BRAZİLİYA KƏŞFİNİN SİRRİ - I HİSSƏPedru Alvareş Kabral (1467-1520) 13 gəmi ilə martın 9-u 1500-cü ildə Lissabonu tərk edir və aprelin 22-də Atlantik okeanının qərb sahillərində yerləşən torpaq ərazisi (Baiya ştatındakı indiki Portu-Sequru şəhərinin ərazisi) ilə üzləşir və bununla da Braziliyanın kəşfi rəsmiləşdirilir. Tarixə isə həmin kəşf “təsadüfən baş verən kəşf” kimi düşür.Maraqlıdır ki, yalnız 9 gündən sonra mayın 1-i cümə günü Kabral qərar verir ki, “kəşf” etdiyi torpaqda, üstündə Portuqal kralının şüarı və gerbi olan, taxtadan düzəldilmiş böyük xaç qoysunlar. Elə həmin gün Kabral “kəşf” etdiyi torpaqlar barəsində məlumatı krala çatdırmaq üçün, Qaspar de Lemuşu gəmisi ilə birlikdə Lissabona göndərir. Komandor həmin ərazini Vera Kruz (Həqiqi Xaçın Adası) adlandırır. Tarixi qaynaqlarda qeyd olunur ki, həmin xəbər Portuqal kralı I Manueli (1469-1521) heyrətləndirmir. Bir müddət sonra kral həmin ərazinin adını dəyişib Santa-Kruz (Müqəddəs Xaç) adlandırır və bu haqda Avropanın digər monarxlarına xəbər göndərir. Portuqal kralı I Manuel (1469-1521) Şimali-Passat şərqdən-qərbə, Ekvatorial Əkscərəyan qərbdən-şərqə, yenə də şərqdən-qərbə Cənubi-Passat cərəyanları hərəkət edir. Əlbəttə ki, burada şərqdən-qərbə doğru əsən Passat küləkələrini də qeyd etmək lazımdır. Lakin bütün bunlara baxmayaraq, alimlər bu amili - qərbə doğru hərəkət edən cərəyanları əsas tutub bəyan edirlər ki, Kabral okeanda yolunu azaraq, gedib istəmədiyi bir yerə çıxmışdı. B. Diaşın orada olması ilə, əsas yoldan yayınmaq mümkün idi, ya yox? Əlbəttə mümkün deyildi! Ona görə ki, Atlantik okeanının şərq sahillərinə kifayət qədər bələd olan Diaşın iştirakı ilə ölümə bərabər olan belə bir səhvə yol verilirsə, onda o, Lissabonu 10 min km. ayıran Ümid burnuna necə gedib çıxa bilərdi? Bu yerdə müəmmalı kəşflə bağlı sualların sayı xeyli artır. Bəlkə, Kabral kral I Manuelin məxfi tapşırığı ilə həmin səhvə yol vermiş, yəni nəzərdə tutulan kursdan yayınmışdı? Hər şeyi ardıcıllıqla araşdırsaq, onda görərik ki, Kabralın kəşfində çoxlu qaranlıq məqamlar var. Ekspedisiya ekvator xəttini keçən kimi onlar qərb istiqamətində hərəkəti davam etdirmiş və aprelin 22-də 170 c. en dairəsində Braziliya sahillərinə yan alır. San-Nikolau adası təxminən 240 qərb uzunluğunda, Braziliyanın Korumban burnu isə 390 qərb uzunluğunda yerləşir. Belə başa düşmək olar ki, eskadra yolda olarkən, cənub ilə hərəkət etdiyi xətdən 150 qərbə doğru uzaqlaşır. Bu isə Korumban burnunun yerləşdiyi enlikdə 1600 km. məsafə edir. Naviqasiyanın inkişaf etdiyi bir dövrdə və Bartolomeu Diaş, Dioqu Diaş, Nikolau Koelyo, Duarti Paşeku Pireyra kimi tanınmış səyyahların daxil olduğu heyətlə belə bir kobud səhvə yol vermək mümkün deyildi. Deməli Cənubi-Passat cərəyanının hökm sürdüyü bir yerdə gəmilər məqsədli şəkildə birbaşa qərb istiqaməti ilə hərəkət ediblər. Kabralın “kəşf” etdiyi Paskual dağı (536 m.) Korumban burnundan qərbdə 170 c. en dairəsində yerləşir, San-Nikolau adası isə 160 37/ ş. en dairəsindədir. İ. P. və V.İ. Magidoviçlər qeyd edirlər ki, “deməli, gəmilər cənub istiqamətində hərəkət edərkən Paskual dağının yerləşdiyin enliyə qədər 330 30/ yol qət etməliydi, bu isə 3700 km-dən çox məsafə edir. Peru Kaminyanın məlumatına əsasən, şturmanların verdikləri hesabatda onların 4000 km. yol qət etmələri göstərilir. Onda, Kabralın əvvəlcə 170 c. en dairəsinə kimi cənub istiqamətində üzməsi, oradan isə kursu birbaşa qərbə döndərərək yolunu davam etdirməsi inandırıcı görünmür.1 Bundan belə nəticə çıxarmaq olar ki, okean keçidi zamanı ekspedisiyaya Kabral yox, bilavasitə həmin marşrutu yaxşı tanıyan dənizçi başçılıq etmişdi. Əks təqdirdə səyahət vaxtı dənizçilər tərəddüd edərək, çətinliklərlə üzləşə bilərdilər. Kompas olduğu halda bu qədər məsafəni azmış şəkildə qət etmək absurd sayılır. Müəyyən mənada həmin dövrdə bu da mümkündür. Hava dumanlı və yaxud da küləkli olanda nəzərdə tutulan kursdan yayınmaq olar, o da ki, maksimum 300-400 km. uzun müddətli fırtınalı havada isə 500-700 km. Səyahət zamanı aparılan gündəlikdəki yazılardan məlum olur ki, ekspedisiya ekvator xəttini keçənə qədər portuqallar yolda elə də ciddi təbii fəsadlarla üzləşməyiblər. Pedru Alvareş Kabral (1467-1520)
Bu yerdə mühüm məsələyə toxunmaq lazımdır. Portuqallar mayın 2-də “kəşf” olunan “Vera-Kruş” torpağını tərk edəndən sonra, kursu birbaşa Afrikanın cənubunda yerləşən Ümid burnuna tutur və çox qəribədir ki, 7200 km. yol qət etsələr də, onlar yolda azmadan qısa müddət ərzində deyilən yerə gəlib çıxırlar. Halbuki onlar həmin kurs ilə və həmin akvatoriyada ilk dəfə üzmüş və heç bir qeyri-adi hadisə ilə üzləşmədən istənilən məkana çatırlar. Onda belə çıxır ki, açıq okeanda manevr etməkdə mahir usta olan portuqal şturmanları, Yaşıl Burun adalarından Ümid burnuna kimi hərəkət edən zaman heç vaxt əsas kursdan yayınmadan, tamamilə əks tərəfdə yerləşən Braziliya saillərinə gedib çıxa bilməzdilər. Əgər, belə bir səhv baş vermişdisə, yəni ekspedisiya yolda azıb Braziliya sahillərində peyda olmuşdularsa, onda onlar Ümid burnuna yollanan zaman mütləq şəkildə yolda azmalı idilər. Ən maraqlı hal odur ki, portuqallar sahilə çıxandan sonra, həmin ərazinin onların krallığına məxsus olduğunu bildirən daş padran yox, taxtadan düzəldilmiş böyük xaç qoyurlar. Bu nədir, növbəti səhlənkarlıq, yoxsa kəşf etdikləri ərazinin xüsusi önəm daşımamasıdır? Bu kəşf Kabral üçün xüsusi önəm daşımırdısa, onda nəyə görə o, Hindistana nəzərdə tutulan gəmilərdən birini, Kabral həmin kəşf barəsində məlumat verməkdən ötrü Lissabona göndərir? Deməli, Braziliyanın kəşfi əvvəlcədən nəzərdə tutulmuş və bu haqda dünya ictimaiyyəti xəbərdar olmalıydı. Bəzi mənbələr göstərir ki, Kabralın ekspedisiyasının iştirakçısı D. Pireyra Atlantikanın o biri tayındakı torpaqlarda olubdur. Bu bir qədər inandırıcı görünə bilər. Ona görə ki, Kabrala Hindistana gedən zaman yolda “Braziliyanın kəşfinin” rəsmiləşdirilməsi tapşırığı verildiyindən, yolda heç bir gözlənilməz hadisələrlə üzləşməsinlər deyə, həmin sahilləri yaxşı tanıyan adam lazım idi. Bu isə Pireyra sayılırdı. Sadəcə dəqiqləşdirmək lazımdır ki, neçənci ildə? Tanınmış gəmi kapitanı, tədqiqatçı və xəritəşünas Duarti Paşeku Pireyra (1469-1533) XV əsrin 80-ci illərin ikinci yarısından sonra Afrikanın qərb sahillərindəki ekspedisiyalarda iştirak etmiş və 1488-ci ildə Prinsip adası yaxınlığında qəzaya uğramışdı və bir neçə dənizçi ilə birlikdə, Ümid burnundan vətənə qayıdan Bartolomeu Diaşın ekspedisiyası tərəfindən xilas olunmuşdu. Bundan sonra o, Afrika sahillərinə olan marşrutu, coğrafi koordinatları və sahil konturları kodlaşdırılmış, missiyası məxfi saxlanılan bir neçə ekspedisiyalarda iştirak etmişdi. Duarti Paşeku Pireyra (1469-1533) Pireyra təxminən 1505-1508-ci illər arasında yazdığı “Esmeraldo de Sita Orbis” (“Yerin vəziyyəti barəsindəki zümrüd”) əsərində, özünün Atlantikanın o biri tayında yerləşən torpaqlarda olmasını göstərmişdi. Həmin əsər çıxarılmış surət olduğundan alimlər tərəddüd qarşısında qalırlar. İş ondadır ki, beş hissədən (“kitablar”) yalnız üçü və dördüncünün bir parçası portuqal kitabxanalarında aşkarlanır və ilk dəfə 1892-ci ildə çap edilərək ictimaiyyətləşdirilir.
Həmin kitabda müəllif Atlantik okeanının o tayındakı torpaqların mövcudluğu barəsində məlumatlar verir və qeyd edir ki, o, ilk dəfə həmin torpaqlarla hələ Kabralın ekspedisiyasından təxminən altı il əvvəl tanış olmuşdu.1 Bunu əsas götürərək, 1494-cü ildə, bəlkə də əvvəl Cənubi Amerikanın kəşfini Pireyranın adına yazmaq istəyirlər. Pireyranın Cənubi Amerikanın kəşfi barəsində Pireyra da Silvanın “Braziliyanın Portuqal müstəmləkəçiliyinin tarixi” əsərinin I cildindəki böyük məqaləsində göstərilibdir.2 Orijinal sənədlər olmasa da, Pireyranın Kabraldan əvvəl Braziliya sahillərinə yan alması çox inandırıcı səslənir. Burada konkret tarix də göstərilir – 1494-cü il. Apardığım araşdırmalar nəticəsində mən də belə qənaətə gəldim ki, Pireyra ilk dəfə Braziliya sahillərinə gedib çıxıbdır. (davamı: “Roma papalarının bullaları və ya dünyanın bölüşdürülməsi” adlı məqalədə) Yazıçı-tədqiqatçı Ramiz Dəniz 1 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географических открытий, II том. Москва, “Просвещение”. 1982. стр.55
2 Portu, 1923 il, portuqal dilində.
25655
|
|