“ZİC-ELXANİ” ƏSƏRİ AVROPALI DƏNİZ SƏYYAHLARI ÜÇÜN VACİB MƏNBƏ OLA BİLƏRDİ - II HİSSƏ (əvvəli – “Kolumbun kəşfinin sirri və ictimaiyyətdən gizlədilən həqiqət”)
“Zic Elxani” əsərinin müqəddiməsində Nəsirəddin Tusi yazır: “Coğrafi uzunluğun başlanğıcı cəzair Xaldatdan başlanmışdır və cəzair Xaldat isə Qərb dənizinin sahilindən 100 qərbdədir”. Coğrafi əsərlərdə Xaldat adasını, çox hallarda “Səadət adaları” kimi göstərirdilər. Bəzi alimlər isə müəyyən ediblər ki, həmin adalar Kanar adalarıdır. Mənim araşdırmalarıma görə bu yanlış bir fikirdir.
Cədvəlin bir hissəsini “Mühəmməd Nəsirəddin Tusi” əsərində çap etdirən H. Məmmədbəyli altdakı abzasda qeyd edir: “Bu cədvəldən görünür ki, doğrudan da, Marağa rəsədxanasında qəbul olunmuş başlanğıc meridian indiki Qrinviç meridianından 34-350 qərbdədir. Bu meridian haradan keçir? Bunun üçün coğrafiya xəritəsinə müraciət edək. Qrinviç meridianından 34-350 uzaqda olan meridian Cənubi Amerikanın şərq sahilində olan San-Roka burnundan keçir. Bu nə deməkdir? Məlumdur ki, Amerikanın kəşfi 1492-ci ilin 12-si oktyabrdan başlanmışdır. Marağa rəsədxanasında isə bu cədvəl 1270-ci illərədə tərtib edilmişdir. Bu necə ola bilər? Ya Marağa rəsədxanasında tərtib edilmiş cədvəldə bir yanlışlıq var, ya da hələ Kolumbun Amerikanı kəşf etməsindən əvvəl həmin torpaqlar haqqında onun məlumatı olmuşdur? Beləliklə, Marağa rəsədxanasının bu cədvəlinin tədqiqi çox maraqlı məsələyə toxunur.3
Hər şeydən əvvəl bilmək lazımdır ki, Marağa rəsədxanasında qəbul olunmuş başlanğıc meridian ilk dəfə olaraq Marağanın özündən götürülmüşdür; yəni, bu başqa müəlliflərdən daha əvvəl burada qəbul edilmişdir. Bu məqsədlə Nəsirəddindən əvvəl tərtib olunmuş bir neçə cədvəli tədqiq etmək lazımdır. Doğrudan da, əgər bir neçə müəllifin cədvəlindən eyni şəhərlər üçün verilmiş coğrafi uzunluqlar müqayisə edilsə, aydın olar ki, Nəsirəddinin cədvəli ilə bunalrın arasında fərq var. Bu və başqa cədvəllərin müqayisəsindən aydın olur ki, Nəsirəddin özündən əvvəlki müəlliflərə nisbətən başlanğıc meridianını 100 qərbə çəkmişdir. Lakin qeyd etmək lazımdır ki, Nəsirəddin özü ondan əvvəlki müəlliflərdən bəzilərinin bu başlanğıc meridianını qəbul etdiklərini göstərir”.4 Elə bunu Kolumb da qətiyyətlə göstərmişdir. Lakin başqa alimlərin cədəvlinə nisbətən Tusinin cədəvli daha dəqiq və daha geniş idi. İş ondadır ki, azərbaycanlı alim nəinki zəmanəsinin, hətta XV əsr üçün də tanınmış və istedadlı alim sayılırdı. Artıq onun elmi irsi Avropaya yayılmış və Paolo dal Pottso Toskanelli kimi böyük alim tərəfindən hərtərəfli qəbul edilmişdi. Lakin XV əsrin sonlarında astronomiya və coğrafiya ilə məşğul olan mütəxəssisləri yalnız bircə şey maraqlandırırdı; astronomiya və riyaziyyat elmlərinin inkişaf etdirilməsində əvəzsiz rol oynamış Biruni və Xocəndi kimi alimlər sıfırıncı meridianı Qrinviçdən 250 qərb istiqamətində göstərdikləri halda, nəyə görə Tusi başlanğıc meridianını Xaldat adasından, yəni, Atlantik okeanının şərq sahilindən 100 qərb istiqamətində göstərir? Axı, məşhur alim müvafiq ölçünü əbəs yerə həmin yerdə göstərməmişdi. Doğrudan da, onun Cənubi Amerikanın ucqar şərq hissəsinin harada yerləşməsindən xəbəri var idi? Əgər, Tusi həmin ölçünü verməklə, o biri alimlərdən fərqlənmək istəyirdisə, onda o, başlanğıc meridianını Qrinviçdən 440 qərb istiqamətində də götürə bilərdi. Bu ölçü rəsədxana işçiləri üçün daha məqsədəuyğun sayılırıdı. Ona görə ki, Marağanın özündən 900–lik meridian keçərdi. Deməli, Tusi nə etdiyini çox yaxşı bilirdi. İran alimi Məhəmməd Tağı Müdərris Rəzəvi “Əhval və asar-e Xace Nəsirəddin Tusi” (“Xacə Nəsirəddin Tusinin həyat və yaradıcılığı”) əsərində sovet alimlərinin tədqiqatlarına əsaslanıb yazır ki, “Azərbaycanlı Nəsirəddin Tusi Qafqazda çox böyük bir rəsədxana yaratmışdı. Onun yaratdığı astronomik cədvəlləri araşdırarkən sovet alimləri müəyyən ediblər ki, Tusi Amerika qitəsinin coğrafi koordinatlarını bilirmiş. Buradan belə nəticəyə gəlmək olar ki, Kolumb Amerikanı iki əsr sonra kəşf edib”.5 (davamı – “Kolumbun transatlantik layihəsi və portuqalların məxfi ekspedisiyaları”) Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı,
“Coğrafiya” Cəmiyyətinin üzvü, yazıçı-tədqiqatçı Ramiz Dəniz 3 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 1980. səh. 154-156
4 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 1980. səh. 154-156
5 M. T. Müdərris Rüzavi. Əhval və asar-e Xace Nəsirəddin Tusi. II nəşr. Tehran, “Gülşən”, 1991.
19603
|
|