TORPAQ ƏSGƏRLƏR

Çinlilər tərəfindən dünyanın 8-ci möcüzəsi olaraq qəbul edilən Terrakota ordusu 1974-cü ildə ÇXR-ın Şaanxi əyalətinin Lishan bölgəsində yerləşir. Bu məzarlığın təməli dördbucaqlı şəklində, cənubdan şimala 350 metr uzunluğunda, şərqdən qərbə 345 metr genişliyində, 76 metr yüksəkliyində torpaq piramida şəklindədir. Bir əkinçi tərəfindən tapılan məbəd Ordunun "ilklərin imperatoru" olaraq bilinən Çin Şi Huanqın məzarının qorunmasına inanıldığı üçün yaradılmışdır. Boyları 1.83 və 1.93 sm arasında dəyişən heykəllərin qazıntı sahəsindən çıxarılanlarla birlikdə 520 atla 8000 min əsgərin, 130 döyüş arabası, 150 suvari atlı olduğu təxmin edilir.

Terrakotta əsgərlərinin ən maraqlı xüsusiyyətlərindən biri də hər birinin üzünün fərqli olmasıdır. İmperatorun ordusunda olan minlərlə əsgərin heykəli, paltarlarından dəri rənginə qədər, üzləri birə bir təqlid edilmişdir. Bir maraqlı cəhət də odur ki, yaradılış kimyası hələ də tapılmadığı üçün gün üzünə çıxarılarkən heykəllərin bir həftə içində orijinal hallarını itirərək torpaq rənginə dönməsidir.

Bu sirli ordu sadə bir şəkildə deyil, fərqli rütbələrdən və dərəcələrdən olan əsgərlər dövrün döyüş nizamına və strategiyasına uyğun şəkildə, döyüş meydanında döyüşə hazır vəziyyətdə dayanmışlar. Əsgərlərin yanında dövrə aid 10 minə qədər bürünc silah da vardır.

Çində "ilklərin imperatoru" olaraq bilinən Çin Şı Huang, dövrün Çao bəyliyində doğulmuş və bir çox bəylikdən ibarət olan bütün coğrafiyadakı Çin tayfalarını ilk dəfə tək dövlət adı altında birləşdirən imperatordur. İmperator Çin Şı Huang 13 yaşında taxta çıxmış və Çin Səddinin inşasını da o başlatmışdır. Tarixçi Si Maqianın yazdığına görə Çin Şi Huang hələ həyatdaykən e.ə 246-ci ildə başlanan məzarının inşası 30 il sürmüş, inşaatda 700 min adam işlədilmişdir. Bölgədə 600-ə yaxın yeraltı çuxur olduğu halda hələ bunlardan 25-I açılmışdır. Açılmayan digər çuxurların sirrinin qoruduğu deyilir. Bəzi çuxurların əsgərlər xaricində nəhəng taqlardan meydana gəldiyi, bəzilərinin isə boş olduğu iddia edilir.

 
 

 
15432
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic