FORT BOYARD
İçində populyar televerilişin çəkilişləri gedən, üzən vannanı xatırladan 200-illik qaladan qeyri-adi nə ola bilər? Söhbət Fransanın qərb sahilləri yaxınlığında yerləşən Fort Boyarddan gedir.
Qalanın tikintisi XIV Luinin hökmranlığı dövrü - XVI əsrin 60-cı illərində Fransanın hərbi potensialının artırılmasının bir hissəsi kimi nəzərdə tutulmuşdu. İngilislərin hücumu üzündən arabir kəsilən tikinti işləri 1809-cu ilə qədər davam etdi. Özülü qaldırmaq üçün fəhlələr dayazlığın qumlu dibinə 75 min m3 daş qoymalı oldular.
Təxminən 30 ildən sonra Lui Filippin fərmanı ilə qalanı yenidən qurmağa başladılar – tikinti, nəhayət, 1857-ci ildə başa çatdı: qala-adanın axırıncı variantı 250 əsgər, 74 hərbi sürsat tutan və 32 metr eni, 20 metr hündürlüyü olan oval şəkilli tikili oldu.
İnşaatçılar sonuncu kərpici qoyduqları zaman artıq Fort Boyard silah texnologiyalarının böyük irəliləyişinə görə öz hərbi əhəmiyyətini itirmişdi və o vaxtdan qala ancaq hərbi cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərirdi. Sonralar Fort Boyard kinofilmlər və televerilişlər çəkilişlərində fon kimi, axır vaxtlar isə hazırda Azərbaycanın ATV kanalında nümayiş etdirilən eyni adlı macəralı televiktorinanın çəkilişləri üçün istifadə edilir. 25204
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|