KOLUMBUN KƏŞFİNİN SİRRİ VƏ İCTİMAİYYƏTDƏN GİZLƏDİLƏN HƏQİQƏT - I HİSSƏ

Rəsmi xronikalarda bildirilir ki, Kolumb Yeni Dünya sahillərinə dörd dəfə səyahət edib – 1492-1493, 1493-1496, 1498-1500, 1502-1504-cü illərdə - və həmişə də elə bilib ki, üzləşdiyi torpaq Asiya qitəsidir. Belə bir ifadələrə demək olar ki, bütün qaynaqlarda rast gəlmək olar.
Bunun həqiqət olmasına inanmaq mümkün deyil. İndi çalışacağam ki, bunu mərhələ-mərhələ sübuta yetirim.
Kolumb elə birinci səyahət zamanı bilirdi ki, qarşısındakı torpaq naməlum bir ərazidir və ora hansı marşrutla, hansı cərəyanla, neçə günə üzəcəyini əvvəlcədən planlaşdırmışdı.
Bununla yanaşı artıq tarixşünaslıqda (görünür, XVI əsrdən) başqa bir “skeptik” (şübhəli) konsepsiya mövcuddur. Onun əsasını belə bir fikir təşkil edir – Kolumb 3 avqust 1492-cü ildə yola düşəndə, artıq Asiyaya aid olmayan, Atlantikanın o biri tayında torpaqlar barəsində dəqiq məlumatlar əldə etmişdi. XX əsrin xarici kolumbistikasında amerikalı A. Vinyo, argentinalı Romulo Karbia, fransız M. Andre, son zamanlar isə ispan R. Balyester Eskalas bu, konsepsiyanın tərəfdarı kimi çıxış edirdilər.1
Həmin kəşfi analiz etmək üçün bəzi məqamlara toxunmaq istəyirəm. Kolumbun başçılıq etdiyi ekspedisiyanın hansı məqsəd güddüyü barəsində bir çox ədəbiyyatlar var. Maraqlısı odur ki, bəziləri iddia edirlər ki, Kolumb 1492-ci ildə Asiya qitəsinə çatmaq məqsədini ümumiyyətlə, qarşısına qoymamışdır.
Bu fərziyyənin nə dərəcədə düzgün olduğunu müəyyən etmək üçün ilk növbədə Kolumb ilə iki kral arasında bağlanan müqaviləyə nəzər salmaq lazımdır. O, nəzərdə tutduqları titulları və imtiyazları yalnız dünya əhəmiyyətli kəşfi həyata keçirəndən sonra İspaniyanın monarxlarından ala bilər. Yəni, həmin müqavilədə nəinki Asiya və yaxud onun hər hansı bir hissəsi, hətta orada heç bir coğrafi ad da göstərilməyib. Lakin bunun əsas səbəbini başqa bir şey ilə izah edirlər.

                                    
                         Xristofor Kolumb (1451-1506)                        Kolumbun birinci transatlantik səyahəti (1492) 


Dünyanın Kastiliya ilə Portuqaliya arasında bölüşdürülməsil bağlı 1479-cu ildə Alkasovasda müqavilə bağlanır. Kastiliyanın ərazilərinə olan iddiadan əl çəkən kral V Alfons Portuqaliya üçün həddindən artıq əlverişli imtiyazlar əldə edir: Kanar adaları Kastiliyanın tabeliyində qalır, Azör və Madeyra adaları isə Portuqaliyanın ayrılmaz ərazisi kimi sənədləşdirilir. Gəlcək rəqibini təhlükəsizləşdirməyə səy göstərən portuqallar mütləq hakim sayılan Roma papasına müraciət edirlər. Alkasovasdakı müqaviləni təsdiqləmək üçün Roma papası IV Sikst 21 iyun 1481-ci ildə hər iki tərəfi danışıqlar masası arxasına dəvət edib, “Aeterni Regis” bullası ilə onları tanış edir. Müqəddəs atanın İzabella Kastiliyalıya hörməti olsa da, o, Kanar adalarından cənubda yerləşən bütün əraziləri Portuqaliyanın ixtiyarına verir. Qərbdə yerləşən torpaqlarla heç bir məsələ qaldırılmamışdı. Ona görə ki, həmin ərazidə torpaqlar məlum olmadığından, həmin məsələyə toxunmaq yersiz idi.
Belə olan halda İspan monarxları Kolumb ilə bağlanan müqavilədə heç vaxt Asiyanın hər hansı bir hissəsinin adını çəkə bilməzdilər. Ona görə ki, həmin qitənin demək olar, bütün ərazisi Portuqaliyanın ixtiyarına verilmişdir. Müqaviləyə görə isə söhbət yalnız Asiya qitəsindən gedə bilərdi. İş ondadır ki, qədimdəki və ilkin orta əsrlərdəki təsəvvürlərə görə Avropadan qərb tərəfdə Atlantik okeanının o tayında yalnız Asiya materiki yerləşə bilməzdi.2
Rəsmi xronikada göstərilirdi ki, birinci səyahətdən və “Hindistana” Qərb dəniz yolunun kəşfindən sonra (1492-1493), Kolumb özü ilə oradan yerli əhalinin nümayəndəsi sayılan hindular gətirmişdi. 
Həmin illərdə Barselonada yaşamış, kral sarayına yaxın olan italyan humanisti Pyetro Martire (Əzablı Pyotr), öz yerliləri ilə yazışmalar aparırdı. 1493-cü ilin noyabrın 1-də yazdığı məktubda belə bir ifadələr var: “Kolon (Kolumb) adlı birisi özünün bildirdiyi kimi, Hindistan sahilinə qədər, qərb antipodlarının yanına gedib çıxıbdır. O, kosmoqrafların fikirləşdikləri kimi... Şərq okeanının o tayında Hindistana yaxın bir yerdə yerləşən çoxsaylı adalar kəşf edibdir. Mən bu haqda iddia aparmaq istəmirəm. Halbuki Yer Kürsəninin ölçüsü başqa qənaətə gətirir çıxarır”.
Deməli, Kolumb səyahətə yola düşməmişdən əvvəl və Toskanellinin Yer kürəsinin ölçüsü barəsində verdiyi hesabatlarının əksinə olaraq, Pyetro Martire tamam başqa fikirdə idi.
Mən, belə qənaətə gəlmişəm ki, Kolumb çətin ki, florentsiyalı kosmoqrafın dedikləri ilə razılaşsın. Məşhur dəniz səyyahı bu barədə, ilk növbədə Yer kürəsinin çevrə uzunluğunun ölçüsü ilə razılaşa bilmirdi. Deməli, Asiya qitəsi bilavasitə, P. Toskanellinin fikirləşdiyi kimi Atlantik okeanında, Kanar adalarından qərb istiqamətində 10000-12000 km. məsafədə yerləşirdi. Lakin Kolumb fərdi şəkildə hesablamalar aparmışdı ki, Atlantik okeanının qərb hissəsində yerləşən quru ərazi Avropadan təxminən 4000-4500 km. aralıdadır. Bu ondan xəbər verir ki, həmin torpaq Köhnə Dünyaya bəlli olmayan, tamamilə başqa bir torpaqdır.
 
(davamı - “Zic-Elxani” əsəri avropalı dəniz səyyahları üçün vacib mənbə ola bilərdi”)
 
Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı,
“Coğrafiya” Cəmiyyətinin üzvü,
yazıçı-tədqiqatçı Ramiz Dəniz
 
email: [email protected],
          [email protected]


                   2  Ф. Дж. Купер. Мерседес из Кастилии или путешествие в Катай. Одесса, «Маяк», 1985. стр. 237

   1 В. Л. Афанасьев. Текст воспроизведен по изданию: Бартоломе де Лас Касас. История Индии. Ленинград, «Наука», 1968. стр. 18
19930
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic