KATOLİK PAPALARIN TÖRƏTDİKLƏRİ SOYQIRIMLAR - I YAZIMüharibə başlayanda din xadimləri öz nüfuzlarından istifadə edərək, baş verən faciənin qarşısını almağa çalışırdılar. Lakin sonrakı hadisələr göstərir ki, diktatorların hakimiyyətə gəlməsinə, böyük müharibələrin başlanmasına, faciələrin yaranmasına və milyaonlarla adamın kütləvi şəkildə məhv edilməsində elə din xadimləri, xüsusən də Müqəddəs Pyotrın taxtında əyləşmiş papalar rəvac vermişdilər. Allahın bəxş etdiyi həyatı qaniçən papalar sərsəm siyasətləri ilə yox etmişdilər. Sülhə son qoymaq, qan axıtmaq onların əsas tezisi sayılırdı. Pontifiklər özlərinin törətdikləri cinayətləri başqa millətin boynuna qoyur və ədalətli olmadığını bütün sivil dünyaya sübut edirlər.
2015 ci ildə Roma papası II Fransiskin qondarma “erməni soyqırımını” tanıması və bu il İrəvanda Azərbaycan xalqının qanına susanmış cəllad Sərkisyanın və dünyanın 2 saylı fitnəkarı erməni katolikosu Garigenin yanında həmin termini işlətməsi, onun nə dərəcədə tarix elmindən kasıb olmasını, ən əsas isə Türkiyəyə qarşı qərəzli mövqe tutduğundan, İslama ifrat düşmənçilik bəsləməsini üzə çıxartdı. Ona görə ki, kim də bilməsə, məhz pontifik bilməlidir ki, 1915-ci ildə türklər erməniləri yox, ermənilər türkləri kütləvi şəkildə qırmağa başlamışdılar. Həmin qanlı olaylar zamanı bir neçə milyona yaxın türk öldürülmüşdü. Faktlar göstərir ki, öldürülən ermənilərdən 100 mini Cənubi Qafqazdan olan əli silahlı quldurlar idilər. Bütün bunlardan roma papası mükəmməl surətdə halidir. Ona görə ki, birincisi həmin hadisələr Vatikanda saxlanılan Apostol kitabxanasının nəzdində yerləşən Məxfi Arxiv İdarəsində saxlanılır və həmin sənədlərlə nəinki kardinallar, yepiskoplar və digər ali xristian ruhaniləri, o cümlədən Avropa Parlamentinə üzv olan bir çox riyakar, vicdanını itirmiş, erməni daşnaklarından rüşvət almış, miskin deputatların da tanışlığı var. Özlərinin Birinci Dünya müharibəsində (1914-1918) türklərin başlarına açdıqları müsibətləri ört-basdır etmək üçün qaniçən erməniləri müdafiə etmək məcburiyyətindədirlər. Ermənilərin türklərə qarşı olan xəyanəti müharibənin ilkin vaxtlarında özünü büruzə vermişdi. Zeytunda yaşayan ermənilər qiyam qaldırmış və bundan istifadə edən Rusiyanın Londondakı səfiri, qiyamçıları silahlandırmaq üçün ingilislərdən silah istəmişdi. Tarixçılər Rafael de Noqales və Kler Prays öz yazılarında qeyd edirlər ki, artıq 1915-ci ilin əvvəlində, fevralın 21-də Bitlis və Muşda ermənilər namərd kimi arxadan zərbə endirmək üçün türklərə hücum etmiş və mart-aprel ayındaVan şəhərində törətdikləri qətliamlardan isə, hətta ora gələn rus əsgərləri də dəhşətə gəlmişdilər. Deməli, ermənilər cəzasızlıqlarına tam əmin olmuşdular, sonda isə deportasiyaya məruz qaldılar. Bu şəkildə amansızcasına öldürülmüş türklərin kütləvi məzarlığıdır və belə məzarlıqlar
Türkiyənin şərqində yüzlərlədir. Yunanlar 1917-ci ildə Türkiyə ilə müharibəyə başlayanda, hökümət müharibənin sonuna qədər yunan əhalini yaşadığı yerdən deportasiya etmədilər. Ona görə ki, onlar qiyama əl atmamış və döyüş səhnələrini kənardan izləmişdilər. Osmanlı imperiyasının bölüşdürülməsi ingilis-rus (1915), ingilis-fransız (3 yanvar 1916), fransız-rus (26 aprel 1916) və ingilis-rus (may 1916) danışıqlarında müzakirə edilmiş və qərara alınmışdır. Türkiyənin bölüşdürülməsi danışıqlarında Fransa tərəfindən Beyrutda Fransanın baş konsulu işləmiş Jorj Piko, İngiltərə tərəfindən – Şərq üzrə ixtisasçı Mark Sayks, Rusiyanın Xarici İşlər Naziri Sazonov iştirak etmişdir. Elə Birinci Dünya müharibəsi ərəfəsində sovetlər Moskvada hakimiyyətə gələnə qədər Rusiya terrorçu ermənilərlə birlikdə Türkiyənin şərqində əsasən Ərzurum, Qars, Van və Bitlisdə, yunanlar İzmirdə, Aydın vilayətində, fransızlar Kilikiyada, ingilislər Urfa, Maraşa və Antepdə (sonralar bu ərazilər fransızlara verilmişdi) Mezifonda, Samsunda, Mosulda, Soriyada, avstraliyalıların iştirakı ilə Bosfor, Dardanel boğazları və Mərmərə dənizi ətrafındakı ərazilərdə, italyanlar Antalya və Konyada amansız qırğınlar törətmişdilər. Faktlar göstərir ki, müharibə başlayanda Türkiyədə 600 min erməni qalmışdır və onlardan yarısı rus işğalçı qoşunlarına qoşulub, yerli müsəlmanlara qarşı tarixdə ən amansız qətliam törətmişdilər. İş ondadır ki, 250 min erməni Rus, 50 min isə Fransa, İngiltərə və ABŞ ordularında döyüşmüşdü. Müharibənin sonuna qədər “Antanta dövlətlərinin Osmanlı imperiyasından işqal etdikləri torpaqlarda ermənilərin əli ilə 3 mln-dan çox (1,5 mln. türk, 600 min kürd, 1 mln. azəri türkü – 0,5 mil. Zaqafqaziyada, 0,5 mln. isə Anadoluda) əhalini soyqırımı etmişdilər”. 1920-ci il Sevr müqaviləsindən sonra Türkiyədən demək olar ki, heç nə qalmayacaqdı
Sənədli mənbələrə nəzər yetirəndə başa düşmək olar ki, ilkin deportasiyaya elə türklərin özləri məruz qalmışdılar. 1915-ci il aprelin 20-də Türkiyənin şərqini işğal etmiş rus komandanlığı orada yaşayan türkləri qərb istiqamətində Anadolunun içərinə qovmuş, getmək istəməyənləri isə erməni cəlladları ən amansız üsullarla qətlə yetirmişdilər. Ermənilərin xəyanətini görən Türk ordusunun komandanı Ənvər Paşa mayın 2-də əmr edir ki, ruslarla sərbəst döyüşmək üçün həmin ərazidən ermənilər Mosul, Urfa və Zora köçürülsünlər. Halbuki türklər də elə ruslar kimi xain xalqı rusların nəzarətində olan torpaqlara qova bilərdilər.
2015-ci ildə Avropa Parlamentinin Türkiyədəki 1915-ci il hadisələrini soyqırım kimi tanıması oradakı deputatların ambisioz, şovinist, ekstremist və irqçi olduqlarını bir daha ortaya qoydu. Qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilən sənədin birinci bəndində göstərilir ki, ”Osmanlı İmperiyasında 1,5 mln. günahsız erməni öldürülüb”. Avropalılar birdəfəlik bilməlidilər ki, XIX əsrin sonuna kimi yarım milyona qədər erməni Azərbaycan torpaqlarına, bir o qədər də erməni Balkan ölkələrinə, Fransaya və ABŞ-a köç etmişdilər. Hansısa bir fransız təşkilatı Türkiyədə əhalinin siyahıya alanda, 1913-1914-cü illər arasında orada 1250000 erməninin olduğunu göstərmişdilər. Bu rəqəm özü-özlüyündə gülünc sayılır. 1 mln-dan çox erməni Türkiyədən əsasən Azərbaycan torpaqlarına, bir o qədər də Balkanlara, Qərbi Avropa və Amerika qitəsinə köç edəndən sonra orada 1250000 erməninin qalması absurddur. Həm də nəzərə almaq lazımdır ki, Bitlis, Van Və Ərzurum vilayətlərindəki və Beylan, Çislı və Antakiya dairəsindəki ermənilər deportasiya olunmuşdular. Adları sadalanan ərazilərdə isə heç 1 mln. erməni yaşamamışdı. Erməni soyqırımını bütünlüklə ifşa edən fransız yazıçı-tədqiqatçısı Jorj de Malevil “Erməni faciəsi 1915 il” əsərində yazır ki, “Ermənilərin təqdim etdiyi rəqəm hər il şişir... Aparılan işin heç kimdə şübhə doğurmayan amerikanlının rəhbərliyi ilə statistik xidməti Osmanlı əhalisi ilə bağlı rəsmi statistikaya əsasən müəyyənləşdirib ki, qurbanların sayı 300 min adamdır. Bu rəqəmə “yoxa çıxmış”, yəni Vandan qaçıb rusların tərəfinə keçən və oradan ruslarla birlikdə geri çəkilərək, Sovet Ermənistanında məskunlaşanlar da daxildir. Həm də 300 min rəqəmi, erməni mənbələrindəki materiallardan hazırlanmış hesabatı, erməni nümayəndə heyətinin rəhbəri, 1918-ci il 11 dekabrda Fransanın XİN-ə təqdim olunan məktubda göstəribdir. Yalnız bu rəqəmi dəqiq hesab etmək olar”. Obyektiv araşdırma aparan tarixçilər birmənalı şəkildə qeyd edirlər ki, ermənilər hər il itkilərinin sayını şişirtməklə məşğul olublar. XX əsrin 40-cı illərində ilk dəfə qondarma “soyqırımı” gündəmə gətirəndə ermənilər 400 min, 50-ci illərdə 600 min, sonrakı illərdə isə 1,5 mln adamın öldürüldüyünü iddia edirlər. Belə getsə 10-15 ildən sonra bu rəqəmi 2 mln-a çatdıracaqlar. Amerika tarixçisi Stenford C. Şou yazır: “Erməni könüllülərinin köməyi ilə rus ordusu Van istiqamətində hücuma keçərək mayın 14-də (1915-ci il) oranı tutan kimi, 2 gün ərzində yerli müsəlman əhalisini kütləvi surətdə qırmağa başladılar... Rusların himayəsi altında Vanda erməni hökuməti qurulmuşdu... İyulun ortalarında hər tərəfdən 250 min erməni Vanda toplanmışdı.” Halbuki müharibənin əvvəlində Van vilayətində ermənilər əhalinin 42,3 faizini, yəni 33789 nəfər təşkil edirdi. Ermənilərin qondardığı soyqırım yenə də puç olur. Onların iddiasına görə aprelin 24-də 1,5 mln erməni qırılır, 20 gündən sonra isə 250 min erməni Vanda peyda olurlar. Belə nəticə çıxarmaq olar ki, bir çox tarixçilərin məlumatlarına əsaslansaq, onda baş düşmək olar ki, həqiqətən də deportasiyada 200 min erməni qırılıbdır, qalanları isə əllərində silah türk-müsəlman əhalisinə qarşı əsl soyqırım keçirmişdilər. Ona görə də müsəlmanların itkisi milyonlarla ölçülür. Müharibənin sonunda ermənilərlə həmrəy olan yunan qaçqınları onların vəhşiliyini belə qələmə vermişdilər. “Hamilə qadının qarnını yarıb uşağı çıxarmaq və onları tikə-tikə doğramaq, “Quran” kitablarını yığaraq tonqal qalayıb atəşində mollaları yandırmaq, divara mıxlamaq, uşaqlara belə acımadan dərisini soymaq, tikə-tikə doğradıqdan sonra ətini itə atmaq və s.- bütün bu vəhşiliklərə ilk dəfə (bəlkə də yeganə) imza atanlar məhz bu qansız düşmənimiz ermənilər idi”. 1920-ci ilin noyabrına qədər Britaniya hərbçilər türk polisinin köməyi ilə, erməni “məsələsini” araşdırmaq üçün, 144 nəfər adamı həbs edərək, Malta adasına göndərirlər. Ermənilərin öldürülməsi ilə bağlı sənədlər Sultan höküməti tərəfindən ingilislərə təqdim edilsə də, həmin araşdırma işi Maltada fiaskoya uğrayır. Jorj de Malevil öz əsərində yazır: “1921-ci il fevralın 8-də Britaniya prokurorluğu, sübutlar olmadığı üçün təqsirləndirilənlərin istintaqı davam etdirilə bilməz, müraciətlə çıxış edir. Bu məsələ ilə bağlı XİN 1 iyunda ABŞ hökümətindən kömək istəyir və rəsmi cavab alır: “Maltaya sürgün edilmiş türklərə qarşı istifadə olunacaq heç bir şey aşkarlanmayıbdır”. Bu səbəbdən Britaniya məhkəməsinin prokuroru 1921-ci il fevralın 8-də çinayət işini dayandırmalı olur”. Oktyabrın 31-də türklərin hamısı azadlığa buraxılır. Beləliklə, elə həmin dövrdə avropalılara bəlli oldu ki, erməni “soyqırımı” mif imiş. Avropalı parlamentarilər əlləri müsəlmanların qanına susanmış erməni millətçilərindən rüşvət alaraq yanlış qərarlar çıxarmaqdansa, əsl həqiqətləri bəyan etmək üçün özlərində cəsarət tapsınlar. Yalançı damğası ilə sivil cəmiyyətdə hərəkət etmək çox müşkül işdir. Çünki, ifadəmə görə üzr istəyirəm, həmin damğaya görə onlar şərəfsiz, ləyaqətsiz, miskin bir ünsür kimi daim zibil parçasına çeviriləcəklər. Sənədin üçüncü bəndinə diqqət yetirək: ”Soyqırımların, insanlığa qarşı cinayətlərin vaxtında qarşısının alınması və adekvat cəzanın verilməsi Avropa Birliyinin prioritetlərindən olmalıdır”. Avropalı deputatların meyarlarına görə söhbət olmayan soyqırımları tanımaq, olanlara isə göz yummaqdır. 23 il bundan əvvəl Xocalıda və Qarabağın digər şəhər və kəndlərində erməni yırtıcıları sözün əsl mənasında insanlığa sığmayan dəhşətli qətliamlar həyata keçirmiş və bu yalnız Azərbaycan xalqına qarşı törədilən soyqırımdan xəbər verir. Lakin ermənilərin bu vəhşiliklərinə heç bir reaksiya verilmədi və onlar qonşu dövlətin 25 faiz torpağını ələ keçirərək, orada etnik təmizləməni başa çatdırdılar. Nəyə görə Avropanın nüfuzlu təşkilatları, insan haqlarını müdafiə edən institutlar bu cinayətlərə göz yumdu? Ona görə ki, qırılan müsəlmanlar, işğal olunan topaq da müsəlman ölkəsinin ərazisi idi. Belə bir hallar məhz səlib yürüşləri zamanı baş vermişdi. Hər iki şəkilərə diqqət yetirək. Bir çox qəzet və jurnallarda həmin şəkillərdə azərbaycanlıların qırılması bir fakt kimi göstərilibdir – soldakı XX əsrin əvvəlində, sağdakı isə XX əsrin sonunda Xocalıda erməni cəlladlarının törətdikləri cinayətləridir. Lakin bütün bu faktlara baxmayaraq həyasızlığın son həddini aşan erməni daşnaqları və onların havadarları həmin şəkilləri, əsasən Latın Amerikasında fəaliyyət göstərən müxtəlif sayt və qəzetlərdə (bu saytda - http://tragediasebizarros.com/ bu linklə http://tragediasebizarros.com/blog/index.php/2016/06/07/genocidio-armenio-1915-1923/ yerləşdirilibdir) ermənilərin qırılması kimi təqdim edirlər. Əgər ermənilər başqa dəlillər tapıb ortaya qoymaqda çətinlik çəkirlərsə, deməli, həqiqətən də ermənilərin Anadoluda qırılması mifdir.
Ola bilsin Avropanın şirin vədlərinə inanan bir çox sadəlövh vətəndaşlar mənim bu fikrim ilə razılaşmasınlar. Lakin Xocalı soyqırımı ilə olan sənədli videokadrlar dünyanın hər bir ölkəsində nümayiş etdirilibdir və kimin cinayətkar olduğu bütün çılpaqlığı ilə sübut olunubdur. Bundan əlavə 1918 və 1991-1994-cü illərdəki ermənilərin azərbaycanlılara qarşı qeyri-insani üsullarla törətdikləri kütləvi qığınlar barəsində saysız hesabsız tarixi sənədlər var ki, Ermənistanın Faşist Xuntasının bütün rəhbərlərini Haaqa Hərbi Tribunalında mühakimə etsinlər. Lakin onlar türklərə qarşı qarayaxma kompaniyasına start verdilər. Azərbaycan xalqına qarşı törədilmiş 1918-ci il mart soyqırımı arxiv sənədlərində - AZƏRTAC Bu cür çirkin siyasi mövqe kimə lazımdır? Başda Roma papası olmaqla, avropalıların məkrli niyyəti üzə çıxmaqdadır. Onlar erməni “soyqırım” kartını ortaya atmaqla özlərinin vaxtilə törətdikləri cinayətkar əməllərini sığortalaşmağa çalışırlar. Bəzi mənbələrə görə yalnız Anadoluda 2,5 mln müsəlman öldürülmüşdü. Belə bir aqibətlə ağuşunu 80 il bundan əvvəl ermənilərə açmış 1 mln-a yaxın Qafqaz müsəlmanı üzləşdi. Yunanların Aydın vilayəti və İzmirdəki qətliamlar da yüz minlərlə ölçülür. Nəzərə almaq lazımdır ki, yunanlar Sakariya döyüşündə məğlubiyyətə uğrayanda 1 mln-dan artıq müsəlman azğınlaşmış cəlladlardan yaxa qurtarmaq üçün öz yurdlarından didərgin düşmüşdülər. Minlərlə türk yolda aclıqdan ölmüşdü. Hələ bu dəqiqləşdirilməmiş rəqəmlərdir. Halbuki belə bir amansız qırğınlar getdiyi bir zaman ermənilər rahat şəkildə İstanbulda qalıb yaşamışdılar. Ermənilərin apardıqları soyqırımla bağlı rus, fransız, ingilis və s. işğalçı ordularının generalları və zabitləri öz xatirə və memuarlarında dəfələrlə yazmışdılar.
Həmin hadisələri tarixi sənədlərdən mükəmməl öyrənən neytral bir humanist adam olsa, elə zənn edər ki, həm İslam dünyasının 1 saylı fitnəkarı sayılan Roma papasının, həm də müsəlmanlara düşmən gözü ilə baxan avropalı deputatların qulaqları kar, gözləri isə kordur. Məhz bu səbəbdən onlar əsl həqiqəti başa düşmək istəmirlər. Belə olan təqdirdə xristian klubu kimi özünü nümayiş etdirən Avropa Parlamentinin nümayəndələri, pontifik ilə birlikdə okulistin yanına gedib gözlərini açdırsınlar, larinqoloqda isə qulaqlarını təmizlətdirsinlər. İmkanları yoxdursa, bu sahədə xeyirxah müsəlmanlar onlara yardımçı ola bilər. Çünki sonrakı abzaslarda yazılanlar vicdanları itmiş sahiblərin yaddaşını təzələyəcək və həqiqəti biləndən sonra susmağı davam etdirsələr, onda İblisin ətəyindən əl çəkməsinlər. Çünki hamının hesabını Ulu Tanrı verəcək. Erməniləri “soyqırım” məsələsində qızışdıran Fransanın özü hələ 1952-1962-ci illərdə Əlcəzairdə 1 mln-dan artıq müsəlman əhalisini qırmış və buna görə siyasi qiymətini almayıbdır. Çünki qırılan müsəlman, öldürən isə xristiandır. (ardı “Pontifiklərin cinayəti sayılan səlb yürüşləri” adlı yazıda) 18701
|
|