PAPA VI ALEKSANDR BORCİA DÜNYANI İKİ YERƏ BÖLÜR - II HİSSƏ

      (Əvvəli – “Yeni Dünyanın kəşfi Portuqaliyanın hegemonluğuna son qoymuşdu” – adlı məqalədə)
 
Məlum olduğu kimi ispan monarxlarının təkidi ilə, yəni, Yeni Dünya sahillərinin kəşfinin üstündən heç iki ay keçməmiş, Roma papası VI Aleksandrın mayın 4-ü 1493-cü ildə verdiyi “İnter caetera” bullası portuqalları şok vəziyyətinə salır. Sənədə əsasən, Azör adalarından 100 liq qərbdə yerləşən bütün ərazilər Xristofor Kolumbun səyahəti nəticəsində yuridik olaraq ispanların tabeliyinə keçir. Belə bir bölgü ilə razılaşmaq portuqalların atlantikadakı fəaliyyətini minimuma endirirdi. Lakin ortaya bir sual çıxır, əgər nəzərdə tutulan demarkasion xətdən qərb tərəfdə və 280 ş.en dairəsindən aşağıda strateji əhəmiyyət kəsb edən, coğrafi mövqeyinə görə hər hansı bir önəm daşıyan böyük torpaq ərazisi yoxdursa, onda sonsuz görünən okeanın suları kimə lazımdır? Çünki onda olan məlumata görə Azör, Madeyra və Yaşıl Burun adalarından qərb tərəfdə heç bir torpaq ərazisi yoxdur.
 
             
                         Tordesilyas müqaviləsinə əsasən demarkasion xətt
               
Praktik cəhətcə həmin sularda torpaq axtaran Voqadonun və Ferdinand van Olmenin ekspedisiyaları müsbət nəticə əldə edə bilməmişdilər.
Artıq ispanlar VI Aleksandrın mayın 4-də verdiyi bulla ilə öz istədiklərinə nail olmuşdular. İndi söz portuqalların idi. Xristofor Kolumb Kanar adalarını tərk edib qərbdə böyük torpaq ərazisi kəşf edibsə, bunu nə üçün potuqallar həyata keçirə bilməsinlər? Axı, dənizçilik məktəbi və naviqasiya məhz Potuqaliyada yüksək zirvəyə qalxmışdı. Deməli, portuqallar da Kolumb kimi, Pireney yarımadasına yaxın adaların birini tərk edib, qərbdə naməlum torpaqların kəşfinə nail ola bilərdilər. Onlar üçün əlçatmaz olan Afrikanın cənub nöqtəsi fəth edilmiş və bununla da Hind okeanına çıxış yolu əldə edilmişdi.
Amma hamını bircə sual düşündürürdü; həmin torpaqlar Köhnə Dünyadan neçə min km. aralıda və hansı enliklərdə yerləşir? Kral II Juan yaxşı bilirdi ki, Xristofor Kolumbun səyahəti yeddi aya yaxın davam etmişdi. Dəqiq bilinmirdi o, neçə gün müddətinə okeanda yol qət edibdir? Buna baxmayaraq kral boş-boşuna vaxt itirmək fikirində deyildi. İspanların xəbəri olmadan məxfi ekspedisiyanın hazırlanmasına start verilir.
Bu minvanla Braziliyanın əsl kəşfinin qıfılını elə buradaca açmaq mümkün olar. 1493-cü ili başa vurmamış ekspedisiya səyahətə çıxmalı idi. Çox güman ki, həmin hazırlıq Pireney yarımadasından kənarda, elə Madeyra adalarında aparılırdı. Lakin isti havalar geridə qaldığından və payızda bu enliklərdə fırtına və qasırğalar tüğyan etdiyindən bunu Afrikanın şimal-qərb sahilində həyata keçirmək lazım idi. Artıq risqə getməmək üçün onlar plasdarm kimi başqa adalardan istifadə etməliydilər. Bunun üçün isə ən münasib coğrafi mövqe Yaşıl Burun adaları və ya Afrikanın Qvineya körfəzi sahillərinə yaxın ucqar qərb nöqtəsi sayılırdı.
Əvvəlcə həmin bölgüyə münasibət bəsləmək istəməyən Portuqaliya bir ildən sonra öz narazılığını bildirir və təzyiq nəticəsində Roma papasından demarkasion xətti daha 270 liq qərb tərəfdə göstərilməsini tələb edir. VI Aleksandrın iştirakı ilə hər iki krallığın nümayəndələri 1494-cü ildə Tordesilyas şəhərində görüşür və iyunun 7-də bağlanan növbəti müqaviləyə əsasən, demarkasion xətt Azör adalarından 370 liq (həmin adalardan 2200 km. qərbə) qərbdə göstərilir. Tordesilyas müqaviləsinə görə demarkasion xətdən şərq tərəfdəki bütün ərazilər Portuqaliyanın, qərb tərəfdəki ərazilər isə İspaniyanın tabeliyinə keçir.
Bir sözlə, Roma papasının bullasına əsasən “İspaniya Braziliyadan başqa bütün Amerika qitəsinin, Portuqaliya isə Afrikanın və Hindistanın sahibi sayılırdı.”1
 
                                 
                      Roma papası VI Aleksandrın Tordesilyasdakı bullası (1494) 
 
Rekonkista İspaniyada başa çatan kimi (1492), bütün Avropada bu krallığın nüfuzu birə-beş artdı. Necə olsa da, VIII əsrin əvvəlindən Pireney yarımadasında kök salan Ərəb əmirlikləri siyasi xəritədən silinirdi. Bütün bunları nəzərə alan Roma papası VI Aleksandr ispan krallarına xüsusi hörmətlə yanaşmağa başladı. Tarixçilərin fikirincə bu pontifik Atlantik okeanının qərb hissəsində yerləşən qitənin İspaniyanın tabeliyinə keçməsində müstəsna rol oynamışdır. Ona görə ki, Kolumb birinci səyahətini başa çatdıran kimi o, tərəddüd etmədən 3-ü may 1493-cü ildəki “İnter caetera” bullasında İspaniyanı həmin ərazilərin varisi elan edir. Bundan əlavə VI Aleksandr, Pireney yarımadasında və yenicə kəşf edilmiş torpaqlarda Kilsənin işlərini idarə etmək hakimiyyətini Kastiliya ilə Araqona verir.
İş ondadır ki, Xristofor Kolumb birinci səyahətdən qayıdan kimi İspan monarxları mart ayında Romada olan səfirə Bernardino de Karvahala (Ernan Kortesin və Badaxosun yepiskopunun uzaq qohumu) oradakı fəaliyyətinin aktivləşdirilməsinə dair xüsusi tapşırıq verirlər. Səfir də bütün səy və bacarığını səfərbər edərək, iki ay ərzində Roma papasından məşhur “İnter caetera” bullasının verilməsinə nail olur. Bu fərmanın verilməsi VI Aleksandr üçün məsuliyyətli iş sayılırdı, ona görə ki, bir tərəfdən o, əvvəlki sələflərinin işinə müdaxilə etmək istəmir, digər tərəfdən isə Rekonkistadan ayrılmış qalib-xaçpərəstlər kimi katolik krallarının hüquqlarını tapdalamaq niyyətində deyildi. Necə olsa da, ispanlar Avropadan çox-çox uzaqda Atlantik okeanının o biri tayında naməlum torpaqları kəşf etmiş və müəmmalı sənədi xatırlayan məşhur bullaya əsasən, onların öhdəsinə həmin ərazilərdə yaşayan insanların xristianlaşdırılması missiyası düşmüşdü. 
 
                                                             
                                                          Xristofor Kolumb (1451-1506)
 
Sənəddə göstərilir ki, “qərbdə Hindistan istiqamətində, həddindən artıq uzaqda dəniz-okeanda, heç vaxt gəmilərin üzmədiyi bir yerdə yerləşən adalar və iri torpaq ərazisi” ispan krallarına verilir. Portuqalları qıcıqlandırmaq istəməyən pontifik bullada izah edir ki, necə portuqallar “Afrikada, Qvineyada və Qızıl Sahildə” (Afrikanın Qvineya körfəzinin şimalında yerləşən sahil zolağı) verilən səlahiyyətlərə, eləcə də ispanlar okeanın o biri tayında yerləşən ərazilərə eyni səlahiyyətlərə malik olurdular.
İlkin mərhələdə Portuqal kralı II Juan kəskin şəkildə narazılığını bildirmək istəmirdi, lakin bir neçə aydan sonra 1481-ci ildəki müqaviləni əsas gətirərək, həmin torpaqlara olan de-fakto hüquqlarını müdafiə etməyə başladı. Məhz bundan sonra Roma papası verdiyi qərara təkrarən baxmağa məcbur olur və bir ili arxada qoyan kimi elə mayın 4-də o, tərəfləri masa arxasına dəvət edərək, portuqallara güzəştə gedir. Həmin tarixdən bir ay sonra iyunun 7-də, müəyyən güzəştlərlə, VI Aleksandr Tordesilyasada bir il əvvəlki müqaviləyə əsaslı dəyişikliklər etməklə, həmin sənədi “ratifikasiya” edir. Tordesilyasdakı müqaviləni ispanlardan çox portuqalların qələbəsi adlandırmaq olar. Ona görə ki, 1493-cü ildə ispanların təklifi ilə demarkasion xətt Azör adalarından 100 liq qərbdə, portuqalların isə təkidilə Yer kürəsinin iki krallıq arasında bölüşdürülməsini bildirən demarkasion xətt Azör adalarından 370 liq qərbdə müəyyən edilir.
Tordesilyas müqaviləsinə əsasən, ispan-portuqal xüsusi komissiya 1495-ci ilin sonuna qədər demarkasion xəttin haradan keçdiyini dəqiqləşdirməliydi. Lakin ispan və portuqal kosmoqraflarının arasında yaranan narazılığa görə həmin məsələ yerinə yetirilmir (gözlənildiyi kimi artıq 1512-ci ildə Cənubi Amerikadakı bəzi torpaqlara görə iki krallıq arasında münaqişə yaranır).1
 
                                                     
                                           Roma papası VI Aleksandr Borcia (1431-1503)
 Beləliklə, 4-ü may 1493-cü ildəki müqaviləyə əsasən, 380 qərb uzunluğundan sol tərəfdə yerləşən bütün ərazilər ispan monarxlarının yurikdiksiyasına verilir. Portuqallar bunu eşidən kimi adekvat addımlar atmaq barəsində düşünməyə başlayırlar.
Portuqal diplomatları Tordesilyas müqaviləsinə qədər çevik addımlar atırlar. Onlar çox yaxşı başa düşürdülər ki, rəsmi olaraq okeanın o biri tayındakı ərazi, dəxli olmadan hansı paralleldə yerləşir, əllərindən çıxacaq, ispanlarla birbaşa danışıqlara cəhd göstərirlər. Portuqalların nümayəndəsi Tordesilyasa gedən yolda olarkən, Xristofor Kolumb 25-i sentyabr 1493-cü ildə 17 gəmidə 1500 nəfərlik heyətlə, Yeni Dünya sahillərinə özünün ikinci səyahətinə yola düşür. Ona qədər isə, hələ iyul ayında VI Aleksandr Borcia 3 may tarixi ilə imzaladığı bullanın üçüncü redaktəsini, “Eximiae devotionis” adı altında buraxdırır. Bu sənəd hər iki tərəf üçün kompramiss variant təklif edirdi.
     
                                          Xristofor Kolumbun ikinci ekspedisiyası Atlantik okeanında
 
Məlumat üçün qeyd etmək lazımdır ki, Roma papsının iştirakı olmadan tərəflər yaranan problemin həllinə nail olmasına az qalmış, 1493-cü ilin dekabr ayında VI Aleksandr “Dudum siquidem” adı altında, keçmiş tarixlə - guya 25-i sentyabrda dördüncü bullanı buraxır. Məhz həmin sənəddən sonra portuqallar Roma papasına etirazlarını bildirirlər. İş ondadır ki, müəyyən edilmiş demarkasion xətdən qərb tərəfə, Hindistanın şərq hissəsinə kimi bütün ərazilər İspaniyanın tabeliyinə keçirdi. Halbuki Alkasovasa müqaviləsinə əsasən, Hindistan Portuqaliyanın şəxsi ərazisi sayılır və bu sənədə ispanlar öz razılıqlarını bildirmişdilər. Bunu əsas tutan portuqallar bildirirlər ki, indiki müqavilə onların maraqlarına tamamilə ziddir. Onların Hindistanla dəniz əlaqəsi qurmağa demək olar ki, heç nə qalmamışdı. Ona görə ki, Xristofor Kolumbun səyahətinə qədər Bartolomeu Diaş (1488) Afrikanın ucqar cənub nöqtəsini (Ümid burnu) kəşf etmiş və Hind okeanına çıxış yolunu tapmışdır.
Papa VI Aleksandrın 1493-cü ilin dekabr ayında buraxdığı dördüncü bullası portuqal nümayəndələrini pis vəziyyətdə qoyur, məhz ondan sonra onlar çevik addım atmağı qərara alırlar. Cənubu Amerika sahillərinə ekspedisiya göndərilməsi gündəmə gəlir. Onsuz da onlar Kolumbun kəşf etdiyi əraziyə ikinci dəfə yola düşməsindən hali idilər.
В португальском архиве Торре ди Томбу хранится письмо видного португальского государственного деятеля Дуарти Далмейда королю Жуану III от 30 ноября 1554 года, в котором Далмейда сообщает, что у внука Христо­фо­ра Колумба, Луиса, имеется книга, написанная самим адмиралом, о «Демаркации морей и океанов». Так как при переговорах 1494 года в Тордесильяссе кастильцы, намечая линию демаркации, опирались на данные новых открытий Колумба, то можно предположить, что книга, о которой упоминает Далмейда, была дневником первого путешествия. Об этом свидетельствует и другой, весьма любопытный документ - лицензия Карла V от 9 марта 1554 года. Согласно лицензии, дону Луису разре­шалось выпустить в свет книгу, написанную в свое время Христофором Колумбом, в которой «рассказы­вается о весьма значительных вещах, достойных того, чтобы о них все знали; и дабы не было забыто столь прославленное начало такого события, каким было открытие всех Индий моря-океана, справедливым будет напечатать эту книгу».1
Это говорит о том, что ложная информация широт и долгот открытых земель Колумбом, погубило испанцев на переговорах. Ведь испанская делегация тверда знала, что на востоке от открытых островов генуэзским адмиралом, лежит океанская простора.
В любом случае в этом не надо винит Колумба. Ведь он не знал, что после отплытия из Испании  (вторая экспедиция к Новому Свету 25 сентябрь 1493 г.) в сле­дую­щем году, испанская делегация сядет за стол переговоров с португальцами и примет условия Пор­тугальского короля.
Мне кажется, что во время переговоров судьба сыграло злую шутку с испанцами. По моей гипотезе о существовании большой земли на западе Атлантического океана знали двое – Христофор Колумб и Дуарти Пашеку Пирейра. В то время первый находился на Новом Свете, а второй участвовал в переговорах Тордесильяссе. Именно он повлиял на членов комиссии, о переносе демаркационной линии на 370 лиг от Азерских и островов Зеленого Мыса.
 
                                                      
                                                Duarti Paşeku Pireyra (1469-1533)
 
Португальцам повезло, что в тот момент Колумб отсутствовал в Испании. Если бы адмирал Моря-океана  был бы, в составе испанской делегации в Тордесильяссе, то он не за что, не согласился бы, переноса линии еще 270 лиг на запад, от первого деления. Потому что, именно он знал, где может начаться восточная граница заатлантических земель. Перенос не должно было превышать начального меридиана, уста­новленная Насирэддином Туси в своем произведении «Зидж Ильхани». Дело в том, что именно в этом астрономическом и каталоге географических коор­динат, отмечена нулевой меридиан проходящий около мыса Сан-Рока, на дальнем востоке Бразилии, близ западной границы Атлантического океана. 
 
                                                                                                        Yazıçı-tədqiqatçı Ramiz Dəniz
                                                                                                        Prezident təqaüdçüsü,
                                                                                                        “Qızıl qələm” mükafatı laureatı

                                                                                                        
 
 
 

      1 История средних веков. Абрамсон М. Л., Кириллова А. А., Колесницкий Н. Ф. и другие. Под редакцией Колесницкого Н. Ф. – 2-е изд. исп. и доп. – М., «Просвещение», 1986. стр.393.
1 Португальская колониальная империя, СИЭ, т. 11, с. 451-452.
         1 Я. М. Свет пер. Текст воспроизведен по изданию: Путешествия Христофора Колумба. М. Географгиз. 1956
27909
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic