PROFESSOR ŞÖVQİ YUSİFZİYA OĞLU GÖYÇAYLININ 80 YAŞI TAMAM OLUR.

19 May 2015


 

Mayın 20-də Azərbaycan Coğrafiya Cəmiyyəti rəyasət heyətinin üzvü, BDU-nun Coğrafi ekologiya kafedrası müdiri, coğrafiya elmləri doktoru, professor Şövqi Yusifziya oğlu Göyçaylının 80 yaşı tamam olur.
Ş.Göyçaylı 1935-ci ildə Şəkidə anadan olub. 1953-cü ildə Göyçay şəhərindəki orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsində iqtisadi-coğrafiya ixtisasına yiyələnib. 1962-1980-cı ilə kimi BDU-nun İqtisadi-coğrafiya kafedrasında metodist, müəllim, dosent vəzifələrində işləyib, 1981-ci ildən hazırkı vaxta qədər Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasının müdiri vəzifəsində çalışır.  
Coğrafiyanın problemləri, Ekologiya və ətraf mühiti mühafizə, təbii ehtiyatlardan səmərəli istifadə və s. onun əsas tədqiqat sahələrindəndir. Bu və digər mövzulara  həsr olunmuş 160-dan çox elmi məqalə, 3 monoqrafiya, 10 kitabın, 4 xəritənin müəllifidir. Azərbaycanda ekoloji təhsilin əsas yaradıcılarından olub, 1987-1991-ci illərdə SSRİ Təhsil Nazirliyinin Ekologiya və ətraf mühiti mühafizə elmi-metodik şurasının üzvü, 1995-ci ildən sonra Azərbaycan Təhsil Nazirliyinin Ətraf mühiti mühafizə üzrə elmi-metodik şurasının sədri və üzvü seçilib. Hazırda Nazirliyin Ekologiya üzrə elmi-metodik şurasının sədri kimi fəaliyyət göstərir.
Şövqi Göyçaylı Əməkdar müəllim fəxri adına layiq görülüb. 2010-cu ildə prezident İlham Əliyev tərəfindən Şöhrət ordeni ilə təltif olunmuşdur.
Şövqi müəllimi 80 illik yubileyi,  əmək fəaliyyətinin isə 60 illiyi münasibətilə təbrik edir, ona cansağlığı, yaradıcılıq nailiyyətləri  arzulayırıq.

9800
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic