.4.Birlik öz adından müqavilələr bağlaya, əmlak və şəxsi qeyri əmlak hüquqlarını əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə bilər.

1.5.Birliyin yerləşdiyi ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, H. Cavid prospekti 31.

1.6.Birliyin təsisçiləri aşağıdakı fiziki şəxslərdir:

Budaqov Budaq Əbdüləli oğlu - pasport PP AZE P0582I32 , Bakı şəhəri, DİN tərəfindən 04.06.1999-cu ildə verilib.

Məmmədov Ramiz Mahmud oğlu - pasport PP AZE P0700516, Bakı şəhəri. DİN-yi tərəfindən 11.07.2000-ci ildə verilib.

İsmayılov Mirnuh Cavad oğlu - XIII-JQ >fe611792, Masallı RİK DİŞ-i tərəfindən 08.07.1980-a ildə verilib.

II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
 
2.1. Birliyin əsas məqsədi elmi və mədəni-maarifçilik birliyi olub, öz sıralarında coğrafi məsələlərin - təbiət və cəmiyyətin bütövlüyünün ərazi problemlərinin həllində, təbii ehtiyatların səmərəli istifadə edilməsinin, demoqrafik və milli xüsusiyyətləri nəzərə almaqla təsərrüfatın inkişafında, coğrafi təhsildə, mədəniyyətin və coğrafi biliklərin təbliğində ümumi maraqlan olan şəxsləri və təşkilatlan birləşdirərək bu sahələrin inkişafına nail olmaqdır.

2.2. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün Cəmiyyət aşağıdakı məsələləri həll edir:

• Coğrafiya elminin inkişafına, onun nailiyyətlərinin təbliğinə, elmi nəticələrin həyata tətbiqinə, coğrafiya və ona yaxın olan tətbiqi coğrafiya sahələrinin inkişafına kömək etməkdir;

• Təbii və sosial qanunauyğunluqların öyrənilməsində, elmi-tədqiqat işlərinin aparılmasında, təbii ehtiyatların vəziyyətinin öyrənilməsində, qiymətləndirilməsində və proqnozlaşdırılmasında, onların istifadəsi və mühafizəsində ictimai təşəbbüşçü olmaq;

• Coğrafiya elminin nəzəri və metodoloji əsaslarının və coğrafi tədqiqatların metodikasının inkişafına kömək etmək;

• Kültəvi informasiya vasitələrində, o cümlədən Cəmiyyətin nəşrlərində coğrafi bilikləri təbliğ etmək;

• Geniş əhali arasında diyarşünaslığın, etnoqrafiyanın, turizmin, toponimiyanın öyrənilməsinə, elmi-tədqiqatların və səyahətlərin təşkilinə kömək etmək;

• milli təbii irsimizin saxlanılması, təbiətin və onun abidələrinin mühafizəsi sahəsində aparılan tədbirlərdə iştirak etmək;
• sosial-iqtisadi inkişafın regional problemlərinə, təbiətdən istifadə məsələlərinə, o cümlədən geosiyasi məsələlərin ekoloji təhlükəsizlik mövqeyindən təhlilinə dair keçirilən ekspedisiyalarda iştirak etmək;

• əhalinin müxtəlif peşə və yaş qrupları arasında coğrafi və eləcə də iqtisadi- coğrafi, ekocoğrafi biliklərin yayılmasına yardım etmək;

• digər regionların -habelə başqa ölkələrin coğrafiyaçıları ilə elmi əlaqələrin inkişafı, birgə görüşlərin və coğrafi problemlərin müzakirəsini keçirmək;

• qurultayların, konfransların, iclasların, simpoziumların, mühazirələrin və digər tədbirlərin keçirilməsi;

• elmi-məcmua və monoqrafiyaların, coğrafi jurnalların, geniş profilli elmi- populyar nəşrlərin çap edilməsi;

• elmi bitiklərin təbliği məqsədi ilə mütəxəssislərin təkmilləşdirilməsi və təhsil kurslarının təşkil edilməsi;

• beynəlxalq proqramların həyata keçirilməsində və beynəlxalq təşkilatların işində iştirak etmək;

 • müsabiqə qaliblərinə, elmi və praktiki nailiyyətlərə uyğun Cəmiyyətin medalları, mükafatları və fəxri diplomlarını təltif etmək;

nəşriyyat, informasiya fəaliyyəti, elmi-kütləvi və nəzəri ədəbiyyat və toplular nəşr etmək, bülletenlər buraxmaq, elmi-praktik konfranslar, simpoziumlar, forumlar və s. keçirmək.

2.4. Nizamnamədən irəli gələn məqsəd və vəzifələri həyata keçirmək üçün müəssisələr yarada bilər.

 
III. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ
 
3.1.Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

3.2.Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.

3.3.Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:

• tə'sisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları və ianələr;
• qiymətli kağızlardan alınan dividendlər;
• öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;
• qrantlar;
• qanunvericilikdə qadağan olunmamış digər mədaxillər.

3.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində
xüsusi hüquqlara malik deyil.

3.5.Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

3.6.Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.

3.7.Birliyin maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və 31 dekabrda başa çatır. Növbəti maliyyə ili isə I yanvarda başlayır və 31 dekabradək olan dövrü əhatə edir.

 
IV. BİRLİYƏ TƏSİSÇİLİK VƏ ÜZVLÜK, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
 
4.1.Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.

4.2.Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanılmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.

4.3.Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs(dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.

4.4. Birliyə üzvlərin qəbulu Birliyin icra orqanları tərəfindən aparılır.

4.5. Birliyə daxil olmaq istəyən şəxslər İdarə Heyəti yazılı şəkildə müraciət edir. Ərizə bir ay müddətində baxılır. Səsvermə nəticəsində Elmi Şuranın üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

4.6. Birliyin üzvlərinə Birliyin İdarə Həyəti tərəfindən təsdiq edilmiş formada üzvlük vəsiqəsi verilir.

4.7. Birliyin üzvləri bərabərhüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər

• bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;

• Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və seçilmək;

• Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;

• Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə  nəzarət etmək;

• öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət  etmək;

• onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.

4.8. Birliyin üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.

4.9.Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin  orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

4.10.Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

• Birliyin Nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək;

• Birliyin seçki orqanlarının qərarlarını yerinə yetirmək;

• Nizamnamə tələblərinə riayət etmək; « Birliyin tədbirlərində iştirak etmək.

4.11.Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

4.12. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

• Könüllü olaraq Birliyin üzvlüyündən çıxanda;

• Birliyin üzvlüyündən çıxardıldıqda.

4.13.Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

• Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə;

• mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;

• nizamnamə tələblərini yerinə yetirmədikdə.

4.14.Üzvlükdən, təsisçilikdən çıxarılma İdarə Heyətinin qərarı ilə həyata keçirilir.

4.15.Birlik üzvünün həmin qərardan narazı qaldığı halda Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququ vardır.
  
V. BİRLİYİN TƏŞKİLAT STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARl
 
5.1.Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.

5.2. Ümumi Yığıncaq Birliyin Elmi Şuranın, təsisçilərdən birinin və ya  üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

5.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

 5.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:

• Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
• Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
• Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından  əvvəl dayandırılması;
• illik hesabatın təsdiq edilməsi;
• başqa təşkilatlarda iştirak;
• Birliyin yenidən təşkili və ləğv edilməsi;
• Birliyin Elmi Şuranın rəhbərlərinin hesabatını dinləyir.

5.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

5.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs  çoxluğu ilə qəbul edilir. Nizamnaməyə dəyişiklik edilməsi Birliyin ləğv edilməsi barədə qərar üçdə iki səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə H malikdir.

5.7. Birliyin fəaliyyətinə cari rəhbərliyi Elmi Şura həyata keçirir.

5.8. İdarə Heyəti Birliyin Prezidentindən, onun müavinlərindən və digər  şəxslərdən ibarət olan kolleqial orqandır.

5.9. İdarə Heyəti aşağıdakı səlahiyyətlərə malikdir:

• Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
• təkliflər və layihələr irəli sürür;
• Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır,
• Birliyin üzvlüyünə qəbul və üzvlükdən çıxarılma məsələlərini həll edilir;
• Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərini təşkil  etməyən bütün məsələlərin həlli;
• İdarə Heyətinin qərarları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və sadə səs çoxluğu ilə qəbul edilir.

5.10.İdarə Heyətinin sədri və müavinləri Birliyin Ümumi Yığıncağı tərəfindən  gizli səsvermə yolu ilə 2 (iki) il müddətinə seçilir.

 5.11.Sədr:

• fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir və ihraedici sərəncam verici funksiyaları daşıyır.
• Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
• Yığıncaq tərəfindən və qanunla onun üzərinə qoyulan digər funksiyaları
həyata keçirir.

5.12.Birliyin nəzarət-təftiş komissiyası vəzifəli şəxslərinin və üzvlərinin Nizamnaməyə uyğun olması, Birliyin maliyyə fəaliyyəti üzərində həyata keçirir. NTK-nin say və tərkibi Ümumi Yığıncaq tərəfindən edilir. NTK üzvlərinin səlahiyyət müddəti 2 ildir.

5.13.NTK Birliyin orqanlarından və üzvlərindən daxil olan ərizələrə bir ay ərzində baxıb cavab verilməlidir.

 
VI. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ
 
6.1.Birliyin fəaliyyətinə Birliyin yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş həyata keçirilir.

6.2. Birliyin xitam verilməsi haqqında qərar Ümumi Yığıncaq tərəfindən sadə səsçoxluğu ilə qəbul olunur. Bu qərar əsasında ləğvetmə komissiyası yaradılır  və bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanun-vericiliklə müəyyən olunmuş Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının «Mülki Məcəlləsi»nə və digər qanunvericilik aktlarına əsasən  keçirilir.

 
VII. DİGƏR ŞƏRTLƏR
 
7.1.Bu nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.    
   
7.2.Gələcəkdə bu nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəası tətbiq edilir.
33469
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic