HİNDİSTANA YOLLANAN PORTUQAL DONANMASI ATLANTİK OKEANINDAKI MACƏRASI - I HİSSƏBir çox alimlər, hətta coğrafiya, coğrafi kəşflər tarixi və tarix elminin ən tanınmış alimləri, xüsusi əhəmiyyət kəsb edən müəyyən bir coğrafi kəşflə bağlı bir çox məqamları axıra qədər araşdırmadan, həmin kəşfi olduğu kimi qəbul etmiş və o, tarixin səhifələrinə “təsadüf nəticəsində baş verən kəşf” kimi düşür. Buna bariz nümunə Braziliyanın “təsadüfi” kəşfidir.
Onlar bunu onunla izah edirlər ki, 100 ş. en dairəsindən 100 c. en dairəsinə kimi qərb istiqamətində hərəkət edən iki güclü cərəyan və Şimal-şərq küləyi hökmranlıq edir. Belə olan halda həmin təbii qüvvənin təsiri ilə gəmilər qeyri-ixtiyari olaraq gedib Braziliya sahillərinə çıxa bilərdi. Vaxtilə Portuqaliyadan Afrikanın cənub ucqar nöqtəsinə kimi gedib çıxan Bartolomeu Diaşın orada olması ilə, əsas yoldan yayınmaq mümkün idi, ya yox? Əlbəttə mümkün deyildi! Ona görə ki, Atlantik okeanının şərq sahillərinə kifayət qədər bələd olan Diaşın iştirakı ilə ölümə bərabər olan belə bir səhvə yol verilirsə, onda o, Lissabonu 10 min km. ayıran Ümid burnuna necə gedib çıxa bilərdi? Bu yerdə müəmmalı kəşflə bağlı sualların sayı xeyli sayda artır. Əsas suallardan biri odur ki, bəlkə Pedru Kabral portuqal kralı I Manuelin məxfi tapşırığı ilə həmin səhvə yol vermiş, yəni nəzərdə tutulan kursdan yayınmışdı? Kral I Manuel (1469-1521) V asko da Qama (1460 və ya 1469-1524) Düzdür, “təsadüfi kəşf”i müdafiə edənlər, Pedru Kabral cənuba doğru hərəkət edən zaman Atlantik okeanının ortasında üç güclü cərəyanın fəaliyyətdə olduğunu göstərirlər. Guya o, xəbəri olmadan həmin cərəyanların təsiri altına düşmüş və bixəbər şəkildə gedib Braziliya sahillərinə çıxmışdır. İlk növbədə, həmin cərəyanların harada və hansı istiqamətdə hərəkət ediyini göstərmək lazımdır. Şimali-Passat şərqdən-qərbə, Ekvatorial Əkscərəyan qərbdən-şərqə, yenə də şərqdən-qərbə Cənubi-Passat cərəyanları hərəkət edir. Əlbəttə ki, burada şərqdən-qərbə doğru əsən Passat küləkələrini də qeyd etmək lazımdır. Lakin bütün bunlara baxmayaraq, alimlər bu amili - qərbə doğru hərəkət edən cərəyanları əsas tutub bəyan edirlər ki, Kabral okeanda yolunu azaraq, gedib istəmədiyi bir yerə çıxmışdı. Bəlkə o, əvvəlcədən nəzərdə tutmuşdu ki, gedib həmin yerə çıxmalıdır. Pedru Kabral da olmasa, Duarti Paşeku Pireyra həmin işin öhdəsindən gəlməliydi. Yola düşən zaman ekspedisiyanın başında təcrübəli dənizçi yox, təcrübəli və bacarıqlı inzibatçı lazım idi ki, komanda da ciddi nizam-intizam yaratsın və tabeliyində olan ən avtoritetli dənizçilər onun verdiyi tapşırıqları qeyd-şərtsiz yerinə yetirə bilsinlər. Soydaşları və həmkarları arasında kifayət qədər nüfuz qazanmış peşəkar dənizçilər isə başqa bir funksiyanın öhdəsindən gəlməliydilər. O da ki, kral I Manuelin verdiyi məxfi tapşırıq idi. Yəni, bu ekspedisiyanın heyəti nəyin bahasına olursa-olsun, Atlantik okeanının qərb sahillərində yerləşən portuqallara məlum olan, lakin dünya ictimaiyyətindən gizlin saxlanılan torpaqların varlığını rəsmiləşdirmək idi. Vasko da Qama hələ 1497-ci ildə Atlantik okeanında cənuba doğru üzərkən ekvator xəttinə çatmamış, marşrutdan yayınaraq, ekvatorial cərəyanının vasitəsilə təxminən 1000 km. sağ tərəfdə yerləşən Braziliyaya gedib çıxa bilərdi. Hər şeyi ardıcıllıqla araşdırsaq, onda görərik ki, Pedru Kabralın kəşfində çoxlu qaranlıq məqamlar var. Ekspedisiya martın 22-də bir gəmi itkisi ilə, Yaşıl Burun adalarının mərkəzi adalarından biri olan San-Nikolaunu tərk edən kimi kursu birbaşa cənuba tutur. Ekvator xəttini keçən kimi onlar qərb istiqamətində hərəkəti davam etdirir və aprelin 22-də 170 c. en dairəsində Braziliya sahillərinə yan alır. San-Nikolau adası təxminən 240 qərb uzunluğunda, Braziliyanın Korumban burnu isə 390 qərb uzunluğunda yerləşir. Belə başa düşmək olar ki, eskadra yolda olarkən, cənub ilə hərəkət etdiyi xətdən 150 qərbə doğru uzaqlaşır. Bu isə Korumban burnunun yerləşdiyi enlikdə 1600 km. məsafə edir. Naviqasiyanın inkişaf etdiyi bir dövrdə belə bir kobud səhvə yol vermək mümkün deyildi. Ən azı ona görə ki, portuqal dəniz səyyahları bir neçə il ərzində Afrikanın qərb sahillərini kəşf etmiş və bütün ərazinin xəritələrini tərtib edərək, Portuqaliyanın monarxına təhvil verirdilər. Pedru Kabralın missiyasını diqqət mərkəzində saxlayan ispan cəsusları və tanınmış şturman, losman, kaputan və naviqatorlar dəqiq bilirdilər ki, okeanda azaraq, 1600 km-lik məsafəni kor-koranə qət etmək absurddur. Ona görə ki, Cənubi-Passat cərəyanının hökm sürdüyü bir yerdə gəmilər birbaşa qərb istiqaməti ilə hərəkət ediblər. Buna isə yolda azmaq deyilmir. Portuqallar məqsədli şəkildə bir kursu nəzərdə tutub və həmin kurs ilə də səyahətlərini davam etdiriblər. Kabralın “kəşf” etdiyi Paskual dağı (536 m.) Korumban burnundan qərbdə 170 c. en dairəsində yerləşir, San-Nikolau adası isə 160 37/ ş. en dairəsindədir. İ. P. və V.İ. Magidoviçlər qeyd edirlər ki, “deməli, gəmi-lər cənub istiqamətində hərəkət edərkən Paskual dağının yerləşdiyin enliyə qədər 330 30/ yol qət etməliydi, bu isə 3700 km-dən çox məsafə edir. Peru Kaminyanın məlumatına əsasən, şturmanların verdikləri hesabatda onların 4000 km. yol qət etmələri göstərilir. Onda, Kabralın əvvəlcə 170 c. en dairəsinə kimi cənub istiqamətində üzməsi, oradan isə kursu birbaşa qərbə döndərərək yolunu davam etdirməsi inandırıcı görünmür.1 Pedro Alvareş Kabral (1467-1520) XIX əsrin əvvəlindəki qravüradan Bundan belə nəticə çıxarmaq olar ki, okean keçidi zamanı ekspedisiyaya Kabral yox, bilavasitə həmin marşrutu yaxşı tanıyan dənizçi başçılıq etmişdi. Əks təqdirdə səyahət vaxtı dənizçilər tərəddüd edərək, çətinliklərlə üzləşə bilərdilər. Çünki adəti üzrə uzun müddət torpaq görünməyəndə ekspedisiya iştirakçıları qiyam qaldırıb, admiral və kapitandan kursu dəyişməyi tələb edirlər. (Ardı – “Braziliyanın kəşfi Lissabonda planlaşdırılıbdır” – adlı məqalədə) Yazıçı-tədqiqatçı Ramiz Dəniz Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı 1 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географических открытий, II том. Москва, “Просвещение”. 1982. стр.54.
22192
|
|