DÜNYANIN ƏN DƏRİN MƏDƏNİ

Cənubi Afrika Respublikasının Qauteng bölgəsində yerləşən Tau-Tona mədəni dünyada istismar olunan ən dərin mədən hesab olunur. Dərinliyi 3.9 km olan mədənin 5600 işçisi vardır. İşçiləri mədənin dibindən yer üzünə çatdırmaq üçün saniyədə 16 metr qalxan lift təqribən 1 saatlıq yol qət edir. Tau-Tona qızıl mədəni “AngloGold Ashanti Limited” adlı şirkətə məxsusdur. Qeyd edək ki, 1957-ci ildə şirkət buradan ilk qızılı çıxartmağa başlayanda bu mədənin dərinliyi cəmi 2 metr idi. Tau-Tona qızıl mədənindəki tunellərin ümumi uzunluğu 800 km-dir. Mədən çox dərin olduğu üçün işləmə şərtləri çox təhlükəlidir və hər il orta hesabla 5 işçi burada həyatını itirir. Digər çətinlik isə mədən havasının istiliyinin 55 dərəcəyə çatması ilə əlaqədardır. Bu problemi aradan qaldırmaq üçün firma mədənə təmiz hava göndərir. Göndərilən havaya soyutma sistemi də əlavə edilmişdir ki, bu da mədənin tempuraturunu 28 dərəcəyə qədər endirir.



   
46698
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic