AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ ATLASININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB03 fevral 2015
2015-ci il fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasında “Azərbaycan Respublikasının Milli Atlası” və “Cənubi Qafqaz. 1903-cü il” xəritələrinin təqdimat mərasimi keçirilib. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq milli atlas haqqında məlumat verib. O, “Azərbaycan Respublikasının Milli Atlası”nı indiyədək çap edilən ən mükəmməl mənbələrdən biri kimi qiymətləndirərək, atlasın Azərbaycanı dünyada tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. DTXK ilə birgə təşkil olunan tədbirdə komitənin sədri, AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov “Azərbaycan Respublikasının Milli Atlası” məxsusi kartoqrafik əsərdir”, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan dövlətçilik tarixinin mühüm hadisəsi” mövzusunda məruzələrlə çıxış etmişlər. Akademik dedi ki, indiyədək tədris müəssisələri və digər yerlərdə 1963-cü ildə Coğrafiya İnstitutu tərəfindən tərtib olunan “Azərbaycanın coğrafiya Atlası” istifadə olunub. Təqdimatını keçirdiyimiz “Azərbaycanın Milli Atlası”na Coğrafiya İnstitutu əməkdaşları tərəfindən hazırlanmış 169 xəritə, şəxsən özünün hazırladığı Xəzər Dənizinin 30 xəritəsi daxildir. Çıxışının sonunda R.Məmmədov bu tədbir münasibətilə hamını təbrik etdi və Azərbaycan elminin gələcək inkişafı yolunda böyük uğurlar arzuladı. 21940 |
|








AZ
EN
RU
21940








