HİRKAN MİLLİ PARKINDA YANĞIN HADİSƏSİ BAŞ VERMİŞDİR

23 İyul 2014
21 iyul 2014-cü il tarixində Lerik rayonunun yüksək dağlıq ərazisində yanğın qeydə alınmışdır. Yanğın sonradan külək vasitəsilə Hirkan Milli Parkına keçmiş və parkın 2,5 hektar ərazisinə ziyan dəymişdir. Yanğın 23 iyul 2014-cü il tarixində səhər saat 10 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aviasiya Dəstəsindən 2 helikopter və 1 yanğınsöndürmə təyyarəsi və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə dəstələrinin səyləri nəticəsində tam söndürülmüşdür. İlkin hesablamalara görə  ümumilikdə 10 hektardan artıq meşə fondu torpağına ziyan dəymişdir.
16972
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic