BDU-DA “AZƏRBAYCANIN TƏBİİ SƏRVƏTLƏRİNİN SƏMƏRƏLİ İSTİFADƏSİ” ADLI KONFRANS KEÇİRİLDİ

17 Aprel 2017

2017-ci il aprelin 14-də BDU Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Şollar-Bakı su qurğular kompleksinin 100 illiyinə həsr olunmuş “Azərbaycanın təbii sərvətlərinin səmərəli istifadəsi” mövzusunda konfrans keçirilmişdir. 
Konfransa Azərsu ASC-i sədrinin müşaviri Telman Ağayev, Azərsu ASC Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru, professor Fərda İmanov, Coğrafiya fakültəsi TEC-in sədri, dosent Əfqan Talıbov, FHN Su Ehtiyatları Dövlət Agentliyinin əməkdaşı Rüstəm Rəcəbov, eyni zamanda Coğrafiya fakültəsinin professor-müəllim heyəti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Xəzər Universitetinin tələbələri və s. iştirak etmişlər.
Konfransı giriş sözü ilə Coğrafiya fakültəsinin dekan əvəzi dosent Ramiz Əhlimanov açmışdır. Professor Fərda İmanov Azərbaycanın müasir su problemləri və onların həlli yolları mövzusunda məruzə ilə çıxış etdi. O öz çıxışında Dünya Su Şurasının fəaliyyəti, su problemlərinin qlobal, regional və lokal xarakteri, Azərbaycanda su qıtlığı, suyun təmizlənməsi, sudan istifadə və transsərhəd su obyektlərinin istifadəsi üzrə yaranan problemlərə toxundu.
Daha sonra Azərsu ASC sədrinin müşaviri Telman Ağayev Şollar su qurğular kompleksinin yaranma tarixinə dair tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Konfrans zamanı Coğrafiya fakültəsi TEC-nin hazırladığı “Ekvatordan qütblərə” adlı jurnalın 2-ci nüsxəsinin təqdimatı da keçirildi.
Mənsurə İsmayılovanın hazırladığı  Bakı şəhərinin içməli su təchizatına həsr olunmuş  təqdimatı maraqla qarşılandı. Tələbə Elmi Cəmiyyəti üzvlərinin aktiv iştirakı sayəsində ərsəyə gələn jurnal haqqında IV kurs tələbəsi Xavər Həsənova ətraflı məlumat verdi.

 


 
18310
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic