TOSKANELLİ, ERATOSFEN VƏ TUSİNİN HESABLAMALARI VƏ KOLUMBUN KƏŞFİ - IV HİSSƏ

(əvvəli – “Kolumbun transatlantik layihəsi və portuqalların məxfi ekspedisiyaları”)
 
Səyahətə yollanan Kolumb kimin köməyindən istifadə edəcəyini çox yaxşı bilirdi. Onun bir qeydini göstərmək lap yerinə düşərdi. O, yazır: “Bu dünyanı təsvir edən Ptolemey və başqaları güman edirdilər ki, o kürəvidir və hesab edirdilər ki, bu yarımkürə də üzərində olduqları o biri yarımkürə kimi kürədir. Bu sonuncunun mərkəzini isə onlar Arin adasında yerləşdirdilər. Bu isə ekvatorun aşağı, Ərəbistan və İran körfəzləri arasında yerləşmiş, çevrəsini isə Portuqaliyadakı San-Visente burnunu keçərək qərbə doğru və şərqdə isə Kanqara və Seresdən keçirirdilər”.7
Kolumb qeyd edir ki, Arin adası Şərq yarımkürəsində 900-lik meridiandadır. Həmin ada Ərəbistan və İran körfəzləri arasında ekvatordan aşağı yerləşir. Bu isə yalnız Seyşel adaları ola bilər. Həmin adaların Qrinviçə nisbətən uzunluq koordinatı 530-dir. Bunu 900-yə tamamlayanda 340 olur. Kolumbun göstərdiyi ilə Tusinin cədvəlindən alınan nəticə, demək olar ki, eynidir. Bu ondan xəbər verir ki, məşhur dəniz səyyahı özünün birinci səyahətinə yola düşməmişdən xeyli əvvəl Marağada tərtib olunan astronomik cədvəl ilə tanış idi. Necə olsa da, həmin cədəvldə 256 şəhərin coğrafi koordinatları göstərilmişdir. İspaniyanın Kordova şəhərindən tutmuş, Çinin Pekin şəhərinə kimi düzgün koordinatlar barəsində coğrafiyaşünas və xəritəşünaslarda səlis məlumat yaranırdı.
Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü T. N. Karı Niyazov Səmərqənd, Buxara, Herat, Oş və Xocənd şəhərlərinin uzunluq koordinatlarını tədqiq edərək nəticədə başlanğıc meridianın Qrinviçdən 320 qərbdə olduğunu müəyyən etmişdi. Deməli, “Zic Elxani” əsəri peşəkar səviyyədə dəqiq işlənilib başa çatdırılmışdır.
Tarixdən məlum olduğu kimi Kolumb səyahətə başalmaqdan ötrü, Kanar adalarından bilavasitə keçid dayanacağı kimi istifadə etmişdi. Axı, həmin keçid zamanı o, Kanar adalarından başqa Yaşıl Burun, Azör və Madeyra adalarından da istifadə edə bilərdi.
Erkən orta əsrlərdə bu adı çəkilən adalardan əlavə Atlantik okeanının qərb hissəsində Xaldat və ya Səadət adı altında naməlum adaların yerləşməsi haqqında kifayət qədər məlumatlar vardı. Lakin heç kim həmin coğrafi məntəqəyə gedib çıxa bilmirdi.
Xaldat və ya Səadət adalarının harada yerləşməsi qədim və orta əsr alimlərini həddindən artıq çox maraqlandırırdı. Bəzi alimlər, hətta həmin adaların Qrinviç meridianından 350 qərb istiqamətində yerləşdiyini bildirirdilər.
Bu məsələ ilə ciddi maraqlanan ingilis alimi Q. R. Kaye yazdığı “Hindistan astronomiyası” əsərində göstərir ki, Səadət adaları Qrinviçdən 350 qərbdədir.8
Maraqlıdır Q. R. Kaye nəyə görə belə fikirdədir? Həm qədim, həm də orta əsr alimlərinin əksəriyyəti üçün Səadət adaları Alantik okeanının qərb hissəsində təsəvvür edilirdi. Həmin adaların mövcud olması yalnız Köhnə dünyanın sərhədinə yaxın bir yer idi. Deməli, Kaye heç bir elmi əsas olmadan həmin adaları Qrinviç meridianından 350 qərb istiqamətində göstərmişdir. Məlum olduğu kimi Atlantik okeanından 350 qərb istiqamətində, alimlərin diqqətini özlərinə cəlb edən, belə bir mühüm adalar yerləşmir.
Mənim fikrimcə Kolumb Tusinin “Zic Elxani” koordinatlar cədvəlini və tərtib etdiyi xəritəni ələ keçirəndən sonra Azərbaycan aliminin fikirləri ilə tam şəkildə razılaşaraq, əmin olmuşdu ki, Atlantik okeanının qərb hissəisndəki torpaq Avropadan təxminən 4500-5000 km. aralıda yerləşir. Həmin məsafəni də ki, 30-35 gün müddətinə qət etmək olar.
Toskanelli humanist Nikkolo Nikkolini tərəfindən əhalinin ümumi istifadəsi üçün yaratdığı kitabxananın qoruyucusu və rəhbəri olmuşdur. O, Yer planetinin kürə şəklində olmasının tərəfdarı idi və Hindistana qərb yolu ilə gedib çatmaq ideyasını irəli sürmüşdü. Alim astronomik “Alfonso cədvəli”ni (XIII əsr) astrologiya elemetlərinin tənzimlənməsi və düzəlişini etmişdi.
                                    
                Paolo Toskanelli (1397-1484)                Florentsiyadakı Santa-Mariya-del-Fyore məbədinin gümbəzi
 
Toskanelli bir çox alimlərin gördükləri elmi işləri ilə tanış olsa da o, kobud səhv nəticəsində Yer kürəsinin ölçüsünü xeyli kiçiltmişdi.
Bu cür kobud səhvə görə heç bir mütəxəssis Toskanelliyə bəraət qazandıra bilməz. Ona görə ki, o, 1474-cü ildə öz xəritəsini tərtib edəndə elementar səhvlərə yol vermişdi. Bir çox əsaslar vardı ki, Toskanelli həmin səhvlərə yol verməsin.
Filologiya, xronologiya, riyaziyyat, astronomiya və coğrafiya ilə ciddi məşğul olmuş yunan alimi və yazıçısı Eratosfen Kirenalı (b. e. əvvəl təx. 276-194) İsgəndəriyyə kitabxanasına rəhbərlik etmiş və gələcəkdə IV Ptolemey Filopart kimi tanınacaq Misir vəliəhdinin tərbiyəsi ilə məşğul olmuşdu. O, üç kitabdan ibarət olan “Coğrafiya” adlı əsərində coğrafiyanın ilk sistematik elmi nəzəriyyəsini ortaya qoymuşdu. Alim öz əsərinə dünya xəritəsini daxil etmişdi, hansı ki, Strabonun dediyinə görə Hipparx Nikeyalı tərəfindən tənqid olunmuşdu. “Yerin ölçülməsi haqqında” traktatda (“Peri tes anametreseos ges”) Eratosfen, İsgəndəriyyə ilə Siena (indiki Asuan) şəhərləri arasındakı məşhur olan məsafənin əsasında və hər iki tərəfdədə Günəş şüalarının düşmə bucaqlarının fərqini müəyyənləşdirərək, ekvatorun uzunluğunu tapmışdı. 
Ekvatorun əsl uzunluğu 40120 km olduğu halda, alim tapdığı ölçünü minimal səhvlə, 252 min stadi, yəni 39690 km göstərmişdir. Bundan əlavə o, Yerin radiusunu da tapmışdı, əgər yunan stadisi (178 metr) ilə hesablama aparılıbsa, bu 7082 km edir, yox əgər misir stadisi ilə edilibsə, onda 6287 km-dir (müasir ölçü 6371 km-dir). Müasir alimlərin bir çoxları bildirirlər ki, Eratosfen Yerin çevrəsi uzunluğunu 43625 km, radiusunu isə 6943 km kimi göstəribdir. 9
Söz yox ki, Kolumb bu məlumat ilə yaxından tanış idi. O, özü astronomiya elmi ilə maraqlandığı üçün əlbəttə, Eratosfenin, Posidoninin, əl Xorezminin, əl-Biruninin, Tusinin və Toskanellinin hesablamalarını nəzərə alaraq, ümumi məxrəcə gəlmiş və hər bir şeyi götür-qoy edəndən sonra uzaq səyahətə yola düşmüşdü.
                          
                                                                                          Eratosfenə görə Dünya xəritəsi 
Günəş saatının bir hissəsi kimi adətən məbədlərin gümbəzindən istifadə olunurdu. Ən bariz nümunə Toskanellinin Florentsiyada yerləşən Santa-Mariya-del-Fyore məbədinin gümbəzindən istifadə etmişdir. 1418-ci ildən 1436-ci ilə qədər arxitektor Filippo Brunelleskinin layihəsinə əsasən, məbədin gümbəzi inşa edilmişdi. Onun kohnə dostu olan Toskanelli 1474-cü ildə məbəddə özünün məşhur qnomonunu (həmin üsul ilə günorta vaxtının yarım saniyə dəqiqliyi ilə müəyyən etmək mümkün idi) yerləşdirir. 90 m. hündürlükdə cənub pəncərəsinin ağzında o, ortasında deşik olan bürünc disk birləşdirir. Altardan sol tərəfdə Santa-Kroçe kapellasının döşəməsində bölümlərlə olan xətkeş düzəldir. Günəşin şüası ilin iki ayında – mayın sonundan iyulun sonuna kimi, diskin deşiyindən keçib döşəməsinə çatırdı. Həmin cihaz XIX əsrin sonuna qədər fəaliyyətdə olmuşdur. Məbəddə bərpa işləri ilə məşğul olan ustaların cihazdan başları çıxmadığından sıradan çıxmışdı.
                                                                  Florentsiyada yerləşən Santa-Mariya-del-Fyore məbədi
 
Dəqiq olmayan hesablamalar nəticəsində Toskanelli Yerin ölçüsünü kiçiltmiş və belə nəticəyə gəlmişdi ki, okean vasitəsilə İspaniyadan Hindistana qədər 6000 mildir (həqiqi məsafədən üç dəfə az).
ransız həkimi, astronomiya ilə dərindən maraqlanan Jan Fernel (1497-1558) Yer kürəsi çevrəsinin uzunluğunu 39816 km., Yerin radiusunu isə 6337 km. göstərmişdi.10 Belə başa düşmək olar ki, Toskanelli bir astronom kimi böyük bir səhvə yol vermişdi. Çünki onun hesablamasına görə Yer kürəsinin uzunluğunun ölçüsü təxminən 29000 km-dir.
Məhz bu səbəbdən Kolumb florensiyalı alimin hesabatı ilə razılaşmayaraq, yunan alimi Eratosfenin verdiyi ölçünü və Tusinin Yer səthi ilə bağlı olan coğrafi koordinatları əsas götürmüşdü.
 
Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı,
 “Coğrafiya” Cəmiyyətinin üzvü,
yazıçı-tədqiqatçı Ramiz Dəniz
 
 email: [email protected],
          [email protected]
 
 
  
7 Христофор Колумб. Москва, «Путешествие», 1952. стр. 391
8  Г. Р. Кае. «Индийская астрономия». 1924. стр. 52
9 R. Qasımov. Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü. Bakı, “Çaşıoğlu”, 1999. səh 247
10 О. Коротцев. Глобус, как измеряли землю. Ленинград, «Д.Л», 1980. стр. 312 
23133
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic