ACC ÜZVLƏRİ AZƏRBAYCANIN ƏN HÜNDÜR ZİRVƏSİNDƏ ÖLKƏMİZİN VƏ COĞRAFİYA CƏMİYYƏTİNİN BAYRAĞINI DALĞALANDIRACAQLAR

05 İyul 2016
Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) üzvləri - AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayılov və İT mütəxəssisi Üzeyir Mikayılov iyulun 9-dan 16-dək Rusiya Federasiyasının Dağıstan Respublikasında turizmin ekstremal növləri üzrə keçiriləcək Dağlar ilinə həsr olunmuş “Yarıdağ-2016”  açıq Beynəlxalq festivalda iştirak edəcəklər.
Festivalın təşkilatçıları Dağıstanın Turizm və Bədii Sənətkarlıq Nazirliyi, Rusiya Fövqəladə Hallar Nazirliyinin Axtarış Xilasetmə Dəstəsi, Dağıstanın  İdman Turizmi Federasiyası, Alpinizm Federasiyası və digərləridir.
Tədbiri keçirməkdə məqsəd ekstremal vəziyyətlərdə praktiki bilik və bacarıqlardan istifadə, dağlıq ərazilərdə turizm və alpinizmin inkişafı, sağlam həyat tərzinin və aktiv istirahət növlərinin təbliği və sairdir.
ACC-nin üzvləri proqram çərçivəsində Azərbaycanın Rusiya ilə sərhədində yerləşən və ölkəmizin ən yüksək zirvəsi olan Bazardüzü dağına (4466 m) yürüş edəcək, orada Azərbaycanın və Azərbaycan Coğrafiya Cəmiyyətinin bayrağını dalğalandıracaqlar.
13876
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic