50 MLN İL ƏVVƏL ANTARKTİDADA HAVANIN TEMPERATURU KALİFORNİYADA OLDUĞU KİMİ OLMUŞDUR

11 İyun 2014
Hazırki istiləşmənin hansı dövrdən başlandığını müəyyənləşdirmək üçün alimlər eosen dövründə Antarktidada hansı temperaturun olmasını araşdırmışlar. Nəticədə müəyyən olunmuşdur ki, 50 mln il əvvəl hazırda planetimizin ən soyuq yerləri sayılan ərazilər indiki Kaliforniya kimi isti olmuşdur.
 
 Bu haqda Yel Universitetinin alimləri özlərinin "Proceedings of the National Academy of Sciences" jurnalında nəşr edilmiş məqalələrində məlumat vermişlər.
 
Yer kürəsi Eosendə (55-33 mln il əvvəl) öz tarixinin ən isti dövrlərindən birini yaşamışdır. Həmin dövrdə Antarktidada buzlaq örtüyü olmamışdır və hətta sahillərində palmalarda bitmişdir. Eosendə cənub yarımkürəsinin yüksək enliklərində temperaturlar haqqında bu vaxta qədər alimlər o qədər də dəqiq olmayan iqlim modelləri əsasında hökm irəli sürə bilirdilər.
 
Müəlliflər bu çatışmamazlığı düzəltmək qərarına gəlmiş və Antarktida yarımadasının şimal hissəsində yerləşən Seymur adasın yaxınlığından dəniz çöküntülərindən hasil edilmiş ikitaylı molyuskaların qabıqlarında 18 oksigen və 13 karbon izotoplarının nisbətini qiymətləndirmişlər.
 
Aydın olmuşdur ki, 40-50 mln il əvvəl fəsillərdən asılı olaraq bu regionda suyun temperaturu 10-170 C arasında tərəddüd etmişdir. İllik temperatur isə 14 dərəcə olmuşdur. Hazırki dövrdə Sakit okeanının Kaliforniya sahilləri belə temperatura malikdir. Müəlliflərin sözlərinə görə həmin enlikdə Antarktidanın digər yerləri daha da isti olmuşdur.
 
Eosendə iqlimin istiləşməsi atmosferdə CO2-nin miqdarının kəskin artmasına səbəb olmuşdur.

Qeyd edək ki, bir qədər bundan əvvəl iqlimşünaslar 2012-ci ildə karbon dioksid tullantısının rekord həddə çatmasını söyləmişdilər. Yanacağın yandırılması ilə atmosferə 35,6 mlrd ton CO2 daxil olmuşdur ki, bu da 1990-cı ildəki göstəricidən 58% artıq olmuşdur.


 
Mənbə: techtimes.com
                                                                                                                      
 
9721
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic