ELMİMİZƏ AĞIR İTKİ ÜZ VERİB
29 Dekabr 2016
Coğrafiya elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə dekabrın 29-da 59 yaşında vəfat edib.
Yaddaşlarda müsbət insani keyfiyyətləri - xeyirxahlığı, nəcibliyi, zəhmətkeşliyi, təvazökarlığı, gülərüzlüyü, peşəkarlığı ilə qalan Elbrus müəllim onu tanıyanların xatirəsində daim yaşayacaq!
Allah rəhmət eləsin, yeri cənnətməkan, ruhu şad olsun!  21947
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|