KIÇIK QAFQAZIN FAYDALI QAZINTI YATAQLARININ PROQNOZU VƏ AXTARIŞININ MORFOSTRUKTUR MEYARLARI (AZƏRBAYCAN DAXİLİNDƏ)
H.A.Xəlilov
Tədqiqatın nəzəri əsasını morfogen və mineragenik amillərin mənşə eyniliyi təşkil edir. Bu baxımdan filizdaşıyıcı maqmatik, tektonik-maqmatik və tektonik strukturlar əsasında formalaşmış morfostrukturlar faydalı qazıntı yataq və təzahürlərinin əmələ gəlməsi üçün xeyli perspektivli hesab edilir. Burada ilk dəfə olaraq ayrılmış günbəzvarı, həlqəvi (qövsvarı) və mərkəzi tip morfostrukturlar daha böyük maraq doğurur və onların həmin səciyyəvi morfogenetik əlamətləri axtarış meyarı kimi mühüm əhəmiyyət kəsb edir. Tədqiqatın nəticəsi morfostruktur-proqnoz xəritə-sxemdə əks olunmuşdur. 13679
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|