QƏRAR LAYİHƏSİ

Azərbaycan Coğrafiya Cəmiyyətinin rəhbərliyi və çox saylı üzvləri Respublikada mövcud olan sabitlik və davamlı inkişaf, daim təkmilləşdirilən demokratik dəyərlər, vətəndaş cəmiyyətinin azad fəaliyyəti üçün yaradılmış ictimai-siyasi və sosial-iqtisadi şəraitinə görə Azərbaycan Dövlətinə və şəxsən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirir.

Azərbaycan Coğrafiya Cəmiyyəti yaradılmasından keçən 75 il ərzində Azərbaycan təbiətinin öyrənilməsində, geniş əhali kütlələri arasında Coğrafi və ekoloji biliklərin təbliğində, coğrafi təhsilin təkmilləşdirilməsində, coğrafi informasiyaların yayılmasında görkəmli şəxsiyyətlərin – alimlərin, mütəxəssislərin, həyat və yaradıcılığının ictimaiyyətə çatdırılmasında önəmli rol oynamışdır. Qloballaşan müasir dövrdə müxtəlif aspektli coğrafi informasiyalara olan tələbin ödənilməsi Coğrafiya Cəmiyyətlərinin əsas vəzifələrindən biridir.

Azərbaycan Coğrafiya Cəmiyyətinin IX qurultayı qərara alır:

1.Coğrafi biliklərin və informasiyaların təbliği və çatdırılması məqsədi ilə elmi, elmi-populyar nəşr fəaliyyəti gücləndirilsin, konfranslar və seminarlar təşkil edilsin, dövrü mətbuatda çıxışlar və müasir informasiya texnologiyalarından istifadə artırılsın.

2.Azərbaycan Respublikasının bütün regionlarını əhatə etməklə yeni filialların yaradılması və onlarla əlaqələrin gücləndirilməsi həyata keçirilsin;

3.Coğrafiyanın tədrisini yaxşılaşdırmaq məqsədi ilə müvafiq Dövlət orqanları, universitetlər və təhsil müəssisələri ilə əlaqələr gücləndirilsin;

4.Regionlara səyahətlərin və ekspedisiyaların təşkil edilməsi və orada seminarlar yığıncaqlar keçirilsin;
5.Azərbaycan təbiətinin rəngarəngliyini və regionlarda həyata keçirilən iri təsərrüfat layihələrini özündə əks etdirən videofilmlərin çəkilişi təşkil edilsin.

6.Azərbaycan Coğrafiya Cəmiyyəti internet saytının informasiya bazası gücləndirilsin.

7.Azərbaycan Coğrafiya Cəmiyyətinin yeni rəhbərliyi qurultayın qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsinə çalışsın.
 
 
 Azərbaycan Coğrafiya Cəmiyyətinin IX qurultayının nümayəndələri,
30 aprel, Bakı- 2014 
14891
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic