“COĞRAFİYA VƏ TƏBİİ RESURSLAR” ELMİ-METODİKİ JURNALININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ.08 Aprel 2015
Tədbiri giriş sözü ilə açan Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti və AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkənin coğrafiyası və təbii resurslarına, ekologiyasına aid çoxlu sayda kitab və monoqrafiyalar, minlərlə məqalələrin yazılmasına baxmayaraq, Azərbaycanda coğrafiyaçı alim və mütəxəssislərin özlərinin indiyə qədər dövri mətbuat orqanının olmadığını diqqətə çatdırdı. Bildirdi ki, hazırda iqtisadiyyatın və sosial həyatın elə bir sahəsi yoxdur ki, coğrafi məlumatlara ehtiyac duyulmasın və coğrafiya elminin nailiyyətlərindən istifadə edilməsin. Ona görə də Azərbaycanın coğrafiya və ona yaxın elm sahələrində çalışan alim və mütəxəssislərin ən yeni elmi nailiyyətlərini özündə əks etdirən bu jurnalın işıq üzü görməsini ciddi addım hesab edir.
Sonra ACC-nin elmi katibi, c.e.ü.f.d. Mirnuh İsmayılov məruzə ilə çıxış edərək AMEA-nın Yer elmləri bölməsinin qərarı ilə işıq üzü görən “Coğrafiya və təbii resurslar” jurnalının ilk buraxılışının redaksiya heyəti, tərtibatı, nəşr edilmiş məqalələr və onlara qoyulan tələblər və s. Coğrafiya İnstitutunun elmi işlər üzrə müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə öz çıxışında oxucu auditoriyasını genişləndirmək, elmiliyinə xələl gətirməmək şərtilə, jurnalın kütləviliyini artırmaq məqsədilə görkəmli coğrafiyaçı alimlər haqqında materiallara, coğrafiyanın təhsil, metodika hissələrinə, Azərbaycanın təbiətinə aid yüksək səviyyəli fotoşəkillərə və sairlərə də dərgidə yer ayrılmasını məqsədəuyğun hesab etdi. BDU-nun coğrafiya fakultəsinin dekanı, c.e.d., professor Fərda İmanov, AMEA Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, c.e.d., professor Rza Mahmudov, BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov, BDU-nun Geodeziya və kartoqrafiya Tədbirin sonunda akademik Ramiz Məmmədov illərlə arzusunda olduğu bu jurnalın həyata vəsiqə almasına hədsiz sevincini dilə gətirdi və bütün coğrafiyaçılar ailəsini bu əlamətdar hadisə münasibəti ilə dönə-dönə təbrik etdi, elmin inkişafı naminə hamıya uğurlar arzu etdi.
20210 |
|








AZ
EN
RU

20210








