BUDAQ BUDAQOVUN XATİRƏSİ YAD EDİLDİ

02 Noyabr 2013
Coğrafiya elminin  qurucularından biri olan gorkəmli ictimai xadim, böyük pedaqoq, tədqiqatçı-alim, akademik Budaq Əbdüləli oğlu Budaqovun ölümündən artıq 1  il keçir.
Bu münasibətlə AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Fəxri Xiyabana gedərək alimin xatirəsini yad etdilər, məzarının  üzərinə əklillər qoydular, mərhumun ruhuna dualar oxundu.  İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Ramiz Məmmədov Budaq müəllimin həyat və yaradıcılığına işıq salaraq, onun keçdiyi şərəfli həyat yolundan, elmi nailiyyətlərindən qısaca söhbət açdı.  Mərhumu ziyarətə gələnlər də  onunla bağlı xatirələrini bir daha yada saldılar.
17385
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic