DESSANA QƏBİLƏSİ

Dessana qəbiləsi Cənubi Amerika materikində Braziliyanın məşhur Rio-de-Janeyro çimərliklərindən təqribən 3 min km uzaqlığında Amazon meşələrində yaşayan yerli qəbilələrdən biridir. Dünyada ən çox növə sahib ağaclarla əhatələnmiş və mədəniyyətdən uzaq Amazon meşələrində yaşayan bu yerli qəbiləni ilk dəfə avstraliyalı fotoqraf David Lazar şəkillərini çəkərək ictimailəşdirmişdir. Lazar qəbilədəki insanlarla gülümsəyərək, başqa dillərdə ifadələrdən istifadə edərək razılaşdığını və onların fotoşəkillərini bu şəkildə çəkdiyini söyləmişdir. Qəbilənin olduğu bölgəyə ancaq Braziliyanın şimalındakı Manaus şəhərindən bir gəmiylə getmək mümkündür. 30 yaşındakı Lazar, "Çayın sahilində yaşayan və hələ ənənələrini qoruyan Dessana qəbiləsinə çata bilmək üçün gəmiylə səfər etdim" demişdir.


 
30390
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic