FORT BOYARD

İçində populyar televerilişin  çəkilişləri gedən,  üzən vannanı xatırladan 200-illik qaladan qeyri-adi nə ola bilər? Söhbət Fransanın qərb sahilləri yaxınlığında yerləşən Fort Boyarddan gedir.
Qalanın tikintisi XIV Luinin hökmranlığı dövrü  -  XVI əsrin 60-cı illərində  Fransanın hərbi potensialının artırılmasının bir hissəsi kimi nəzərdə tutulmuşdu. İngilislərin hücumu üzündən arabir kəsilən tikinti işləri 1809-cu ilə qədər davam etdi. Özülü qaldırmaq üçün fəhlələr dayazlığın qumlu dibinə 75 min m3 daş qoymalı oldular.
Təxminən 30 ildən sonra Lui Filippin fərmanı ilə qalanı yenidən qurmağa başladılar – tikinti, nəhayət, 1857-ci ildə başa çatdı: qala-adanın  axırıncı variantı 250 əsgər, 74 hərbi sürsat tutan və 32 metr eni, 20 metr hündürlüyü olan oval şəkilli tikili oldu.
İnşaatçılar sonuncu kərpici qoyduqları zaman artıq Fort Boyard silah texnologiyalarının böyük irəliləyişinə görə öz hərbi əhəmiyyətini itirmişdi və o vaxtdan qala ancaq hərbi cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərirdi. Sonralar  Fort Boyard kinofilmlər və televerilişlər çəkilişlərində fon kimi, axır vaxtlar isə hazırda Azərbaycanın ATV kanalında nümayiş etdirilən  eyni adlı macəralı  televiktorinanın  çəkilişləri üçün istifadə edilir.
19315
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic