İSTEDADI ÖLKƏ HÜDUDLARINI AŞAN YAZIÇI – ÇİNGİZ ABDULLAYEV
(Əvvəli “Çingiz Abdullayevin psixologiyası və ünsiyyəti” adlı məqalədə)
“Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edir. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər” (“Quran” “Əl-Bəqərə” surəsi, 269-cu ayə). Çingiz Abdullayev Allah-təala tərəfindən ona əta edilən həyatda düzgün istiqamət götürdüyündən, həmin istiqamət ona yaradıcılıq sevinci bəxş etmiş, o, bu sahədə görkəmli nasir olmuş, janr etibarilə yenilik kəşf etmiş, hüquq elmində, ədəbiyyatında və digər sahələrdə inamlı addımlar atıbdır. Dünya praktikasında sübut olunubdur ki, iş adamın ürəyincə olmayanda, qabiliyyətinə uyğun gəlməyəndə hədərə çevrilir, onun boynunda ağır yük olur, hər an çalışır ki, ondan xilas olsun. Xilas ola bilməyəndə isə həyat mənasızlaşır, üzüntülər gətirir. Buna görə də nasirə müraciət edən həyat təcrübəsi olmayan cavanların peşə seçimi çox mühüm məsələ olduğundan Çingiz Abdullayev dünya görmüş bir ziyalı kimi perspektivli cavanlara düzgün yol göstərməyə çalışır.
Şəxsiyyətinə, xasiyyətinin xüsusiyyətlərinə görə hər bir insan cəmiyyətdə mühüm rol oynayır, davranış xəttini seçir. Burada iki əks müvqe mövcuddur: eqoizm – xudbinlik, ancaq özünü sevmək, öz şəxsi maraqlarını başqa adamların; bütövlükdə cəmiyyətin mənafeyindən üstün tutmaq, ikinci mövqedəki altruzmdir – öz şəxsi mənafeyini unudub, başqalarının qeydinə qalmağa, öz maraqlarını bütövlükdə cəmiyyətin mənafeyinə tabe etməyə hazır olmaq. Əlbəttə, bunlar ifrat xudbin və ifrat altursit xasiyyələr haqqında təsəvvür yaradır. Çingiz Abdullayev xasiyyət etibarilə ifrat alturist və onun bu nadir xasiyyəti övladlarına keçibdir. O, şəxsi mənafeyini unudub, başqalarının qeydinə qalmağa, öz maraqlarını isə bütövlükdə cəmiyyətin mənafeyinə tabe etdiyi mənə bəllidir. Çingiz Abdullayev istər məişətdə, istərsə də öz iş yerində olanda ətrafda olan insanların qayğılı problemlərinə biganə qala bilmir. Sadəcə olaraq o, bütün bunlara göz yuma bilmədiyindən özünü dağa-daşa vurur və çətin alınan işləri yoluna qoyandan sonra rahat nəfəs alır. Məhz bu kübar xasiyyətinə görə ətrafdakılar ona humanist adam kimi baxırlar.
Çağdaş dünyada gedən qloballaşma prosesi qarşılıqlı əlaqə və zənginləşmə bir çox sahələrdə olduğu kimi, ədəbiyyatda da mühüm məsələlərin müəyyənləşməsinə kömək edir. Müasir qloballaşma prosesində bir xalqın mənəvi sərvətlərinin başqa xalqa dövr edilməsi kulturoloji hadisə olmaqla yanaşı, həm də siyasi və etno-sosial faktora çevrilir və həyatın gerçək təlabatı kimi təzahür edir. Bu təlabatın yerinə yetirilməsində yeni informasiya texnologiyaları nə qədər güclü və ciddi amil kimi ortaya çıxsa da, bu işdə ayrı-ayrı yaradıcı insanların aparıcı rolunu heç nə əvəz edə bilmir. Çingiz Abdullayevin yaratdığı silsilə əsərlər və hüquqşünaslıqla bağlı olan tədqiqat işləri hələ də geniş məkanda yayımlanaraq, insanlara mənəvi qida verir. Ədəbi-mədəni inteqrasiya prosesində onun və başqa alim və yazıçıların iştirakının böyük bəhrələr verməsi danılmaz bir gerçəklikdir.
Belə hesab edilir ki, insanın əsas vəzifələrindən biri yaşadığı aləmi öyrənməkdən, dərk etməkdən ibarətdir. Bu həqiqətən də belədir. Lakin bu da doğrudur ki, ətraf aləmi dərk etmək üçün Çingiz Abdullayev həmin aləm haqqında bilikləri necə əldə etdiyini, ondakı müxtəlif proses, hadisələrə aid informasiyanı necə topladığını və əxlaq, gözəllik, hüquq baxımından necə qiymətləndirdiyini başa düşmək üçün kamilliyə can atıbdır.
Qərb mədəniyyətinin bir çox incəliklərini mənimsəyən və həmin mədəniyyətdə olan müəyyən sirrlərə yiyələnən Çingiz Abdullayev coğrafi bölgüsünə görə Şərq dünyasının sakini sayılır. Qəbul olunan ümumi prinsiplərə əsasən, şərq dünyasında göz açıb fəaliyyət göstərən ziyalı insanların təfəkkürünə görə insan hər şeydən əvvəl özündən baş çıxarmalı, özü ilə dünyanın dərin qarşılıqlı əlaqəsini aydınlaşdırmalı, özünün mənəvi aləminin xarici aləmdən yüksək və mürəkkəb olduğunu dərk etməlidir. Şərq üçün yalnız insan həyatının daha da abadlaşması naminə dünyanı dəyişdirmək haqdakı fikrin özü belə qəbul edilməzdir. Çingiz Abdullayevin dünyagörüşünə görə bu abadlığın özündə elə bir şey var ki, insanın təbiətinə ziddir, onun mahiyyətini dəyişdirə, bərpa olunmaz nəticələrə gətirib çıxara bilər. Bundan əlavə təbiətin dəyişdirilməsində nə qədər uzağa getməsini heç kim aydınlaşdıra bilməz. Müəyyən mənada bu yol qanunları bəşəriyyət tərəfindən hələ dərk edilməmiş bütün planetin tamamilə məhv olunmasına gətirib çıxarar. Nasirin fikrincə, əgər insan dünya ilə bu çür sıx bağlıdırsa və onun surətidirsə, idrak prosesini ilk növbədə insanın özünə yönəltməyə çalışmaq daha yaxşıdır. Şəxsiyyətin mənəvi və fiziki kamilliyi insanın mahiyyətində heç bir şeyi aydınlaşdırmayan maddi-texnniki tərəqqidə deyil, mənəvi aləmin dərin təhlilində, insanın mənəviyyatının özündədir.
Bütün sahələrdə yaradıcı işlə məşğul olmaq olar. Çingiz müəllimin fikrincə, mədəniyyət sahəsində yenilik yaratmaq, bədii əsər yazmaq, şəkil çəkmək, rəngkarlıqda, baletdə, teatırda yeni istiqamələri inkişaf etdirmək olar; yeni qanun kəşf etmək, dünyanı açıqlayan yeni nəzəriyyələr irəli sürmək, elmi metodların köməyi ilə tarixi keçmişimizdən nəyisə aşkarlamaq, gələcəkdən xəbər vermək mümkündür. Qısası, isənilən sahədə (maddi istehsal və mənəvi) yenilik yaratmaq olar. Çingiz Abdullayev yaradıcı bir insan kimi adi işlərə də yeni gözlə baxır, onları yaxşılaşdırmağa, təkmilləşdirməyə çalışır. O, hər bir işi yaradıcı kimi həyata keçirir, buna görə də işin xarakteri və keyfiyyəti onun özündən asılı olur.
Geriliyi xoşlamayan Çingiz Abdullayev nikbin əhval-ruhiyyə ilə gələcəyə doğru addımlayır və cavan təfəkkür sahiblərini də öz arxası ilə aparmağa çalışır. İnsanların birgə maddi istehsal praktikası özünün çoxəsrlik tarixində bəşəriyyəti yaşatmaq üçün zəruri olan xeyli iş növləri yaradıb. İslahata meylli olan Çingiz Abdullayev təşəbbüskarlıq, yaradıcılıq üçün meydan açır, işlədiyi janrda yeni yollar açılmasını istəyir. O, bunu onunla izah edir ki, hərə öz qabiliyyətinə, xasiyyətinə, maraq dairəsinə uyğun peşə seçməlidir. Təəssüflər olsun ki, bu həmişə belə olmur.
Fərəhli haldır ki, onun 160-dan çox əsəri işıq üzü görüb və yazdığı əsərlərə dair 10-a yaxın bədii film çəkilibdir və xüsusilə də, qeyd etmək istəyirəm ki, həmin filmlər əcnəbi rejissorlar tərəfindən Azərbaycanın hüdudlarından kənarda çəkilibdir. Belə bir uğur hər nasirə nəsib olmur.
25 milyon tirajdan çox çap olunan və 30 dilə yaxın tərcümə olunan əsərlərinin oxucu kontingenti isə bir çox sahələrdə çalışan sıravi adamlardan başqa, həm də siyasi, dövlət və ictimai xadimlərdir: Azərbaycanın prezidenti İlham Əliyev, ölkənin vitse-prezidenti, birinci xanım Mehriban xanım Əliyeva, Rusiyanın prezidenti Vladimir Putin, Rusiyanın Baş naziri Dmitri Medvedyev, Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov, Litvanın prezidenti Landsberqis, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze, Ukraynanın prezidenti Viktor Yanukoviç, postsovet məkanındakı MTN, DİN, MN və İnterpolda çalışan bir çox generallar və başqaları.
Mən, Çingiz Abdullayevin yaradıcılığı ilə bağlı fərdi araşdırma aparanda müəyyən etdim ki, onun əllidən çox əsərləri 30 000 tirajdan, on əsəri isə 100 000 və daha çox tirajla buraxılıbdır;
1. Почти невероятное убийство: Повесть.-Баку: Язычы, 1989.-100 000 экз.
2. Преступление в Монпелье: Повесть. - Баку: Гянджлик, 1989. - 105 000 экз.
3. Охота на человека: Роман. - Баку: Гянджлик, 1991. - 100 000 экз.
4. Игры профессионалов: Роман. В ожидании Апокалипсиса: Роман. - Краснодар: "Советская Кубань", 1994. - 100 000 экз.
5. Уйти и не вернуться: Роман. Мое прекрасное алиби: Роман. - Ростов-на-Дону: Проф-Пресс, 1995. - 100 000 экз.
6. Мрак под солнцем: Роман. - Ростов-на-Дону: Проф-Пресс, 1995. - 100 000 экз.
7. Совесть негодяев: Роман. - Ростов-на-Дону: Проф-Пресс, 1995. - 100 000 экз.
8. Пройти чистилище: Роман. - Ростов-на-Дону: Проф-Пресс, 1996. - 100 000 экз.
9. Круг негодяев: Трилогия. // Закон негодяев; Кредо негодяев; Совесть негодяев: Романы. - Ростов-на-Дону – Харьков: Проф-Пресс; ЕвроЭкспресс, 1996. - 200 000 экз.
10. Последний синклит: Роман. На стороне Бога: Роман. - Москва: ACT, 2000. - 100 000 экз.
Üst-üstə bu 1 105 000 tiraj kitab edir. Belə bir nəticə onun böyük məkandakı uğurundan xəbər verir və mən bir azərbaycanlı kimi həmkarımın öz ətrafında milyonlarla oxucunu topladığından qürur hissi duyuram. Mənim fikirimcə, indiki zamanda, yaradıcı insanların geniş oxucu kütləsini öz ətrafında toplamaqda çətinlik çəkdikləri bir dövrdə, ərsəyə gətirilən əsərlərin ölkəsindən kənarda yerləşən hər hansı bir məkanda milyonlarla tirajına nail olursa, mən həmin adamı ədəbi kontingentin triumfatoru adlandırıram.
(Ardı “Çingiz Abdullayev azərbaycanlı qələm ustasıdır” adlı məqalədə)
Yazıçı-tədqiqatçı, publisist Ramiz Dəniz
14011