MARTİN BEHAYMIN GÖSTƏRDİYİ XİDMƏTLƏR VƏ BRAZİLİYA İLƏ BAĞLI OLAN SUALLARA AYDINLIQ GƏTİRİLMƏSİ - I HİSSƏBir çox alimlər qeyd edirlər ki, alman coğrafiyaşünası Martin Behaym (1459-1507) məxfi ekspedisiyaların birində Cənubi Amerika sahillərinə üzübdür. Bu bir qədər qeyri-ciddi iddia sayılır, ona görə ki, Behaym öz zamanında fəaliyyət göstərən alim həmkarları arasında necə zəif idisə, eləcə də dənizçilik işlərində həddindən artıq peşəkar naviqator sayılmırdı.
Martin Behaym (1459-1507) Həmin dövrdə Afrikanın sahillərini tədqiq edən portuqallar özləri güclü dənizçilik, kapitan, losman, şturman və naviqatorlarlar kimi şahzadə Enrikenin Saqriş şəhərində yaratdığı naviqasiya məktəbinin ustadları idilər. Bəzi mənbələrdə göstərilir ki, Martin Behaym XV əsrin 90-cı illərinin ortalarında gedib Azör adalarında məskunlaşır və indiyənə kimi dəqiq bilinmir o, orada hansı işlərlə məşğul olubdur. Lakin bir neçə tarixçinin fikrincə, alman alimi orada məxfi sayılan portuqal ekspedisiyalarında Atlantik okeanının qərb sahillərinə səyahət etmiş və çox güman ki, o, həm Şimali, həm də Cənubi Amerika materiklərinin sahillərinə yan almışdır. Tarixçilər bunu onunla əsaslandırırlar ki, əgər Martin Behaym Qərbi Atlantikada üzübdürsə, deməli o, mütləq hər iki materikin sahillərinə gedib çıxa bilərdi. Belə bir inandırıcı olmayan əsaslara istinad edərək, onun hələ 1498-ci ilə qədər Amerika sahillərini Florida yarımadasından Braziliyaya kimi əraziləri yaxşı tanıması fərziyyəsini irəli sürürlər. Portuqal gəmilərinin anonim kapitanları ilə birlikdə Behaym Cənubi Amerikanın kəşfini həyata keçirmiş və gələcəkdə Braziliyanın kəşf edilməsində Pedru Kabrala lazımi məlumatlar vermişdi.1 Martin Behaymın düzəltdiyi qlobus Nürnberq (1492) Əgər, Martin Behaym heç olmasa bir dəfə Cənubi Amerika sahillərində və ya ona yaxın olan adalara gedib çıxsaydı, onda o, mütləq 1492-ci ildə Nürnberq şəhərində tərtib etdiyi, bizə gəlib çatmış ən qocaman qlobusunda həmin əraziləri qeyd edərdi. Bundan əlavə o, səyahətlərdən əl çəkəndən sonra yəni, heç kimdən asılılığı olmadığı bir vaxtda, həmin torpaqlar barəsində xüsusi qeydlər verərdi. Qeydlərdən isə öncə bir çox dənizçiləri hava-su kimi maraqlandıran Yeni Dünya sahillərinin konturları çəkilmiş xəritələr tərtib edə bilərdi. Behaym yaxşı bilirdi ki, həmin dövrdə naməlum və yenicə kəşf edilmiş torpaqların xəritələri ən baha qiymətə satılan sənəd sayılırdı. “Alimin qlobusunda atlantikanın o biri tayındakı Cənub materiki barəsində heç bir əsər əlamət yoxdur”.1 Bununla da deməliyik ki, tarixi sənədlər olmadığı üçün, XV əsrin 90-cı illərində Martin Behaymın Amerikaya gedib çıxması sübuta yetirilmir. Martin Behaymın düzəltdiyi qlobusun açılmış maketi
Bəzi alimlər iddia edirlər ki, hələ şahzadə Enrike (Henrix) Dəniz Səyyahının sağlığında 1440-cı illərdə tərtib olunan qədim dənizçi xəritələrində dolayısı yolla, portuqal gəmilərindən biri, Braziliyanın indiki Pernambuku ştatının ərazisinə yan alması göstərilirdi. Təəssüflər olsun ki, həmin sensassion faktı təsdiqləməkdən ötrü sənədlər qalmayıbdır. Səbəb isə odur ki, həmin dövrdə Lissabonda təşkil olunan dənizçi ekspedisiyaları barəsindəki məlumatlar məxfi şəkildə kodlaşdırılırdı. Çünki Avropanın güçlü dəniz dövləti sayılan Venetsiya, Araqon kimi krallıqlar Atlantik okeanının sahillərində yerləşən naməlum əraziləri kəşf etmək üçün ekspedisiyalar təşkil edirdi və bu sahədə Portuqaliya ilə rəqabət aparırdı. Portuqallar isə məxfi şəkildə həyata keçirdikləri kəşfləri rəsmiləşdirməkdən ötrü, Vatikanda əyləşən pontifiklərin bullalarını əldə edirdilər. Bir çox mütəxəssislər bildirirlər ki, onlar bu məsələdə rüşvətdən istifadə edərək, öz rəqiblərini Atlantikaya çıxmağa maneəçilik törədirdilər. Andrea Bianko yaxşı oxunmayan əfsanə yazılmış və iri torpaq ərazisi göstərilmiş bir xəritə tərtib edir. Yul Oldemin (1894) fikrincə, portuqallar Braziliyanı hələ 1448-ci ilə qədər kəşf ediblər. O, əfsanəni oxuyan zaman “hansısa bir adanın 1500 mil qərbdə yerləşdiyi” kimi başa düşür. Oldem elə zənn edir ki, söhbət Yaşıl Burun adalarından 1520 mil qərbdə yerləşən Braziliyadan gedir. Bu məsələyə dair Oldemin baxışlarını portuqal alimi Batalya-Reyş fəal müdafiə edir, lakin bu fikir ictimaiyyət arasında geniş əks-səda doğurmadı.1 Reallıq baxımından bu da qeyri-ciddi iddia sayılır. Ona görə ki, portuqal dəniz səyyahları gedib Braziliya sahillərinə çıxsaydılar, elə həmin tarixdən kəşf olunan torpaq ərazisini özününküləşdirərdilər. Həmin faktı gizlətməyin heç bir əsası yox idi. Ortaya səbəb qoysalar ki, Portuqaliya qonşu dövlətlərdən çəkinirdi, bu real fikir sayılmır. Çünki həmin dövrdə Kastiliyanın başı Rekonkistaya qarışmış, Venetsiya Aralıq dənizində hegemonluq etmək üçün Genuya və ərəb dəniz quldurları ilə münaqişə aparmış, Osmanlı Türkiyəsi Bizans ilə qarşıdurmada, Fransayla İngiltərə bir-biriləri ilə 100 ildən artıq idi ki, müharibə edirdilər. Onda Portuqaliya kimdən ehtiyat edirdi? Heç kimdən! Sadəcə, Yula Oldemin fikirinə zidd olaraq portuqal dəniz səyyahları nə Braziliya, nə də ki, ona yaxın olan sahillərə gedib çıxmayıblar. Lakin bu o demək deyil ki, onlar passivlik edərək Atlantik okeanında ekspedisiyalar təşkil etməyiblər. (Ardı – “Atlantik okeanında tədqiqat aparan portuqal səyyahları” – adlı məqalədə) Yazıçı-tədqiqatçı Ramiz Dəniz Prezident təqaüdçüsü, “Qızıl qələm” mükafatı laureatı 1 Хенинг Р. Неведомые земли. Пер. с нем. М., 1963, т. IV, гл. 198.
1 Дитмар А. Б. От Птолемея до Колумба. М., 1989, С. 230.
1 Дж. Бейкер. История географических открытий и исследований. Перевод с англ. под редакцией и с предисловием Магидовича И. П. М., «Издательство иностранной литературы». 1950. стр. 44.
29421
|
|