VOSTOK GÖLÜNDƏ CANLI ORQANİZMLƏR AŞKARLANIB

03 May 2014
Uzun zamandır aparılan tədqiqatların nəticələri təqdim olunub. Antarktidada (Vostok gölündə) təqribən 4 km buzlaq altında, işıq üzü görməyən göldən indiyə kimi məlum olmayan yüzlərlə canlı növü tapılmışdır. Bunlara həm bakteriyalar, həm də çoxhüceyrəli orqanizmlər aiddir. Burada yaşayan canlılar 25 milyon ilə yaxındır ki, işıq üzü görmürlər. Hətda orada təzyiq normaldan 300 dəfə, oksigen isə 50 dəfə çoxdur.  Bununla da alimlər günəş sistemində və bizim Qalaktikadan kənarda da həyat üçün ekstremal şərait olan yerləri belə yaşamaq üçün uyğun olması fikirini irəli sürmüşlər. Belə ki, tədqiqatçılar Antarktidada bu dövrədək 140-dan çox buzaltı göl tədqiq edilmişdir. Bunlardan da ən böyügü Vostok gölüdür. Göl Rusiyanın Vostok stansiyası altındadır. Şərqi antarktik buz təbəqəsinin orta hissəsində yerləşir. Dəniz səviyəsindən 500 metr dərində olan bu şirin sulu gölün üzərində 3623 metr buz təbəqəsi vardır. Gölün sahəsi 15,690 km2 həcmi isə 5,400 km3 olduğu təxmin edilir.
 




 
14283
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic