PİRİ RƏİSİN XƏRİTƏSİNİN MARAQLI CƏHƏTLƏRİ

Piri Rəis xəritədə şərqi Avropanı və Şimali Afrikanı tamamilə düzgün bir formada göstərmişdir. Amerika qitəsi hələ kəşf edilmədən əvvəl Piri Rəis xəritəsində cənubi Amerika sahillərini də tanına bilən şəkildə göstərmişdir. Piri-Rəisin çəkdiyi xəritədə yerləşən Amerika qitəsində eramızdan əvvəl yaşamış sivilizasiyanın izlər də mütəxəsislər tərəfindən təsdiqlənmişdir.  Xəritə dəvə dərisi üzərində səkkiz rəngdə çəkilmişdir. Digər maraqlı cəhət xəritədə Antarktida materikinin öz əksini tapması xüsusi əhəmiyyət kəsb edir. Antarktida dağları demək olar ki, dəqiqliklə göstərilmişdir. Belə ki, bu dağlar ancaq 1952-ci ildə səs ötürücü alətlərdən istifadə edilərək müəyyən edilmişdir. Buz altında оlan bu dağların və materikin sahil xətlərinin düzgün müəyyən edilən xəritəsinin tərtib edilməsində Piri Rəisin nəyə əsaslandığı bu gün də elmə sirr olaraq qalır.

Qeyd edək ki, Piri Rəis 1465-ci ildə Geliboluda anadan olmuş, 1554-ci ildə Qahirədə Sultan Süleyman tərəfindən edam edilmişdir.



 
   
 
21108
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic