COĞRAFİYA İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR ŞAMAXI, İSMAYILLI, QƏBƏLƏ RAYONLARINA ELMİ SƏFƏRLƏR TƏŞKİL EDİLİB

21 İyun 2015
Coğrafiya İnstitutunun 70 illik yubileyi ilə əlaqədar Şamaxı-İsmayıllı-Qəbələ rayonlarına elmi səfərlər təşkil edilib. İyunun 16-da Şamaxı, 17-də isə İsmayıllı şəhərlərində rayon icra hakimiyyətlərinin məsul işçiləri, təhsil müəssisələrinin direktorları və coğrafiya müəllimləri, həmçinin, rayon fəallarının iştirakı ilə “Coğrafiya İnstitutu 70 ildə: nailiyyətlər və perspektivlər” mövzusunda konfranslar keçirilib.
İnstitutun direktoru, akademik Ramiz Məmmədov  eyni mövzuda, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə “Böyük Qafqaz və Şamaxıda təbii proseslərin inkişaf perspektivləri”, c.e.d. Zakir Eminov “Dağlıq Şirvan regional rayonunun sosial-iqtisadi inkişafı”, c.e.d. İsmayıl Quliyev “Şamaxı rayonunun torpaq örtüyünün keçmişi, bu günü və gələcək problemləri”  və s. mövzularda məruzələr və çıxış ediblər.
            İnstitut alimləri – E.K.Əlizadə, H.T.Haqverdiyev, N.N. Paşayev, R.M.Qaşqay çıxış edərək ali və orta təhsil tələbələri üçün coğrafiya dərsliklərinin tərtibi, İsmayıllı və Şamaxı rayonlarında qeyri-neft sektorunun  inkişaf etdirilməsi, onun ümumi sosial-iqtisadi problemləri, sudan səmərəli istifadənin, turizmin inkişafının elmi-praktiki yolları haqqında çıxış ediblər, iştirakçıları maraqlandıran suallara geniş  cavablar veriblər.

http://www.igaz.az/index.php/az/ana-s-hif/78-sas/900-elmi-s-f-r-ba-a-at-b
14341
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic