AMANSIZ DİKTATORLARI DƏSTƏKLƏYƏN PONTİFİK - VI YAZI
(əvvəli “Papa fitvası və Avropada gedən dini müharibələr” adlı yazıda)
Bir fakt kimi məlumdur ki, Roma papası XI Piy (1922-1939), bəşəriyyət üçün böyük təhlükə olmuş faşist partiya rəhbərlərinin – İtaliyada Mussolini, Almaniyada isə Adolf Hitler – hakimiyyətə gəlməsində müstəsna rol oynamış və əlbəttə ki, həmin cinayət xarakterli addımı atan zaman o, hər iki diktatordan milyonlarla pul almışdır. Müharibə başa çatandan sonra gözü rüşvətdən doymayan pontifik, milyonlarla insanı amansız üsullarla öldürmüş nasist funksionerlərini, özünün tranzit xətti ilə Cənubi Amerikaya yollayaraq, onları ədalət məhkəməsindən gizlətməyə müvəffəq olmuşdu. O da məlumdur ki, Üçüncü Reyxin 500 milyardlıq qızıl ehtiyatı yoxa çıxmış və müstəqil araşdırıcıların fikrincə, həmin xəzinənin izi gedib Vatikanda itir.
Nəzərə almaq lazımdır ki, İkinci Dünya müharibəsində ümumilikdə, mülki əhali ilə birlikdə 75 milyona yaxın adam ölmüş (onlardan 47 mln. mülki əhali idi), əsgərlərdən 38 mln. yaralanmış, 29 mln. əsir düşmüşdür (təx. 7-8 mln. əsir ölüm düşərgələrində ölmüşdü). Sonrakı 5 ildə yaralılardan 5-6 mln. dünyalarını dəyişmişdi.
Bəzən xristian dünyasının tarixçiləri və siyasətçiləri pontifikin nüfuzuna xələl gətirməmək üçün, bildirirlər ki, papa XI Piy heç vaxt Hitlerin siyasətinə dəstək olmayıbdır, lakin həmin siyəsətə qarşı da çıxmamışdı.
Hitler 1937-ci ilin mart ayında antisemit siyasətinə başlayanda pontifik buna etiraz bildirməmişdi. O da məlumdur ki, XX əsrin 30-cu illərində İspaniyada xalq səsverməsi ilə hakimiyyətə gəlmiş respublikaçılar general Fransisko Franko tərəfindən devriləndə, qardaş qıröınında yarım milyona yaxın ispan qırılmış və ondan bir qədər artığı isə ölkədən qaçmağa məcbur olmuşdular.
Papa XII Piy pontifik olmamışdan əvvəl Almaniyada 12 il nunsiya vəzifəsində çalışmış və orada alman siyasi elitası ilə sıx əlaqələr yaratmışdı. Tərəfkeşlər papaya bəraət qazandırmaq üçün bildirirlər ki, potifik yəhudilərin kütləvi qərəlmasından bixəbər idi. Lakin tarixi faktlar bunun əksini göstərir. 1942-ci ildən başlayaraq XII Piy konslagerlərdə yəhudilərin kütləvi qırğını ilə bağlı hesabatlar almağa başlamışdı.
1943-cü ilin yanvarında qürbətdə sığıöınacaq tapmış Polşanın prezidenti Vladislav Raçkeviç və ondan sonra Berlinin yepiskopu Konrad Prayzinq, hətta iki dəfə, yəhudilərin son qoyulmasına görə papaya müraciət etmiş, o isə susmağa üstünlük vermişdi.
Müharibə başa çatandan sonra papanın alman nasistləri ilə bir olduğunu sübuta yetirmək üçün tədqiqatçılar əməli fəaliyyətə başladılar. Bu prossesə Fransanın Maarif Nazirliyinin baş inspektoru tarixçi Jül İsaakın (1877-1963) apardığı araşdırmalar böyük təkan verdi.
Alman dramaturqu Rolf Hohhut 1963-cü ildə qoyduğu “Varis” adlı pyesdə XII Piyi Hitler höküməti ilə əlaqədə olduğunu nümayiş etdirmişdi. Həmin pyes yəhudilərdə sevinc hissi oyatmış, Vatikanı isə hiddətləndirmişdi.
Papa XI Piy (1857-1939) Papa XII Piy (1876-1958)
İngilis tarixçisi Con Kornuell “Hitler papası. XII Piyin sirli tarixi” adlı əsərində (1999-ci ildə nəşr olunubdur) bildirir ki, XII Piy antisemit və Hitlerin pərəstişkarı olduğundan, yəhudilərin məhv edilməsini görə bilməmişdi. Kornuell maraqlı sual ilə çıxış etmişdi: “Əgər XII Piyə inansaq ki, o, aşkar şəkildə yəhudiləri müdafiə edə bilməyibdirsə, onda bəs nəyə görə müharibədən sonra papa yəhudilərdən üzr istəməmiş və özünün susqunluğunu izah etməmişdi?”
XII Piyin Mussoliniyə qibtəsi olmasaydı, papa dictator haqqında bu sözləri söyləməzdi: “Tanıdığım adamların arasında ən dahiisi və ən xeyirxahı idi”. İtalyan diktatoru milyonlarla insanın məhv edilməsinin baiskarı sayılsa da, Vatikan onu “Qızıl mahmızlar” və “IX Piy Ordeninin Böyük xaçı” ordeni ilə təltif etmişdi.
“The Guardian” qəzeti (Britaniya) özünün müsətəqil araşdırmasının nəticələrini dərc edib (22 yanvar 2013-cü il). Məqalədə deyilir ki, vaxtilə Benito Mussolinin verdiyi pullar hesabına Vatikan Avropada nəhəng daşınmaz əmlak imperiyası yaradıb.
Mraqlıdır ki, hər üç diktator – Mussolini, Hitler və Franko - papa XI Piyin dövründə hakimiyyətə gəlmiş və öz ambisiyalarına görə milyonlarla adamı ən amansızcasına məhv etmişdilər.
Papa XI Piy Rus Pravoslav kilsəsini özünə tabe etməkdən ötrü, 2 fevral 1930-cu ildə SSRİ-yə qarşı Səlib yürüşü elan etmiş və Qərb dövlətlərini fəal olmağa çağırmışdı. Sonrakı papa XII Piy SSRİ-yə qarşı daha da aqressiv mövqe tutmuş və müharibəyə başlamaq üçün hər bir ölkəyə xeyir-dua vermişdi. Bunun üçün o, hətta Hitlerlə də sıx əlaqələr qurmağa nail olmuşdu. Ümumiyyətlə papa Rus Pravoslav Kilsəsinin məhv edilməsini qarşısına bir məqsəd kimi qoymuşdu.
İkinci Dünya müharibəsindən qabaq Vatikanın sərəncamına əsasən, Polşada 135 pravoslav kilsəsi dağıdılmışdı. Ən dəhşətli təqiblər Balkanlarda – Serbiya, Xorvatiya, Bosniya və Hersoqovinada olmuşdu. Papa XII Piyin (1939-1958) xeyir-duası ilə İtaliya 14 aprel 1939-cu ildə Albaniyanı işğal etmiş və oradakı pravoslavlar nəinki təzyiqlərə məruz qalmış, onlar hətta katolikləşdirilmişdilər.
1952-ci ilin dekabrında Vyanada sülhün müdafiəsi ilə bağlı xalqların Ümumdünya Konqressi keçirilmiş, lakin XII Piy katoliklərin Konqressdə iştirakına xeyir-dua verməmişdi. İndi təsəvvür etmək olar, Müqəddəs Pyotrun taxt-tacında nə dərəcədə kinli və dəhşətli adam oturmuşdu.
Tarixdə ən amansız qeyri-insani münasibətlər məhz xristian dünyasında baş vermişdi ki, məhz həmin hadisələr böyük qətliamların baş verməsinə yol açmışdır. Müsəlmanlara qarşı bir neçə əsrlik səlib yürüşləri, erkən orta əsrlərdə bütün Avropada yəhudilərin kütləvi qırılması, Rekonkista başa çatan kimi İspaniyadan milyonlarla ərəblərin və yəhudilərin öldürülməsi və qovulması, Amerika qitəsində yaşayan aborigenlərin milyonlarla məhv edilməsi və onların 80 faizindən çoxunun yer üzündən silinməsi, Avropada, xüsusən də Fransada, Almaniyada, Çexiyada, Niderlandda, Polşada dini müharibələrin baş verməsi, pravoslav və protestantların təqib eilərək öldürülməsi, milyonlarla insanın total şəkildə məhv edilməsinə göstəriş verən Franko, Mussolini, Hitler kimi amansız diktatorların siyasi arenaya gəlməsi tarixin ən qaranlıq səhifələrini təşkil edir. Bu da ki, pontifiklərin xeyir-duasi ilə baş vermişdi.
Benito Mussolini (1883-1945) Adolf Hitler (1889-1945) Fransisko Franko (1892-1975)
Məlumdur ki, pontifiklər İsveç və Liflyandiyadan Rus torpaqlarına səlib yürüşləri təşkil etmişdilər. İsveç hökmdarı Birger Roma papaları IX Qriqori (1227-1241) və IV İnnokentinin (1242-1254) təhriki ilə Rusiyaya səlib yürüşünə yollanmış və iki dəfə (1240 və 1242-ci illərdə) Aleksandr Nevski tərəfindən ağır məğlubiyyətə uğramışdı. Ondan sonra isə istiqamət cənub-qərbə Qalisiyaya (indiki Ukraina) dəyişmiş və orada katolisizm bərqərar oldu.
Bu o deməkdir ki, Vatikanın bəla gətirmədiyi yer qalmayıbdır.
Bütün bunlar ondan xəbər verir ki, papaların yürütdükləri siyasət insanlığın məhv edilməsinə yönəlibdir. Çünki ilk növbədə ucdantutma soyqırım və torpaqların təmizlənməsi onların əsas şüarı sayılır. Müqəddəs amallara xidmət edən İslama çata bilməyən Vatikan bütün varlığı ilə müsəlmanların dinini gözdən salmağa çalışırlar. Deyəcəklər ki, müsəlmanlar da vaxtilə Avropada işğalçılıq siyasəti yürütmüşdülər. Lakin ərəbləri 8 əsrlik İberiya yarımadasında və türklərin 5 əsrlik Balkan yarımadasındakı ağalıq dövründə yerli əhali nəinki yaşadıqları dədə-baba torpaqlarından qovulmuş, hətta mədəniyyətlərini, adət-ənənələrini, dinini, dilini və mənliyini belə itirmədilər.
Fransız alimi Qyustav le Bon
“Ərəblərin sivilizasiyası” (
III kitab. Ərəblərin imperiyası. VI fəsil. Ərəblər İspaniyada) əsərində yazır: “İspaniyanın işğal edilmiş əhalisinə qarşı münasibət, Suriya və Misirdə olduğu kimi ədalətli idi. Ərəblərə yerli əhaliyə kilsələrini, mal-mülkünü, qanunlarını saxlamağa və xüsusən də ispanların yaratdıqları öz qanunları ilə mühakimə olunmalarına icazə verilmişdi. Yeganə tələb ondan ibarət idi ki, zadəganlar 15 frank (1 dinardan bir qədər artıq), kasıblar isə yarım dinar illik vergi verməli idilər. Belə bir şərtlər əhali üçün o qədər yüngül görünürdü ki, onlar çox asanlıqla ərəblərin tabeliyini qəbul etdilər”.
Vatikandakı bu adamların kimə və nəyə xidmət etdiklərini bütün bəşəriyyət bilməlidir
Ədalət naminə demək lazımdır ki, poma papalarının arasında yalnız II İohann Paveli (1978-2005) obyektiv adam hesab etmək olar. O, vicdanının səsinə hay verib 2000-ci ildə müsəlman və xristianları barışdırmaq üçün bütün Səlib yürüşlərinə görə bağışlanmasını xahiş etmişdi. Pontifik inkvizisiyaya və antisemitizmə görə də üzr istəyəndə, həmin etiraf Vatikandakı konservatorları, o cümlədən sonradan papa olacaq XVI Benedikti (2005-2013) də qane etməmişdi. Bu da “Allaha sitayiş” edən ali ruhanilər.
P.S. Qarabağla bağlı ədalətli hökm gözləmək üçün nəzərlər Nyu-York, Paris, Strasbur, Brüssel, Haaqa, London, Roma və digər şəhərlərdən çəkilərək birdəfəlik, xristianların marağına xidmət edən BMT-yə alternativ təşkilat yaradılana qədər İstambula yönəlməlidir. Çünki oralarda xristianların ümumi marağı önə çəkilərək İslamla bağlı ədalət prinsipləri işləmir, öz ambisiyalarına görə haqq kobud surətdə tapdalanır, cinayət törədən siyasi liderlər nüfuzlu tədbirə dəvət olunaraq, növbəti təlimatlarla təchiz olunurlar.
Bir fakt kimi sübut olunubdur ki, Azərbaycan, Türkiyə və başqa İslam ölkələri ilə bağlı ədalətli qərar verilsə də sadəcə olaraq kağız üzərində qalır. Buna bariz nümunə BMT-nin TŞ-nın Qarabağla verilən dörd məlum qətnaməsidir ki, o bu vaxta qədər həyata keçirilməyibdir. Ermənistanın Faşist Xuntasına qarşı iyirmi belə qətnamə çıxarılsa da, hər şey kağız üzərində qalacaq və elə vaxt yetişəcək ki, necə Türkiyəni soyqırımda ittiham edirlər, eləcə də bizi murdar ermənilərin kütləvi şəkildə qırılmasında ittiham edəcəklər.
Çünki on-on beş ildən sonra tənəzzülə uğrayan Ermənistanda yarım milyona yaxın adam qalacaq, aclıqdan dabanaltı xaricə qaçanları isə bizim boynumuza qoyacaqlar ki, həmin həşaratları biz qətlə yetirmişik. Necə ki, 1915-ci ilə qədər Türkiyədən Cənubi Qafqaza, Rusiyaya, Cənubi və Qərbi Avropaya, Amerikaya milyonlarla qaçan erməni həşaratlarını, öldürülmüş qismdə türklərin boynuna qoymaq istəyirlər. Avropanın beynlərə yeritmək istədiyi soyqırım filmi çox süni alınıbdır. Ona görə ki, həmin filmin ssenaristi papa II Fransisk Bakı və İstanbulda baş verən həqiqətləri görmək, səslənən faktları eşitmək istəmir. Çünki özlərinin Anadoluda və Cənubi Qafqazda törətdikləri çinayətlər üzə çıxacaqdır.
Yazıçı-tədqiqatçı, publisist Ramiz Dəniz
Ədəbiyyat üzrə Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı
18850