QUBA RAYONU: XINALIQ, ƏLİK VƏ HAPUT KƏNDLƏRİ

Quba rayonu Bakıdan 168 km məsafədə yerləşir. Böyük Qafqazın Şahdağının şimal-şərq yamaclarında, dəniz səviyyəsindən 600 metr yüksəklikdə yerləşir. 

Xınalıq Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə Qubanın mərkəzindən 57 km cənub-qərbdə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə 41°10′41″şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 2350 m hündürlükdə yerləşən bu kəndin sakinləri öz kəndini Kətiş adlandırır və dilləri kətiş dilidir.


Əlik kəndi Ağçayın (Qudyal çayının qolu) sağ sahilində, Yan silsiləsinin cənub qərb ətəyindədir. Azərbaycanın Şahdağ qrupundan olan xalqın məskunlaşdığı qədim kəndlərdən biridir. Kür adlandırılan kiçik dağ çayının sahilindəki çökəklikdə salınmışdır. Əliklilər də xınalıqlılar kimi Azərbaycanın milli etnik nümayəndələridir. Əliklilərin ana dili əlik dilidir. Əlik kəndi dəniz səviyyəsindən 1700 metr yüksəklikdə, Qubanın mərkəzindən 40 km cənub-qərbdə 41°10′31.25″şimal enində və 48°14′11.19″şərq uzunluğunda yerləşir. 



Haputlular da əlik və xınalıqlılar kimi Şahdağ qrupuna daxil olub özünəməxsus dilə malikdir. Haputlar özlərinə hərər deyirlər. Dağların əhatəsində yerləşən bu kənd dəniz səviyyəsindən təxminən 2000 metrə yaxın yüksəklikdə yerləşir. Xınalıqdan sonra Şahdağ qrupuna daxil olan ikinci ən çox saylı xalqdır. Kənddə 100-200 ev var. Qış vaxtı kənd sakinlərinin bir qismi kəndi tərk edir və qışlağa gedir. Əsas təsərrüfatı maldarlıqdır. Haput kəndi ilə üzbəüz Tayduz dağ yaylağı, bir qədər sağa tərəf Çiye yaylağı, onun üst tərəfində Qarabulaq yaylağı, Təntə yaylağı, İsmayıllı

istiqamətində isə Pətən yaylağı, Qəbristanlıq yaylağı, kəndin yuxarısına doğru isə Gurbulağ yaylağı yerləşir. Kəndin ərazisindən Tayduz yaylağından sağa doğru Aslan və Qaplan dağları görünür. Bundan savayı kəndin qərbində 3323 metr hündürlüyə malik yerli sakinlərin kəndin yuxarısındakı pirlə üzbəüz Şıxməmməd baba adlandırdıqları dağ yerləşir. (41°05′27.31″şimal enində və 48°14′ 25.15″şərq uzunluğunda) Bu dağ da Haputluların Qiblə dağıdır. Bundan savayı kəndin ərazisində Babadilim türbəsi və Qızdırma piri, qədimi qəbristanlıq yerləşir. Qəbirlərin bir çoxu sürüşmə baş verdiyinə görə dağınıq vəziyyətdədir. 





Hazırladı: Elnur Neciyev

35412
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic