AZƏRBAYCAN ƏRAZİSİNDƏ MÜASİR VƏ GÖZLƏNİLƏN TƏBİİ RÜTUBƏTLƏNMƏ ŞƏRAİTİX.Ş.Rəhimov
Ölkə ərazisinin müxtəlif bölgələrində yerləşən 32 meteoroloji stansiya məlumatları əsasında atmosfer yağıntılarının müasir orta aylıq, illik və mövsümi iqlim normaları hesablanmışdır (1992-2006-cı illər). İllik və isti dövrün atmosfer yağıntılarının miqdarı və təbii rütubətlənmə zonalarının ölkə ərazisində paylanma xəritələri tərtib edilmişdir. Müəyyən edilmişdir ki, baza dövrünə (1961-1990-cı illər) nisbətən ölkə ərazisinin böyük hissəsində yağıntıların illik miqdarı 15 – 84 mm (3 – 19%) azalıbsa, Böyük Qafqazın cənub yamacının qərb hissəsində o, 73-135 mm (6 – 14%), Abşeron yarımadası və ondan şimalda yerləşən sahilboyu ərazilərdə isə 7-18 mm (3-6%) artmışdır. Rütubətlənmə zonalarının sərhədləri praktiki olaraq dəyişməyib. Təhlil edilən iqlim dəyişmələri ssenarilərə əsasən gələcəkdə illik atmosfer yağıntıları miqdarının dəyişməsi müxtəlif istigamətli olacaq və -1 - -5 %-dən +4 - +20 %-dək təşkil edəcək. Ölkə ərazisində ssenaridən asılı olaraq mümkün buxarlanmanın miqdarı 15-35 % artacaq və bu da rütubət çatışmazlığının (iqlim-suvarma norması) 70 – 540 mm artmasına gətirib çıxara bilər. Beləliklə, həyata keçən ssenaridən asılı olmayaraq ölkə ərazisində təbii rütubətlənmə şəraiti pisləşəcək və bu da rütubətlənmə zonaları sərhədlərinin dağlara doğru irəliləməsinə səbəb olacaqdır. 19659 |
|








AZ
EN
RU
19659








