BAKI DÖVLƏT UNİVERSİTETİNİN COĞRAFİYA FAKÜLTƏSİNDƏ NƏ? HARADA? NƏ ZAMAN ? İNTELLEKTUAL OYUNU KEÇİRİLİB

29 Aprel 2015

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində  BDU Coğrafiya Tələbə-Gənclər Təşkilatı   və  BDU  İntellektual oyunlar klubunun birgə təşkilatçılığı ilə ixtisas üzrə Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib. 

Turniri giriş sözü ilə açan İqtisadi və Sosial Coğrafiya kafedrasının müdiri, c.e.d., professor Tapdıq  Həsənov tələbələrin bu cür  turnirlərdə iştirakının vacibliyini qeyd edib.  Kafedra rəhbəri onları gələcəkdə coğrafiya sahəsində seçilən şəxslər kimi görmək arzusunda olduğunu dilə gətirərək, iştirakcılara və tədbirin təşkilatcısı - TGT sədri Təyyar Səmədzadəyə  təşəkkürünü  bildirib və təşkilatın işində uğurlar arzu edib.

Turnirdə Coğrafiya fakültəsinin 18 komandası iştirak edib. Gərgin mübarizə şəraitində keçən oyun böyük marağa səbəb olub. Sonda düzgün verilən cavablar əsasında qaliblər müəyyənləşib. Qalib komandalar  diplom və mükafatlarla layiq görülüblər. 



14522
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic