KOSMOSDAN CANLI YAYIM

13 May 2014
Amerika Kosmik Agentliyi (NASA) Beynəlxalq Kosmik Stansiyasından yerin 24 saat ərzindəki görüntüsünün canlı yayımla izlənməsinə nail olub. Stansiyaya 4 HD kamera quraşdırılmışdır. Canlı olaraq kosmik aparatın heyətinin işlə məşğul olarkən fəaliyyətini və yerin görüntülərini izləmək mümkündür. Yayınlar heyət üzvlərinin İdarəetmə Mərkəzi arasında audio danışıqları  ilə müşayiət olunur. 

Stansiya Yer kürəsi ətrafında dövrü 90 dəqiqəyə başa vurduğundan hər 45 dəqiqədən bir qürub yaşayır. Stansiya Yerin Günəş düşməyən hissəsində olan zaman xarici kameralardan görüntülər tünd qara görsənir, bəzən isə bu fonda ildırım və ya aşağıda şəhər işıqları möhtəşəm görünüşü təmin edir. 

 
125875
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic