PONTİFİKLƏRİN CİNAYƏTİ SAYILAN SƏLB YÜRÜŞLƏRİ - II YAZI
(əvvəli “Katolik papaların törətdikləri soyqırımlar” adlı yazıda)
Xalqların başına bəla onda gəlir ki, dini rəhbərlər, xüsusən də Müqəddəs Pyotr taxt-tacında əyləşmiş pontifiklər səlahiyyətlərindən istifadə edərək siyasətə baş qoşur və fitva məzmunlu bəyanatlar verir. Əlbəttə ki, bu iki halda baş verə bilər: ya həmin şəxs maraqlı tərəfdən bahalı bəxşişlər alır, ya da ki, digər dinlərə mənsub olanlara ifrat düşmənçilik bəsləyir. Pontifiklərin orta əsrlərdəki fəaliyyəti onu göstərdi ki, onlar nəinki dini zəmində başqa xalqlara nifrət bəsləmiş, hətta irqi düşmənçiliyə böyük dəstək verərək, milyonlarla günahsız insanı fiziki cəhətcə məhv edilməsində mühüm rol oynamışdılar. Halbuki katolik papanın əsas funksiyası dünyada tolerantlığı nümayiş etdirmək, sülh və əminamanlığın bərqərar olması uğrunda mübarizə aparmaqdan ibarətdir. Lakin onların bir çoxlarının tarixdəki fəaliyyəti fitnə-fəsadlara yol açır və əksər hallarda qanlı münaqişə ocaqlarının yaranmasında şeytan funksiyasını yerinə yetirirdilər.
Artıq bir fakt kimi sübut olunubdur ki, pontifiklərin İslam dininə sitayiş edənləri özünün düşməni hesab edir və hər vəchlə İslamın nuruna kölgə salmaq istəyirlər. Buna bariz nümunə tarixin şərəfsiz səhifələrinə düşən 8 böyük səlib yürüşüdür ki, katolik papalarının əsas məqsədi birdəfəlik İslamı yer üzündən silmək hədəfi tutmuşdur. Əlbəttə ki, həmin dövrdə yəhudilər də pontifiklərin fitvasına tuş gələrək kütləvi şəkildə qırılmışdılar.
Allahın buyurduqlarına əhəmiyyət verməyən fırıldaqçı və zalım papaların verdiyi məntiqsiz fitvaları milyonlarla adamın məhvi ilə nəticələnmişdi. Bu qətliam üç əsrdən çox davam etmiş və nəinki Yaxın Şərq, ümumiyyətlə Avropanın özündə də əhalinin kəskin şəkildə azalmasına səbəb olmuşdu.
Xaçpərəstlər birinci səlib yürüşünə başlayırlar
Papa II Urban (1088-1099) 1095-ci ildə Fransanın cənubunda yerləşən Klermon şəhərinin məbədində toplaşanlar qarşısında çıxış edərək, müsəlmanlara qarşı ilkin fitvasını vermişdi. Səbəb o idi ki, səlcuq türkləri 1071-ci ildə xristianlar üçün müqəddəs şəhər sayılan Qüdsü ələ keçirmiş və müqəddəs ocaqları təhqir edirlər. Məqsəd Qüdsün azad edilməsi idi. Demək olar ki, bütün Avropa II Urbanın fitvasına uyaraq, birinci səlib yürüşünə (1096-1099) başlayır. Gözləri qanla dolu olan xaçpərəstlər hansı ölkənin ərazisindən keçirdilərsə, yolboyu qarşılarına çıxan yəhudiləri amansızcasına qırmışdılar. On minlərlə, bəlkə də yüz minlərlə yəhudi qılıncdan keçirildi. Deməli, xaçpərəstlər öz dinindən olmayanların hamısını fiziki cəhətcə məhv edərək, həmin qətliamlara görə papadan təşəkkür mükafatı alırdılar.
Müsəlmanları qırmaq üçün Avropa kilsələrindəki çağırış
Səkkiz səlib yürüşü – 1) 1096-1099, 2) 1147-1149, 3) 1189-1192, 4) 1202-1204, 5) 1217-1221, 6) 1228-1229, 7) 1248-1254, 8) 1270- milyonlarla insanın həyatına son qoymuş, Fələstin, türk torpaqlarını, elə Avropanın bəzi bölgələrini xarabazarlığa çevirmişdi. Lakin qərb alimləri bəzi faktın üzərindən yan ötməyə çalışırlar. Tarixin səhifələrinə Smirna üzərinə (1343-1348), Osmanlılara qarşı (1396) və Varna üzərinə (1443-1444) səlib yürüşləri düşübdür ki, bu da türklərin məhv edilməsinə yönəlmişdir. Deməli, müsəlmanlara qarşı səkkiz yox, on bir iri səlib yürüşü olmuşdur ki, öldürülən adamlar pontifiklərin boynunda qalır. Yaxın Şərqdə baş verən amansız döyüşlərə və oradakı insan itkilərinə baxmayaraq müsəlmanları məhv etmək üçün, Almaniyadan və Fransadan yaşı 6-dan 16-ya qədər olan on minlərlə uşaq 1212-ci ildə Qüdsə yürüş etmişdilər və bu da tarixə “Uşaq səlib yürüşü” kimi düşübdür. Onlardan yarısından çoxu elə xristianlar tərəfindən Fransa sahillərindən Əlcəzairə aparılmış və orada qul bazarında satmışdılar. Digər hissəsi isə İtaliyadan geri qaytarılmış və onların da 80 faizi aclıq və səfalətdən məhv olmuşdular. Bu faktı yada salanda vicdanı olan pontifiklərin hansı hisslər keçirdiklərini təsəvvür etmək çətin deyil. Bütöv bir nəsil dalğası papa III İnnokentinin (1198-1216) müsəlmanlara qarşı olan ifrat düşmənçiliyin qurbanı olmuşdu. Çünki uşaqların yürüşünə qədər o, dördüncü səlib yürüşünü (1202-1204) təşkil etmiş və 1204-cü ildə Konstantinopolun viran edilməsində işğalçılara etiraz etməmişdi.
Pontifik uşaqları aldadaraq, onları Yaxın Şərqə ölümə göndərir
Belə bir məqamda qərb alimləri deyə bilərlər ki, səlib yürüşləri yalnız müsəlmanlara qarşı olmayıbdır. Mən bunu inkar da etmirəm. 1147-ci ildə slavyanlara və 1209-1229-cu illərdə albiqoylulara qarşı, livonluların səlib yürüşü (1193-1230 fasilələrlə), 1219-cu ildə danimarkalıların Estoniyaya qarşı, 1232-1240-cı illərdə Finlyandiya ilə Rusiya və 1420-1434-cü illərdə Çexiyada qusçulara qarşı səlib yürüşləri baş vermiş və hamısında da pontifiklər müstəsna rol oynamışdılar. Şəxsi ambisiyalarını hər şeydən üstün tutan ali dini xadimlər nəinki müsəlmanları, hətta protestant, pravoslav olan xristianları öldürməyi qarşılarına bir məqsəd kimi qoymuşdular.
Müsəlmanlarla xaçpərəstlərin ölüm-dirim savaşı
Çiçəklənən ölkələrə ölüm toxumu səpirdilər. Bu nə çirkin idarəetmə üsuludur? Katolik papası hansı funksiyanı yerinə yetirir, siyasətçidir, yoxsa dini xadim? Papaların fitnəsi milyonlarla adamların qığınına səbəb olmuş, minlərlə şəhər və kəndlər yerlə-yeksan edilmişdi. Qan axıtmaq, yaşayış məskənlərini xarabazarlığa çevirmək, sənətkarlıq, əkin-biçin və tikib qurmaqla məşğul olan mülki adamları bir göz qırpımında öldürmək pontifiklər üçün adi hal sayılırdı.
Bütün bu bədbəxtçilik və qətliamlar papaların boynundadır və illər ötsə də Vatikan bu biabırçı ləkəni öz alnında gəzdirməyə məhkum edilibdir. Əslində onların kimə sitayiş etmələri milyonlarla adamlarda şübhə oyadır. Əmələ görə yırtıcını xatırladırlar.
XIV əsrin əvvəlinə qədər Fransada kifayət qədər varlanmış tampliyerlər ordeni demək olar ki, hər bir vilayətdə böyük torpaqlara malik idilər və onlar həmin imkanları nə papa V Kliment (1305-1314), nə də ki, Fransa kralı IV Filipplə (1285-1314) bölüşmək fikrində deyildilər. Şərləməkdə böyük usta olan pontifik Fransa kralı ilə birlikdə tampliyerlərin illər boyu qazandıqları varidatını ələ keçirmək üçün, onları xristianlıqdan üz döndərməkdə və şeytanla əlaqədə suçulayaraq, şər kompaniyasına başlayırlar. Fələstindən çağrılan ordenin baş maqistri Jak de Mole bütün silahdaşları ilə həbsə alınır və mülkiyyətləri ələ keçirilir. Fələstində müsəlmanlara qarşı kəskin mübarizə aparan 54 tampliyer 1310-cu ildə, 4 il sonra isə Jak de Mole ilə Joffrua de Şarne tonqalda yandırılırlar. Daim xristian dini uğrunda mübarizə aparmış tampliyerlər başlarında kağız papaqla laməzhəblər kimi edam edilmişdilər. Lakin buna baxmayaraq qarət və müsadirə barəsində düşünmüş papa V Klimentin arzusu ürəyində qalmışdı. İş ondadır ki, Fransada tampliyerlərə qarşı repressiyalar başlamamışdan bir gün əvvəl onlar topladıqları qiymətli xəzinəni La-Roşel limanından 18 qalera gəmisində naməlum istiqamətdə ölkədən çıxmağa müvəffəq olmuşdular.
(ardı “Katolik papa, ispan inkvizisiyası və ərəblərlə yəhudilərə qarşı soyqırım” adlı yazıda)
18999