BDU TƏLƏBƏLƏRİ YAY EKSPEDİSİYALARINDA

27 İyul 2015
BDU Coğrafiya fakültəsinin tələbə və magistrları  Kompyuterlə Coğrafiya Mərkəzinin layihəsi çərçivəsində Milli Park və qoruqlara elmi-praktik ekspedisiyalarını yay aylarında da davam etdirirlər. Bu ekspedisiyalar  Coğrafiya fakültəsinin baş müəllimi, Kompüterlə Coğrafiya Mərkəzinin rəhbəri Əlipaşa Nəbiyevin rəhbərliyi və fakültənin 4-cü kurs tələbəsi, Mərkəzin layihələr üzrə koordinatoru Təyyar Səmədzadənin təşkilatçılığı ilə baş tutur.
İlk olaraq tələbələr Samur–Yalama Milli Parkında olmuş, parkın işçiləri tərəfindən ərazinin landşaft örtüyü, meşələri haqqında məlumat əldə etmiş, bir sıra ölçü işləri və tədqiqatlar aparmışar.
Növbəti elmi-praktiki  ekspedisiya Abşeron Milli Parkına təşkil olunmuşdur. Məqsəd ərazinin tədqiqi  və oradakı təbii kompleksi təhlil etməkdir. Milli Parkın direktoru Etibar İbrahimov park haqqında ümümi məlumat və tanışlıq verdikdən sonra tələbə və magistrlər Azərbaycan  Respublikasının ən ucqar şərq nöqtəsində yerləşən Şah dili (Suiti burnu) ərazisinə səfər etmişlər. Ekspedisiyalar zamanı tələbələr yerindəcə dəyərli məlumatlar əldə edirlər.








19984
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic