BMT-NİN BAŞ KATİBİNİN MÜRACİƏTİ

18 İyun 2014
İyun ayının 17-də "Yer kürəsi gələcəyə məxsusdur - onu iqlim dəyişmələrindən qoruyaq" şüarı altında Ümumdünya Səhralaşma və Quraqlığa qarşı Mübarizə günü qeyd olunmuşdur. BMT-nin baş katibi  Pan Gi Mun bu münasibətlə dünya xalqlarına müraciət ünvanlamışdır. Müraciətdə deyilir ki, torpaqların münbitsizləşməsi təkcə həyat üçün əhəmiyyətli təbiət resurslara təhlükə yaratmır. O, sülhü və sabitliyi də təhlükə altına qoyaraq münbit torpaqlardan və getdikcə daha da azalan su mənbələrindən istifadə uğrunda mübarizəni  kəskinləşdirir. Dünyada ərzaq məhsulları bazarında, daxili yerdəyişmələrdə və kütləvi miqrasiyalarda qeyri-sabitlik olduğundan belə hallar torpaqların münbitsizləşməsi ilə bu və ya digər dərəcədə bağlıdır.

Son 25 ildə dünya quraqlıq təhlükəsinə daha meyilli olmuşdur. Proqnozlara görə, iqlim dəyişmələri nəticəsində quraqlıq daha geniş yayılacaq, ciddi və tez-tez təsadüf edilən hadisəyə çevriləcəkdir. Quraqlığın ekoloji sistem üçün uzunmüddətli nəticələri torpaqların münbitsizləşməsinə və səhralaşmanın sürətlənməsinə gətirib çıxaracaqdır. Yoxsullaşma, su resursları və məhsuldar torpaqlar üzündən lokal münaqişələrin yaranması təhlükəsi bu qəbildən olan nəticələrdəndir.

Quraqlığın qarşısını almaq çətin olsa da, onun nəticələrini yumşaltmaq mümkündür. Quraqlıq heç bir milli sərhəd tanımadığı üçün problem kollektiv yanaşma tələb edir. Hazırlıq tədbirləri təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına çəkilən xərclərlə müqayisədə minimum xərc tələb edir.

BMT-nin məlumatına görə, quraqlığa və səhralaşmaya məruz qalan ərazilərdə hazırda 1,5 milyarddan çox insan yaşayır.
BMT dünya ölkələrinə müraciət edərək, iqlim dəyişmələrinə qarşı mübarizə aparmağa və torpaqları uğurla bərpa edən ölkələrin təcrübəsini öyrənməyə çağırır. 


 
Istinad: AzərTac
13705
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic